Hər kəsə salam. Mən proqlaşdırmanı öyrənmək istəyirəm və internetdən türkcə bir yaxşı C dili kitabı tapdım. Çox yaxşı başa salır. Amma bilmirəm bu kodları hara yazmalıyam. Kitabda da yazılmayıb. Məs. Pythonu öyrənərkən kodları internetdən yüklədiyim Python 2.7.10 proqramına yazırdım. Amma bu kitabda yazılmayıb nə yükləməliyəm və kod mətnlərini hara yazmalıyam. Nə etməliyəm?
Verilmiş cavablar və yazılan şərhlər (3 cavab var)
1
Mütləq kompilyator quraşdırmalısınız. C++ kompilyatoru ilə də C proqramlarını kompilyasiya edə bilərsiniz. Əgər MSVisual C++, DevC++ kimi mühitlərdən hər-hansı birini quraşdırmısınızsa C proqramlarınızı da həmin mühitdə yığıb test edə bilərsiniz.
Alternativ olaraq kompilyator və mətn redaktorunu ayrı-ayrı da quraşdıra bilərsiniz.
Kompilyator
Mətn redaktoru
hər ikisini quraşdırdıqdan sonra mətni mətn redaktorunda yığıb yadda saxlayırsınız, .c genişlənməsi ilə, misal üçün test.c adı ilə, kompilyatorun quraşdırıldığı qovluqda (С:\\ … MinGW\bin). Daha sonra cmd -ni yükləyirsiniz və test.c faylınlı yadda saxladığınız qovluğa daxil olursunuz.
“cd С:\\ … MinGW\bin”
və kompilyaiya üçün
gcc test.c -o test
əmrini, icra üçün
test əmrini daxil edirsiniz.
Əlbətdə bütün bunları MSVisual C++ və ya DEVC++ -u quraşdırmaq uğursuz olduqda edirsiniz. Bir də axırıncı variant aşağıdakı mühiti yükləyib test etməkdir.
Buta_pm
Bu nisbətən sadədir, unzip edirsiniz daxil olursunuz bin qovluğuna, Notepad++ proqramını yükləyirsiniz, mətni yığıb İcra et menyusunu klik edirsiniz.
0
Kompilyator quraşdırmağınız məsləhətdir, ancaq mütləq olduğunu da düşünmürəm, çünki, axtarsanız internetdə çox sayda online komplyatorlar (C++, C Sharp, Java, Delphi, Pascal, Python və s. kimi müvafiq dili ana səhifənin sol aşağı küncündən seçə bilərsiniz) var, məsələn: ideone.com saytı… Saytın bir neçə komplyatoru olsa da, mətn redaktorluğu cəhətdən zəifdir.
0
Ətraflı cavablarınıza görə çox sağ olun. Başa düşdüm.
Sual verin
Cavab verin