Salam. İlk dəfədir ki ebaydan sifariş vermişəm. Məhsulun izləmə kodu Azərbaycana çatdığını göstərir. (30.06.2015 tarixində). Məhsulum poçta çatdıqda mənə zəng edib xəbər verəcəklər, yoxsa evə göndəriləcək? Bir də qeyd edim ki, həmin izləmə kodu sadəcə xarici saytda məhsulun harda olduğunu göstərir, azerpoçt-da həmin izləmə kodunu yazdıqda heç bir məlumat çıxmır. Normalda bu kodlar hərflə başlayıb, hərflərlə bitir, amma mənim izləmə kodum sadəcə rəqəmlərdən ibarətdir. Bu arada, bəlkə də bu sualın cavabı verilib bu saytda, amma bir çox axtarış etmişəm poçtla, azbaka ilə, ebaydan sifarişlə bağlı, bütün rəyləri oxumuşam. bu suala cavab rastıma çıxmayıb 🙂 Öncədən təşəkkürlər
Sual verin
Cavab verin