Salam.
Online alış-veriş üçün mənə plastik kart lazımdır. Ama kredit kart olmasın.
•Tələbəyəm, işləmirəm və təqaüd almıram.
•Kart pulsuz verilsin. Alışveriş üçün müəyyən faiz tutsalar da olar.
•Milliön, eManat və s. ödəmə terminallarından hesabıma pul yükləyim və ancaq bu məbləğdən istifadə edim.
•Başqa plastik kart istifadəçilərindən bu karta pul göndərmək olsun.
Sual: məsələn kartım vizadırsa bu karta ancaq viza kartlardan pul göndərmək olar yoxsa istənilən kartdan istənilən karta pul köçürmək olur?
Mövzu ilə bağlı ətraflı məlumat verməyinizi çox xahiş edirəm. Təşəkkürlər
Verilmiş cavablar və yazılan şərhlər (3 cavab var)
1
Bank respublikanın visa elektronudu məndə. Kartı alanda ilkin mədaxil 100azn olmalıdı. O pul da sizin özünüzün olur onsuz da yəni pulsuzdu. Daha dəqiq məlumatı bankın saytında (bankrespublika.az) online çat yerinə yazıb soruşa bilərsiz
1
Bank of baku ve ya Kapitalbank dan visa electron sifaris edin.
Kartlara hec bir sert qoyulmur. Qiymeti bank of bakuda 7 azn (1il), kapitalbankda 10 manat (1il)
Negeder pul qoyursiniz,onuda isledirsiniz (magazalarda ve online alis veris). Diger kartlarada pul kocurmek olur Card to Card.
0
ən yaxşi dəmirbankdı ilə 5 azn
Sual verin
Cavab verin