Azərbaycanda affilate marketing

Salam affilate matketing sahəsindən Azərbaycanda yararlanmaq olar, yoxsa Paypal kimi bu saytlarda Azərbaycana məhdudiyyətlər qoyur? Əgər varsa hansılardı?


Yadda saxlama
Kateqoriya: Sual . , , . Qısa keçid.

Verilmiş cavablar və yazılan şərhlər (7 cavab var)

(09:27, 12/10/2015 ) #58848

Hansı affilate-dən gedir söhbət? Minlərlə var xaricdə affiliate təklif edən şirkətlər. hostinq satanlar, geyim satanlar, texnika satanlar, amazon kimi ümumi hər şey satanlar, elektron məhsul(proqram həlli) satanlar və.s. bir də var o dələduz tiplu affilate-lər, piramida şəbəkə quran, dostlarını qazla gətir, biz də sənə qəpik quruş verərik deyənlər, onlardan isə uzaq durmaq lazım.
Ciddilərdən bəziləri ödənişi paypalla edir, bəziləri də çek və bank yolu ilə.
Ən əsası, Azərbaycan bazarında affilate-in heç bir perspektivi yoxdur. Çünki affilate o halda keçərli olur ki, sizdəki keçidə klik edib qeydiyyatdan keçsinlər və nəsə alsınlar. Bu isə milyonda bir hadisədir, şünki tutalı Amazondan alış veriş kim edirsə artıq üzvlüyü var, kim etmirsə də çətin ki edə, qoşulma sürəti azdır. Affilate bloq açanlar görmüşəm mən Azərbaycanda dilində, istər ciddi affilate, istər o mənasız saxta piramidalar filan haqda yazılar yazıb sonda keçid qoyurlar. Heç bir perspektiv də yox

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (12:21, 12/10/2015 ) #58858

    Məsələn xticaret, clickbank və.s kimi saytlardan gedir söhbət

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

      (15:13, 12/10/2015 ) #58861

      eyni şeydir clickbank. “müştəri gətir, sizə faiz verək” Haradan tapacaqsınız bu müştəriləri, ki məsəl
      ən 100$ verib oradan nəsə alsın sizə də 5-10$ qalsın. Və bu hər gün neçə dəfə olsun ki sizə aylıq qazanc gəlsin. Azərbaycan üçün perspertiv görmürəm bu növ işdə

      Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(00:15, 13/10/2015 ) #58872

əlbətdə Azərbaycanla işləmək fikrim yoxdu, xaricilərlə işləmək olar, bu sistemi

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (09:44, 13/10/2015 ) #58873

    əlbəttə olar. niyə də yox? xarici dildə bloq da yazıb ayda 3-5 min qazanmaq olar, xarici dildə e-commerse saytı da qurub milyonlarla gəlir əldə etmək olar və.s. Yaxşı bəs problem nədir o zaman? Problem odur ki, xaricilər özləri bəyəm hərif zaddır, özləri bacarmır affilate saytı düzəltmək? O halda siz onları onların dilində olan sayt ilə necə üstələyəcəksiniz? Peşəkarlıq desəz onlarda yüksək, pul desəz onlarda çox, infrastruktur, işçi, reklam potensialı və.s. desəz onlarda üstün. Bir sözlə biznes bir döyüş meydanıdır, sizin əlinizdə nizə, ox, onlarda isə top, raket var. İndi gəlin qalib gəlin.
    Təbii ki, istisnalar var, kasıb ölkələrdən də beynəlxalq rəqabətə davamlı layihələr çıxır, amma çooox nadir hadisədir bu. Yəni mümkündür, amma çox çətindir. Çox çətin olanı bacaracağınıza inanırsınızsa, HODRİ MEYDAN, buyurun başlayın.
    Belə ətraflı yazmaqda məqsədim odur ki, bir işə başlamadan öncə mütləq reallıqlarla hesablaşmalı və gedilməli olan yolun nə olduğunu bilmək lazımdır. Reallığı öyrənəndən sonra bu fikirdə qalsaz, deməli o zaman layihəyə başlamağa dəyər.

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

      (12:12, 14/10/2015 ) #58890

      İndi bir şeydə deyim qoy 🙂 əlbətdə məlum məsələdir ki, blog və ya ticatət saytı qurduq, o sayt ilə 1-2 ilə aylıq qazancı 2000-3000 dollara qədər qaldırmaq olar. əlbətdə bu məbləğ bizim üçün olduqca böyük bir məbləğdir. Məlum məsələdir ki, xaricilər üçün bu pul çay pulu kimi bir şeydir, bu pul üçün bu qədər vaxtını sərf etməzlər. Onlar daha yüksək mıbləğlər qazanmağa çalışarlar. Yəni biz onlar qədər dəfər qazana bilmsəkdə onların qazandığının 20-30 %-ni qazansaq çox böyük bir nailliyyət olacaq. Dediuim odur ki, qazanc üçün məkanın fərqi yoxdu, bacaran qazanacaq 🙂

      Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(14:48, 13/10/2015 ) #58878

Təşəkkür edirəm ətraflı izahınıza görə 🙂

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

Bu suala aid öz sualım var:
Sual verin
Bu suala cavab vermək istəyirəm:
Cavab verin

Cavab verin


Cavab yazmaq üçün lütfən sağ sütundan və ya buradan hesaba daxil olun.

Üzvlər üçün giriş

Qeydiyyat

Elan qutusu

Son cavablar və şərhlər

Software Developer cavab verdi - Rus dilindən mətni tərcümə etmək (11 saat əvvəl)

Cənab cavab verdi - Almanca söz bazası yığmaq (3 gün əvvəl)

rdrobert cavab verdi - Mikrofon süngərinə yazı (4 gün əvvəl)

rdrobert cavab verdi - Yerli virtual olaraq dost tapmaq platforması (4 gün əvvəl)

rdrobert cavab verdi - Almanca söz bazası yığmaq (4 gün əvvəl)

rdrobert cavab verdi - Playstation 4 almaq, Playsation klub açmaq (4 gün əvvəl)

rdrobert cavab verdi - Proqramistin ixtsasi hansidir? (4 gün əvvəl)

Software Developer cavab verdi - Azercell Kabinetim aplikasiyasında İstəSən tarifi haqqında (5 gün əvvəl)

Software Developer cavab verdi - Proqramistin ixtsasi hansidir? (5 gün əvvəl)

byshako cavab verdi - Google Azərbaycan nömrələrini qəbul etmir (16 gün əvvəl)

rdrobert cavab verdi - Honeygain, passiv gelir (17 gün əvvəl)

rdrobert cavab verdi - Xaricdən telefon getirmek (17 gün əvvəl)

rdrobert cavab verdi - Google Azərbaycan nömrələrini qəbul etmir (17 gün əvvəl)

rdrobert cavab verdi - AliExpress, Telefon, Rüsum (17 gün əvvəl)

MiMov cavab verdi - Özəl ip tv qurmaq (25 gün əvvəl)

Software Developer - 615 xal

E. Hacı - 607 xal

Onar Alili - 526 xal

Dilsuz - 448 xal

Cabbarov Sübhan - 434 xal

Maqa - 346 xal

Ruslan Butdayev - 328 xal

Namiq Bəndəli - 297 xal

U.Tarlan - 244 xal

Meherremoff - 234 xal

Sistemə daxil olmuş 23234 sualdan 92%-dən çoxu cavablandırılmışdır.

Proyekt haqqında

E-Haci.net istehsalı. © 2010-2024