İxtisas seçimində köməyiniz lazımdır

Salam, 11'də oxuyuram,I qrupa hazırlaşıram.Bu il qəbulu verəndə, təxminən, 100% İngilis, 100'ə yaxın Az. Dili, 50% Riyaziyyat, 50% Fizika, bir az da Kimya fikirləşirəm.Belə ki, təxminən 400 baldan bir az çox yığacağımı düşünürəm.Və ixtisas seçimində sizdən məsləhət istərdim.Özümün Komp Mühəndisliyi,Elmləri və Rabitəyə marağım var.Zəhmət olmasa, hamısının, əsas da rabitənin incəlikləri, harada,vakant yer dərəcəsi, maaşı və s. haqda məlumat verərdiniz(maaşı düşünmə, sevdiyin işin dalıyca get deməyin :) ).Riyaziyyatım haqda onu deyim ki,ən çətin misalları izah etsələr, lap yaxşı anlayıram,amma di gəl ki, bir az çətin misallara qarşı özümdə kreativlik çox deyil((Bir də onu deyim ki, mənim Animasiya'ya,Professional montaja və Veb Development'ə də həvəsim var, necə bilirsiz, gələcəkdə templatelərin, çox sadə proqramların çıxa bilməsi bu işlərə tələbatı azaldar?Bir az uzun oldu, qüsura baxmayın :) .Əvvəlcədən təşəkkürlər.

Verilmiş cavablar və yazılan şərhlər (4 cavab var)

Əli (2015-11-09 18:46:09)
çox sağ olun, düşünəcəm..

Maqa (2015-11-09 18:33:17)
siz xarici şirkətlə çalışsaz və ixtisas olaraq neft qazma mühəndisliyin seçsəz sizə bir problem olmaz ancaq seçim yenə də sizindir biz sadəcə olaraq öz fikirlərimizi bölüşürük

Əli (2015-11-09 17:40:30)
mən tez-tez qrup dəyişmişəm, bir'ə də "təzə" gəldiyimdən,kimyadan zəifəm, sizcə, nəsə alınar?Bir də ki, tez-tez vurğulanır ki, iqdisadiyyatımızı neftdən~qeyri-neftə yönəldirik, görəsən, bu həmin işin pis olmasına gətirər?

Maqa (2015-11-09 17:16:33)
Mənə qalsa 400 bal neft akademiyası üçün normal neft ixtisası seçimi vəd edir əlbəttə dili də bilirsiz bp və ya socarın qapıları açıq olar o zaman sizə