Salam, dostlar.Proqramlaşdırma sözü ilə bərabər, tez-tez məntiq sözü də işlədilir.Mənim bu məntiq haqda bir neçə sualım var:
#1:Məntiq Riyaziyyatdan nə qədər asılıdır? Orta səviyyədə yaxud çox pis səviyyədə Riyaziyyat bilirəmsə və məntiqim yaxşıdırsa,bunun mənim proqramlaşdırmama nə formada təsir edə bilər?
#2.Bu məntiq nə olan şeydi? “Bir qız, onun qabağında böyük bir yarğan, o biri tərəfdə bişən dolma var.Qız keçib dolmanı necə qarışdırmalıdı?”kimi şeylər, yoxsa nə? 🙂
Verilmiş cavablar və yazılan şərhlər (10 cavab var)
0
Salam riyaziyyatı bilənin məntiqidə olur o heç məntiqiniz güclü olsa proqramlaşdırmanı tez başa düşərsiniz amma məntiqi çox zəif olan biridə proqramlaşdırma öyrənə bilər proqramlaşdlrmanı öyrənəndə riyaziyyatın əsas 4 anlayışı bəs edir(+,-,*,/)
3
Riyaziyyatsız və riyazi məntiqsiz proqramlaşdırma əslində kod yığmaq,kod yazmaq deməkdir, proqramlaşdırma demək deyil. Bu haqda bu saytda dəfələrlə izah verilib. Proqramlaşdırma riyaziyyatın maşın realizasiyasıdır. Yəni elə riyaziyyatın özüdür. Adicə şərt operatorları riyazi məntiqə aid edilən dizyunksiya, konsuksiya, implikasiya və.s. Bul cəbri ilə işləyir və bu cəbri bilmədən 4-5 şərt birdən yarananda onların kombinasiyalarını anlayıb tətbiq etmək qeyri riyaziyyatçı üçün zülmdür. Hələ şərt operatoru ən sadə anlayışdır ha.
Və ya big data analizlərində ehtimal nəzəriyyəsi, riyazi statistika, ədədi üsullar və.s. olmadan işləmək mümkün deyil.
Sadəcə əvvəllər də qeyd etdiyim kimi, indi proqramlaşdırma dilləri və alətləri o qədər inkişaf edib ki, rutin həllər üçün riyaziyyat lazım olmur, yalnız rutin həllər üçün (bazadan nəyisə götürüb ekrana çap etmək, düyməni basanda o çıxsın, bunu basanda bu çıxsın, bazaya bu yazılsın, bu silinsin və.s. kimi primitiv şeylər) riyaziyyatın nəyə lazım olduğu anlaşılmır. Amma proqramlaşdırma tək bu deyil axı, bu ən başlanğıc sadələşmiş şeylərdir. Dərinə getdikcə, hər hansı sahə üzrə ixtisaslaşdıqca riyaziyyat gəlir çökür işin dibinə.
Abstrakt düşünmə, perspektiv düşünmə, alqoritmik düşünmə – bu tip şeylər məhz riyaziyyat sahəsində mümkün olur.
0
Mən öyrənmək üçün lazım deyil yazmışam axı 🙂 qəlizə getdikcə ola bilər ancaq öyrənənə lazım olmur ki
3
Öyrənib nə edəəck ki? 🙂 begin end, for, if, while, print, echo, class, function tutalım bunları oxudu öyrəndi, 10 yaşında uşaq da öyrənə bilər. Və? Sonra bitdi? 🙂 Bəs tətbiq də etməlidir axı.
2
Məntiq riyaziyyat ilə sıx bağlı anlayışdır. Hətta məntiqi təzahürləri riyaziyyat ilə öyrənən riyazi məntiq adlı sahə də var. Sadə nümunə ilə göstərim riyazi məntiqi – Tutalım deyirik: narı və ya armudu və heyvanı və ya tək armudu mənə ver – burada nəyi versək istək yerinə yetirilir, nəyi versək istək yerinə yetməz nəyi versək yetməz bunu anlamaq üçün bir az baş sındırmaq lazımdır cümlədə. Riyazi məntiq fənnində isə bu məsələ belədir:
Bul {nar+(armud*heyva)+armud}
Bu ifadə 1-ə bərabər olarsa istək yerinə yetir, 1-ə = olmazsa yetmir. 1 o deməkdir ki veririk, 0 o deməkdir ki vermirik.
1-ə o halda bərabər olmur ki nar=0, armud=0 olsun. Bu halda heyva=0 və ya 1 fərq etmir. Deməli nar və armudu verməsək, heyvanı versək də verməsək də fərq etməz, istək yerinə yetməmiş sayılır. 0+0*1+0=0.
Amma məsələn təkcə narı versək, başqa heç nə verməsək də istək yerinə yetir.
1+0*0+0=1.
Məlumat üçün deyim ki, Bul cəbrində 0+0=0, 1+0=1, 1+1=1-dir.( sonuncunun niyəsini artıq o fənni oxumaqla bilmək olar).
Məntiq riyaziyyatla sıx bağlıdır deyə məntiqi təfəkkür testəri riyaziyyatçılara adətən sadə görünür, humanitarlar isə çətinlik çəkir(təbii ki istisnalar var)
#1. Orta məktəb səviyyəsində yaxşı riyaziyyat bilirsizsə, bu indiki tələblərə uyğun developer olmanıza bəs edər. Çünki yuxarıdakı cavabda yazdığım kimi, indi müasir alətlərin hesabına çox da dərin olmayan proqramlaşdırma sahələri ali riyaziyyatdan azaddır.
#2. Yox, dediyiniz əyləncəli məsələdir, məntiqidən çox tapmaca, nəharadanəvaxt, söz oyunu və.s. xarakterlidir. Məntiqi testlərə buradan baxa bilərsiniz. Bilikli.net
2
Ümumiyyətlə dünyanı riyaziyyatsız və məntiqsiz təsəvvür etmək məncə ağılsızlıq olar. E. Hacı qardaşımız ətraflı şəkildə bunu izah edib. Məs. Mən bir nəfər tanıyıram Java dilini nəzəriyyəsini yaxşı bilir hətta OCA/OCP imtahan suallarını da yaxşı həll edə bilir ama gəlki ona çox kiçicik bir proqram yazmağı tələb edəndə çaşıb qalır bilmir hansı siniflərdən və ya metodlardan istifadə etsin. Çünki məntiqi yoxdu. Düşünmə qabiliyyəti yoxdu. Ona görə də ən yaxşısı məntiq testləri ilə məşğul olub bunu inkişaf etdirmək lazımdır. Özüdə tapmaca tipli yox əsl IQ testləri ilə( maistratura və ya böyük şirkətlərin işə qəbul prosesindəki testlər ilə). Riyaziyyat özü çox məntiq tələb edən bir elmdir. Ona görə də riyaziyyatçilar güclü məntiqə malikdirlər. IT -nın ilk yaradıcıları da elə riyaziyyatçılar olub. Uğurlar 🙂
0
Əwəllər Riyaziyyatda lap pis idim,bir neçə ay əwəl Cavablar’da “Proqramlaşdırma Riyaziyyatla nə dərəcədə bağlıdır” sualını verəndə E-Hacı’nın və bir neçə başqalarının şərhləri məni azacıq da olsa,motivasiya elədi.. Çox sağ olun,indi orta məktəb səviyyəsində əwəlkinə nisbətən,əməlli-başlı yaxşıyam.Beynimdə riyaziyyat bilmək funksiyasının qrafiki yuxarı doğru gedir 🙂 .Cavablarınıza görə çox sağ olun.Ümidvaram ki,bir gün,bu funksiya top nöqtədə olacaq))
1
yaxşı proqramçı prinsipcə yaxşı riyaziyyatçıdır – amma necə?
ilyarım – iki il əvvəl bu suala cavab verəsi olsaydım – belə cavab verərdim (vəziyyətin çox da dəyişdiyinə inanmıram deyə, yəqin ki, bu gün üçün də, ola bilsin ki, növbəti 5-10 il üçün də aktual olsun)
mən özüm pis riyaziyyatçı olmamışam, hələ də özümü azdan-mazdan babat riyaziyyatçı hesab eləyirəm. amma heç vaxt bu əminliklə deyə bilməmişəm ki, mən yaxşı proqramçıyam. bu yəqin ki, bir az da özünü reallaşdırmayla əlaqədar şeydi. heç kəs özünü təkcə özüylə reallaşdırmır – burda ətraf mühitin də böyük rolu olur.
proqramlaşdırma sahəsində bu mühit, proqramlaşdırma sahəsi üzrə yerli bazardı. daha dəqiqləşirsək, işəgötürənin və oranın əvvəlki işçilərinin (və əgər varsa müştərilərinin) motivasiyası, işə köklənməsi. hazırda bazarın çoxu mexanikləşmiş, əzbərlənmiş həllər üzərində işləyir.
bunun üçün yaxşı proqramçı olmağa çalışmaq, vaxt itkisidir. sabah işə düzəldiyiniz heç yerdə gecənizi-gündüzünüzə qatıb öyrəndiyiniz stoxastik modelləşdirmə, lambdalar cəbri, yuvarlaqlaşdırma, təmizləmə vəs. metodları sizə nəinki lazım olacaq – hətta ömrünüz boyu kod yazarkən bunları yük olaraq daşıyacaqsız.
riyaziyyat sevdası sizi ora gətirəcək ki, c, perl, python, haskell, ruby öyrənəsiz. illərinizi verib öyrəndiyiniz bu dillərin, başqa yerlərdə ən çox istifadə olunan dillər olması ola bilsin ki, sizi aldadacaq – amma reallığa qayıdanda görəcəksiz ki, burda qara qəpik dəyərləri yoxdu. görəcəksiz ki, azərbaycanda yaxşı proqramçı olmaq üçün 1-2 php, java yaxud c# veb çərçivəsi bilmək kafi şərtdi. sizi işə götürənlər, tutuquşu kimi oop, mvc haqda suallar soruşacaq, verdiyiniz cavablarıın da elə bu quşun nitqi sayaq, monoton olmağını istəyəcəklər. onlara heç maraqlı olmayacaq ki, siz başqa proqramlaşdırma qəliblərini də bilirsiz, cəbri əsasları haqda kifayət qədər məlumatınız var və sairə.
ədədləri saymağı, bir-biriylə toplamağı, bir-birinə bölməyi, vurmağı, bir-birindən çıxmağı, bu əməliyyatları və əməliyyatların obyektlərini – ədədləri sıralamağı bacarırsızsa (ki, bunları bilmək elə də böyük hünər tələb eləmir) azacıq da əzbərləmək qabiliyyətiniz varsa – bəsdi. bu status-kvo dağılana qədər bu biliklərlə yola verə bilərsiz – ondan sonra da qocaman proqramçı kimi, zatən, heç kəs sizə toxunmaz 🙂
0
Yaxşı proqramçı olmaq üçün elə digər ixtisaslarda yerin fərqi yoxdu əgər olmaq istəyirsənsə olassan bir proqramçı ki, ancaq işdə proqram yazdısa, ancaq yaxşı maaşlı yerdə işləmək üçün proqramlaşdırmaya girişdisə da onnan nə proqramçı? 🙂 Bir proqramçı ki riyaziyyata marağı olmadı, da onnan nə proqramçı? 🙂
1
dolma məsələsi yox təbii ki 🙂 layihədə sənə lazım ola bilən məntiq. Məsələn sadə misal:
10-10000 araliginda ele ededleri cap et ki, ancaq eyni reqemlerden ibaret olsunlar.
111,3333,4444 …
demək məntiqi yollardan biri o olacaq ki 10..10000 qədər dövr quracağam, sonra hər dövrdə rəqəmi təşkil edən ədədləri bir bir yoxlamalıyam ki eyni olsun. Amma necə yoxlayacağam? rəqəmi təşkil edən ədədlərin sayı qədər 2-ci dövr qurub tək tək oxuyacağam, 1-ci ədədə hamısı bərabərdirsə demək mən istədiyim ədəddir, onu çap edirəm, hər hansı biri bərabər olmasa üstündən keçirəm. Məntiq məsələni necə həll edə bilərəm düşüncəsidir, yəni nəyi necə etsəm mən istəyən alınar.
Sual verin
Cavab verin