Nokia ne vaxt qayidir?

Sizlersen Nokianin nə vaxt qayidacagini dəqiq bilən var?


Yadda saxlama
Kateqoriya: Sual . , , . Qısa keçid.

Verilmiş cavablar və yazılan şərhlər (12 cavab var)

(15:25, 09/11/2015 ) #59465

maraqlı sualdı) Nokia seçdiyi əməliyat sisteminə görə çox da uğur qazanmadı. amma aparat və güc cəhətdən çox yaxşıdır.
Siz qayıtmaq deyəndə yəqinki samsung sony iphone kimi məşurluğu nəzərdə tutursuz. Əməliyyat sistemi vindovs phone da android ə keçsə yəqinki geri qayıdacaq).
nokia x xl modelləri kimi zəif android sistem yox. Ən azı 2 və daha çox ram, güclü kamera, uzun ömürlü batereya güclü prosessor olsa lazmı qədər məşurlaşacaq.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(15:37, 09/11/2015 ) #59466

Nokia telefon bazarinin padwahidir.Duzdu smartfon bazarinda ugurlu olmadi.Amma internetden oxudumku windowsu bir kenara tullayib qayitmaq istiyir.Nokia fani kimi buna coxx sevindim.Yeni android swan,c1 ves modellerinin wekilleride var internetde.Samsung,Sony ves modelleri Nokiasiz qaldigimizcun iwdedirik.Mene Nokianin yeni modellerinin nevaxt bazara cixacagi deqiq tarix lazimdi.Bilirsizse yazin

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(17:13, 09/11/2015 ) #59467

Bilen olsa cavablandirsin

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(17:22, 09/11/2015 ) #59470

Nokia oz boyuk hissesini Microsof-ta satib ve ozune bir balaca pay saxlayib.
Muqavileye gore 2015 ile kimi Nokiya boyuk bazara cixa bilmez.
Melumata gore muqavilenin muddeti sona catdiqda, 2016 ilde Nokiya yeniden boyuk bazara qayidmaga hazirlasir.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(18:56, 09/11/2015 ) #59475

Tewekkur qardaw melumata gore.Sebirsizlikle Nokianin qayidacagi ani gozduyuruk.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(18:56, 09/11/2015 ) #59476

Hər igidin öz dövranı olur. Nokia telefonların padşahıdır yox, padşahı idi. Elop adlı Microsoftdan çıxıb gəlmə bir işbaz Androiddən ilk başdaca imtina etməklə ciddi strateji “səhvə” yol verdi və bununla da şirkətin bazar payı 2-3 il içində əriyib sıfıra yaxınlaşdı. Bu da keçmiş və gələcək Microsoftçu olan Elopun əslində uğuru idi, çünki bu agentin sayəsində Microsoft batmaqda olan Nokia Mobile bölməsini çox ucuza satın almış oldu. Elop da işini uğurla görüb qayıtdı Microsofta.
Nokia şirkəti hazırda mövcuddur, amma qeyri-telefon sahəsində. Telefon bölümünü və patentləri tamamilə Microsofta satıb. Bu bazara 2016dan qayıda bilər, amma tam yeni adlarla, tam yeni texnologiyalarla, sıfır patent ilə. Bu isə çox çətin olacaq, yəni tam sıfırdan başlayan bir Çin şirkətindən fərqi olmayacaq. Nəyi vardısa hamısının hüququ indi Microsoftdadır.
Qaldı ümumi tarixə nəzər salıb telefonların kralının belə vəziyyətə düşməsinə. Bu ilk də deyil son da deyil, çox olub belə taxtdan enmələr.
1. Motorola – Mobil telefon anlayışının atası olan şirkət. Yəni sizin təbircə desək ilk padşah. Hazırda Motorola olaraq mövcud deyil. Motorola şirkəti ABŞ-da var, amma tam başqa şeylər istehsal edir. Mobil telefon buraxan Motorola Mobility isə hazırda müstəqil olaraq mövcud deyil, sadəcə Lenovonun alt qollarından biri kimi yaşayır.
2. Ericsson – Bu marka da vaxtilə birinci yerdə idi. Amma göründüyü kimi indi artıq mobil bazarda yoxdur, payını Sony-yə satıb.
3. Siemens – Bir ara bu şirkət də birinci idi. Amma o da oxşar taleyi yaşadı, çökərək Benq şirkətinə satdı mobili. Amma ayrıca şirkət kimi indi də var və uğurlu bir şirkətdir.
4. Alcatel – Lider olmasa da, məşhur olduğu vaxtlar olub. İndi eyni ad altında Çinlilərə satılıb, yəni şirkət kimi Alcatel mobildən çoxdan ayrılır. O ad altında Çinlilər buraxır telefon.
5. Blackberry – Ciddi iş adamı smartfonu anlayışını gətirən və bir neçə il əvəzsiz lider olan şirkətin mobil qanadı hazırda tamamilə iflas ərəfəsindədir, çox güman ki bir il ərzində Blackberry də tarixə qovuşacaq.
6. Sony – Çox təəssüf ki, bu cür nəhəng şirkətin də mobil qanadı ciddi zərərlə işləyir deyə qarşıdakı yarım il son şansıdır Sony smartfonlarının. Özlərinin də dediyinə görə əgər 2016da da işlər indiki kimi getsə, şirkət mobilə əlvida deməli olacaq(Noutbuk sahəsinə əlvida dediyi kimi) və digər uğurlu işləri ilə məşğul olacaq(televizor,kamera,fotoaparat,elektronika avadanlıqları, play station və.s.)
Ona görə də Nokianın qayıtmağını gözləməkdənsə digər, aktual olan markalarla maraqlansanız yaxşı olar.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (23:57, 14/11/2015 ) #59576

    bu siyahıda SONY çox qəribədi. android platformasında deyərdimki ən güclü smartfonlar sony z ailəsinə məxsusdu amma bizim bu ölkədə sony ə çoxda fikir verilmir. deməli tək bizdə deyilmi9ş bütün dünyada beləymişki şirkət smartfon istehsalını dayandırmağı düşünür.

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

      (10:50, 15/11/2015 ) #59581

      Sony Vaio noutbuklari da əla noutbuklar idi, bazarda ən keyfiyyətli məhsullar idi az qala. Amma təəssüf ki zərərlə işlədi deyə bağladılar. Ordan ayrılanlar Sonynin icazəsi ilə Vaio adlı şirkət qurublar indi, amma əvvəlki kimi məşhur deyil.
      Sonynin ən yaxşı bacardığı şey keyfiyyətli istehsalıdır, marketing, strategiya, dizayn və bir sıra başqa məsələlərdə zəifdirlər. Ona görə də məhsulu əla ola ola əlində qalır.
      Sony o qədər model smartfon buraxır xperia adı ilə, amma təsəvvür edin, hazırda bazar payı 1%dən də azdır. Dəhşətdir bu. Xiaomi, Huawei, ZTE, Lenovo və s hər biri ayrılıqda sonynden 5-10 dəfə çox smartfon satır.

      Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(19:23, 09/11/2015 ) #59478

http://www.tipsforpremium.com/nokia-launched-amazing-nokia-swan-android-phone-full-specifications-features-price-specs-and-more/

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(19:24, 09/11/2015 ) #59479

Amma deqiq tarix yazilmir ne vaxt mende deqiq tarixi bilmek isterdim

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (02:25, 10/11/2015 ) #59488

    2016 illin evveleri ve ya ikinci yarisi

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(09:59, 10/11/2015 ) #59490

cox sagol.Sebirsizlikle Efsanenin geri qayidacagi vaxti gozleyirik..

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

Bu suala aid öz sualım var:
Sual verin
Bu suala cavab vermək istəyirəm:
Cavab verin

Cavab verin


Cavab yazmaq üçün lütfən sağ sütundan və ya buradan hesaba daxil olun.

Üzvlər üçün giriş

Qeydiyyat

Elan qutusu

Son cavablar və şərhlər

E. Hacı cavab verdi - Proqramlaşdırma - fəlsəfə (18 saat əvvəl)

kapiltp cavab verdi - Proqramlaşdırma - fəlsəfə (2 gün əvvəl)

Cənab cavab verdi - kurs diplomu ilə işləyə bilərəm? (2 gün əvvəl)

kapiltp cavab verdi - Proqramlaşdırma - fəlsəfə (5 gün əvvəl)

E. Hacı cavab verdi - Proqramlaşdırma - fəlsəfə (5 gün əvvəl)

kapiltp cavab verdi - Proqramlaşdırma - fəlsəfə (5 gün əvvəl)

kapiltp cavab verdi - Proqramlaşdırma - fəlsəfə (7 gün əvvəl)

E. Hacı cavab verdi - Proqramlaşdırma - fəlsəfə (7 gün əvvəl)

kapiltp cavab verdi - Proqramlaşdırma - fəlsəfə (8 gün əvvəl)

Aysu2009 cavab verdi - Azərbaycan əsgər mahnısının sözlərini ingilis dilinə tərcümə etmək (9 gün əvvəl)

Aysu2009 cavab verdi - Atestat almaq üçün ne etmeliyem? (9 gün əvvəl)

Aysu2009 cavab verdi - Azərbaycan əsgər mahnısının sözlərini ingilis dilinə tərcümə etmək (9 gün əvvəl)

Software Developer cavab verdi - Xamaya başqa nə deyirlər? 6 hərflidir (14 gün əvvəl)

Erol34 cavab verdi - Xamaya başqa nə deyirlər? 6 hərflidir (15 gün əvvəl)

Software Developer cavab verdi - Xamaya başqa nə deyirlər? 6 hərflidir (15 gün əvvəl)

Software Developer - 615 xal

E. Hacı - 608 xal

Onar Alili - 526 xal

Dilsuz - 448 xal

Cabbarov Sübhan - 434 xal

Maqa - 346 xal

Ruslan Butdayev - 328 xal

Namiq Bəndəli - 297 xal

U.Tarlan - 244 xal

Meherremoff - 234 xal

Sistemə daxil olmuş 23295 sualdan 92%-dən çoxu cavablandırılmışdır.

Proyekt haqqında

E-Haci.net istehsalı. © 2010-2024