Salam. Mənə android üçün offline maps navigatoru lazımdır.
Yəni avtomobildə gedərkən wifi və Mb-dan istifadə etmədən GPS-ni açaraq yolu tapmaq yəni göstərsin harda olduğumu.
Salam. Mənə android üçün offline maps navigatoru lazımdır.
Yəni avtomobildə gedərkən wifi və Mb-dan istifadə etmədən GPS-ni açaraq yolu tapmaq yəni göstərsin harda olduğumu.
Verilmiş cavablar və yazılan şərhlər (16 cavab var)
0
Salam Bu linkə baxın
0
Sagolun ancaq bu programda azerbaycan regionu yoxdur ve adi xerterdir “navigator” yox
0
Ofline map avtomati sizin harada oldugunuzu gorsede bilmez.Bunun ucun internet lazimdir
0
Sənin dediyin kimi yeri göstərmək üçün gərək internetə bağlı ola
0
Axi deyilene gore nokia lumialarda olur
Offline
0
bəli nokia lumiada navigator gps olur
0
Men regionu yukleyim ve meselen buzovnani sonra masin surende yol gedende gostersin
0
Mumkun deyil, ozun fikirles, telefon ve program hardan bilsin sen hardasan ?
Gerek Map programi peyke qosulsun, oda yalniz internetle olur. Birde onu mobil operator gore biler, simin siqnali ile.
2
Əslində olmalıdır, sadəcə bizdə zəif tutur. GPS siqnal birbaşa işləyir, internet və gsm olmadan. Android-də də locationda görə blərsiz, gps üçün 3 seçənək var: təmiz harware gps, gsm ilə birlikdə, internet ilə birlikdə.
2
Nokia Here var Android üçün də. Offline işləyir. Amma düzü Azərbaycanda şəbəkə olmadan GPS zəif tutur. Yəni hardware GPS demək olar ki tutmur normal. İnternet qoşan kimi onun köməyilə yaxşı tutur.
0
Axi deyilene gore nokia lumialarda olur
Offline
1
Yazdım da olur. Here Androiddə də offline işləyir. Sadəcə yaxşı işləmir siqnallar zəif olduğuna görə
0
Coxsagolun amma maps programi ile girendede coxmb isledir ve cox gecikir acmir internet qurtarir onu nece duzeldim az getsin.
2
heç cür, alternativ proqram istifadə edin. ya da ki internet paket alıb, paketlər çox ucuzdur və bir aya bəs edir. paket almayanda təbii ki internet tez bitər.
1
Bilmirəm sualınıza cavab tapa bilmisiniz ya yox, amma mən də sualınıza bir-iki yüngülvari cavab vermək istərdim.
Əvvəla yuxarıda göstərilən proqram(lar)ın Azərbaycan xəritəsi dəstəyi yoxdur və ya varsa, xəritə təfərrüatlı olmayacaq çox güman ki… Şəxsən mən özüm artıq 2 (bəlkə də 3) ildir ki, CityGuide adlı proqramdan istifadə edirəm (həm avtomobildə, həm də piyada kimi). Xəritə offline olduğundan olduqca təfərrüatlı bir şəkildə yığılmışdır və hər növbəti versiyada istər proqrama, istərsə də xəritəyə yenilənmə gəlir. İnternetə yalnız yenilənmə olduqda ehtiyac var, o da evdə olarkən bircə dəfə update edirəm vəssalam… Proqramı açarkən GPS-in açılmasını istəyir, yəni təkcə GPS-in… GPSi açıram və bir neçə saniyədən (bəzən dəqiqələr də ola bilər) sonra proqram harada olduğumu göstərir, gedəcəyim yeri qeyd edirəm və proqram ən optimal marşrut xəttini hesablayıb göstərir, marşrutdan çıxsam, ən optimal marşrut yenidən hesablanır. GPSin açıq olması “batareyanın başına daşı tez salır”, məsləhət görərdim ki, maşındasınızsa, adapterdən ayrılmasın.
Proqramın internetə heç ehtiyacı yoxdurmu? Əslində bu suala tam olaraq yox demək də mümkün deyil, çünki, internet açıq olduqda proqram internetdən tıxaclı yollar haqqında məlumat əldə edir və mümkün qədər çalışır ki, Sizi mənzil başına tıxaca düşmədən tez çatdırsın. Əgər internetlə əlaqə yoxdursa, proqram tıxaclı yollar haqqında məlumat ala bilmədiyindən Sizin tıxaca düşmə ehtimalınız var. Şəxsən öz təcrübəmdən deyirəm: indiyə qədər yolda internetdən istifadə etməmişəm, evdən çıxmadan öncə tıxaclı yollar haqqında məlumatı yeniləyib, yola çıxmışam. Düzdür tıxaca düşmüşəm, amma saatlarla olanlarına yox…
Sitat: “GPS siqnal birbaşa işləyir, internet və gsm olmadan. Android-də də locationda görə bilərsiz, GPS üçün 3 seçənək var: təmiz harware GPS, GSM ilə birlikdə, internet ilə birlikdə”
Müasir telefonların əksəriyyətində (o cümlədən mümkündür ki, Sizin də telefonunuzda) A-GPS deyilən bir anlayış var, bəzi telefonların xüsusiyyətlərinə baxsanız bunu görə bilərsiniz. A-GPS nədir? A-GPS – GPSə qoşulmadan da Sizin yerinizi təyin edə bilər mobil operatorun antenasından (Bakcell, Azercell, Nar və s.), yəni hansı antenaya daha yaxınsınızsa, deməli, Siz həmin antenanın radiusundasınız deməkdir. Qısacası, A-GPS – GPSin kor təbii versiyasıdır, amma bir ƏMMA var, A-GPS dəstəkləyən telefonların GPSə qoşulub, yer təyin etməsi bir neçə saniyə çəkir. Buradada heç bir internetdən filandan istifadə olunmur!
Əgər GPSə gec qoşulursunuzsa, bunu səbəbi böyük ehtimal ki, cihazınızdadır.
Mən CityGuide adını çəkdim, amma alternativ kimi Navitel proqramını da göstərmək olar, burada da xəritələr offlinedır, şəxsən özüm hər ikisindən istifadə etmişəm. Mənə görə CityGuide xəritələri (söhbət Azərbaycan ərazisindən gedir) daha təfərrüatlıdır, kifayət qədər dəqiq işlənib və olduqca çox obyekt var. Amma bir ƏMMA var: CityGuide pulludur (proqram pulsuzdur, xəritənin özü pulludur), Azərbaycan xəritəsi 19 AZN (2-3 il öncə belə idi). Bircə dəfə 19 AZN verib, xəritə üçün lisenziya alırsınız vəssalam, bir də ömrünüzün axırına qədər heç bir ödəniş etməyəcəksiniz! Əlinizin altında bütöv bir Azərbaycan xəritəsi olacaq, radarlar, stasionar postlar, müşahidə kameraları, sürət həddini aşdığınız haqqında xəbərdarlıq, manevr etməyə az qalmış xatırlatma, qanuni duracaq yerləri, istədiyiniz ən xırda obyektin belə axtarışı, mənzil başına qalan məsafə, vaxt, cari anda hansı küçədə (yolda) olduğunuz və manevrdən sonra hansı küçəyə (yola) çıxacağınız haqqında məlumat və s. hər şey olmasa da, çox şey var.
Qısacası, 2-3 ildir ki, bu proqramdan istifadə edirəm və 19 AZN verməyimə peşiman da deyiləm, məsləhət görürəm, alın və istifadə edin…
0
Herkes coxsagolun yazdiginiz ucun cavablandirdiginiz amma men yene alasi olmadim city guide ve navitel bahali programlardir
Sual verin
Cavab verin