Avropada təhsil

Salam.Sualı ona görə burda qeyd edirəm ki heç bir təhsil saytında ətraflı və dəqiq məlumat tapa bilmədim.Mən BDU-da üçüncü kursda oxuyuram.Burda vəziyyət bir qədər qarışıqdı.İş o həddə çatıb ki universitetdən sənədlərimi götürmək istəyirəm.Universitetə az sayılmayacağ balla qəbul olmuşdum.İndi sənədlərimi burdan götürüb xaricdə oxumaq istəyirəm.Bunun üçün nə kimi bir yol izləməliyəm izah edə bilərsiniz mənə zəhmət olmasa? Hansı imtahana girməklə orta səviyyəli bir universitetdə ödənişsiz və ya qismən ödənişli təhsil ala bilərəm?


Yadda saxlama
Kateqoriya: Sual . . Qısa keçid.

Verilmiş cavablar və yazılan şərhlər (2 cavab var)

(18:54, 18/10/2015 ) #58961

Dünyanın əksər ölkələrinin ali məktəblərinə xarici ölkə vətəndaşlarının qəbulu hər ölkənin qanunvericiliyində nəzərdə tutulmuş prosedur qaydalarına uyğun olaraq həyata keçirilir. ABŞ, Avropa və Asiya ali məktəblətirinin əksəriyyətinə qəbul olunmaq üçün xarici ölkə vətəndaşı birbaşa olaraq seçdikləri ali məktəb ilə internet vasitəsilə əlaqə qurur, istənilən sənədlərin sürətləri və özü haqqında ətraflı məlumatı (CV) müvafiq ünvana təqdim edir. Sənədlər araşdırıldıqdan sonra namizədə bu barədə müsbət və ya mənfi cavab verilir. Müsbət cavab aldığı təqdirdə namizəd sənədlərin əsli ilə müraciət etdikdən sonra ali məktəb son nəticə barədə namizədə rəsmi məlumat verir. Xarici ölkələrin hökumət və qeyri hökumət qurumları tərəfindən və müvafiq ali məktəblər tərəfindən ayrılan təqaüdlər çərçivəsində xaricdə təhsil almaq istəyən namizədlərin seçimi Təhsil Nazirliyi və ya xarici ölkələrin Azərbaycan Respublikasındakı səfirlikləri tərəfindən elan olunmuş müsabiqələr əsasında dəvət olunmuş xarici ekspertlərin iştirakı ilə həyata keçirilir. Bu proqramlar çərçivəsində Yaponiya, Koreya, Yunanıstan və s. ölkələrdə onlarla Azərbaycan Respublikası vətəndaşı təhsillərini davam etdirirlər. Türkiyənin ali məktəblərinə qəbul hər il aprel ayında Azərbaycanda təşkil olunan TCS (Dövlət xətti) və YÖS (ödənişli əsaslarla) qəbul imtahanlarının nəticələri əsasında həyata keçirilir. Dövlət xətti ilə qəbul imtahanları Təhsil Nazirliyinin sifarişlərinə əsasən Türkiyədən gələn heyətin də iştirakı ilə Azərbaycan Respublikası Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən aparılır. Ödənişli əsaslarla təhsilə qəbul Türkiyədən gələn heyət tərəfindən təşkil olunan test imtahanlarının nəticələrinə görə aparılır. Dövlət xətti ilə təhsilə qəbul olunmuş təhsil, yaşayış xərcləri və eləcə də aylıq təqaüd Türkiyə tərəfindən ödənilir. Azərbaycan tərəfi bu tələbələrə aylıq təqaüd və onların ildə bir dəfə təyyarə ilə gediş-gəliş xərclərini ödəyir. Rusiya Federasiyası Hökumətinin hər il Azərbaycana ayırdığı təqaüdlər çərçivəsində bu ölkənin ali məktəblərinə qəbul Təhsil Nazirliyinin sifarişlərinə əsasən Azərbaycan Respublikası Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən keçirilir. Qəbul olunmuş tələblərin təhsil, yaşayış xərcləri və eləcə də aylıq təqaüd Rusiya tərəfindən ödənilir

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(08:43, 31/10/2015 ) #59283

Almaniyada təhsil pulsuzdur və orada yaşayış xərcləri də Bakıdan ucuzdur. Ona görə nə qədər tez ora getsəniz sizin üçün bir o qədər yaxşı olacaq. Amma bunun üçün ya ingilis dilini ya da alman dilini yaxşı bilməlisiniz. Əgər dili yaxşı bilmirsinizsə ilk öncə bir neçə aylıq dil kursu oxuduqdan sonra təhsilə başlayırsız. Almaniyada universitetə qəbul Azərbaycandakı kimi dövlət tərəfindən mərkəzləşdirilmiş qaydada yox, hər bir universitetin özü tərəfindən aparılır. Bunun üçün siz gərək aid olduğunuz ixtisasın tədris olunduğu universitetlərin müvafiq fakültələri ilə əlaqə saxlayıb onlardan qəbul üçün lazım olan sənədlər haqqında məlumat əldə etməlisiz. Mastersportal.eu və www.bachelorsportal.eu saytlarına girin və sizə uyğun ixtisası oradan tapın. Onu deyim ki, Almaniya universitetlərinə xarici tələbənin qəbul olması digər ölkələrə nisbətən xeyli asandır. Azərbaycanda olan təqaüd proqramlarına qətiyyən ümid etməyin, həmin proqramlar hamısı başdan ayağa rüşvətə bulaşıb. Sizə uğurlar.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

Bu suala aid öz sualım var:
Sual verin
Bu suala cavab vermək istəyirəm:
Cavab verin

Cavab verin


Cavab yazmaq üçün lütfən sağ sütundan və ya buradan hesaba daxil olun.

Üzvlər üçün giriş

Qeydiyyat

Elan qutusu

Son cavablar və şərhlər

Software Developer cavab verdi - Wise vasitəsilə bank kartına pul köçürmə (5 saat əvvəl)

Software Developer cavab verdi - Rus dilindən mətni tərcümə etmək (21 saat əvvəl)

Cənab cavab verdi - Almanca söz bazası yığmaq (3 gün əvvəl)

rdrobert cavab verdi - Mikrofon süngərinə yazı (4 gün əvvəl)

rdrobert cavab verdi - Yerli virtual olaraq dost tapmaq platforması (4 gün əvvəl)

rdrobert cavab verdi - Almanca söz bazası yığmaq (4 gün əvvəl)

rdrobert cavab verdi - Playstation 4 almaq, Playsation klub açmaq (4 gün əvvəl)

rdrobert cavab verdi - Proqramistin ixtsasi hansidir? (4 gün əvvəl)

Software Developer cavab verdi - Azercell Kabinetim aplikasiyasında İstəSən tarifi haqqında (6 gün əvvəl)

Software Developer cavab verdi - Proqramistin ixtsasi hansidir? (6 gün əvvəl)

byshako cavab verdi - Google Azərbaycan nömrələrini qəbul etmir (16 gün əvvəl)

rdrobert cavab verdi - Honeygain, passiv gelir (17 gün əvvəl)

rdrobert cavab verdi - Xaricdən telefon getirmek (17 gün əvvəl)

rdrobert cavab verdi - Google Azərbaycan nömrələrini qəbul etmir (17 gün əvvəl)

rdrobert cavab verdi - AliExpress, Telefon, Rüsum (17 gün əvvəl)

Software Developer - 615 xal

E. Hacı - 607 xal

Onar Alili - 526 xal

Dilsuz - 448 xal

Cabbarov Sübhan - 434 xal

Maqa - 346 xal

Ruslan Butdayev - 328 xal

Namiq Bəndəli - 297 xal

U.Tarlan - 244 xal

Meherremoff - 234 xal

Sistemə daxil olmuş 23234 sualdan 92%-dən çoxu cavablandırılmışdır.

Proyekt haqqında

E-Haci.net istehsalı. © 2010-2024