Salam. Envato-da satılmış proyektlərdən gələn qazancı necə əldə etmək olar?
Ümumilikdə Envato – Paypal, Payoneer, Skrill və SWIT ödəmə sistemləri ilə işləyir. Bunlardan hansı ilə daha aşağı faiz qarşılığında istifadə edə bilərəm?
Payoneer-lə köçürtmək istəyirəm, kartı da sifariş vermişəm. Lakin bildiyim qədərilə 60%-ə qədər tutur, ATM-dən çıxardan zaman.
Bildiyim qədərilə bu saytın CEO Founder-i də Envato-da satışla məşğuldu =)
Köməyinizi gözləyirəm, bugün ödəniş günüdür Envato-da =)
Ətraflı məlumat versəniz çox şad olaram.
Uğurlar.
Verilmiş cavablar və yazılan şərhlər (2 cavab var)
0
Skrill ən yaxşı vasitədir Envato və digər dəstəkləyən mənbələr üçün. İkinci alternativ isə Swift bank köçürməsidir. Digərlərini boş verin.
Skrill hər köçürmədə təxminən 3$ filan tutur, yəni pis deyil. Swift-də isə ya heç nə tutulmur, ya da 20-30$ tutulur. Bu deyəsən köçürmənin formasından asılıdır. İntermediary bank filan söhbəti var, o nəzərə alınanda heç nə tutulmadan gəlir çatır, nəzərə alınmayanda da çox pis tutur faiz. Odur ki Skrill yaxşıdır.
0
Çox sağolun. Elədirsə mən Payoneer kartımı ləğv edim.
Təşəkkürlər.
Sual verin
Cavab verin