Kompüter Mühəndisliyi ilə Kompüter Elmlərinin fərqi nədir?

Salam. Kompüter Mühəndisliyi ilə Kompüter Elmlərinin fərqi nədir?

Verilmiş cavablar və yazılan şərhlər (9 cavab var)

Software Developer (2015-06-13 15:51:52)
Sözsüz. Amma kompter mühəndisliyində də çətin səviyyədə riyaziyyat keçilir haa xəbəriniz olsun. sadəcə olaraq kompüter elmlərində olan riyaziyyatdan 4-5 dəfə asandır nisbətən

Əli (2015-06-12 01:44:19)
Xeyr, maraq yoxdur sayılmaz.Mən də sizin kimi çox məşğul oluram. Sadəcə bir az çətinliklər var..

Pr0graMMeR ELviN (2015-06-11 21:28:47)
Mən də kompüter elmləri ixtisasına qəbul olmaq üçün riyaziyyatı çox çalışıram... Amma riyaziyyata marağınız yoxdursa sizin üçün bu ixtisası seçmək uğursuz alınar. Qərar sizindir

Əli (2015-06-11 17:28:40)
deməli Riyaziyyatım çox da əla deyilsə, onda mənə kompüter mühəndisliyi daha uyğundur. elə deyilmi?

Software Developer (2015-06-11 16:32:08)
əvvəllkər birinin adı informatika, digərinin adı tətbiqi riyaziyyat idi. birində riyaziyyat fənnləri daha çox olur, digərində ikt dərsləri. Amma sırf proqramlaşdırma nöqteyi nəzərindən eyni ixtisaslardır. hətta deyərdim tətbiqi riyaziyyat daha yaxşıdır. Amma ikt-nin digər sferaları üçün əlbəttə ki kompüter mühəndisliyi ixtisası yaxşıdır.

Əli (2015-06-11 15:03:06)
çox sağ olun

Bextiyar Azeroglu (2015-06-11 14:32:24)
Komputer elmlərinin əvvəlki adı tətbiqi riyaziyyat olub. Dərslərin 80-90 % riyaziyyat olur. yeqin aydın oldu artıq)))

Əli (2015-06-11 14:25:26)
ammm, indi görəsən, bunların hansında Riyaziyyat daha vacibdir?

Bextiyar Azeroglu (2015-06-11 13:57:46)
bu sual keçmişdə də verilib ordakı cavabı copy edib atıram məncə bundan dolğun cvb çətinki ola: alismayilov: (22:12, 05/06/2014) Komputer elmləri – Adından da göründüyü kimi elmdir. Bu istiqamətdə daha çox tədqiqat aparılır. Alqoritmlər, komputer qrafikası, süni intellekt və s. sahələrdə mövcud alqoritmlərin öyrənilməsi və tətbiqini öyrənirsən. Komputer mühəndisliyi – Bu sahə də adından göründüy kimi mühəndislik sahəsidir. Aparat təminatı və proqram təminatı mühəndisliklərini özündən cəmləşdirir. Dinamik sistemlər, elektrikronika və s burada öyrənilir.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

İxtisas seçimində köməyiniz lazımdır

Proqramlaşdırma Riyaziyyatla nə dərəcədə bağlıdır?