ip vasitəsilə kiminsə ünvanını tapmaq

Salam, yəqinki 2-3gün əvvəl fb da yerli və reytingli səhifələrin oğurlanma xəbərlərini eşirmisiniz.
“Azerbaijan Cyber Army” adlı bir qrup səhifələri oğurlayan şəxsi tapdı fb səhifələrində məlumatlarını və yaşadığı yeri paylaşdı:
1. http://imgur.com/hNBWhij
2. http://imgur.com/mhrMZax
3. http://imgur.com/tU7xcBj (Əsas bu məlumatlar)
Bu məlumatları İP vasitəsilə tapıblar yəqin. İP ünvan bilinəndən sonra bu məlumatları necə əldə etmək olar?

—-cavab: Onlar xakerdi tapıblar, Hamı belə şeyləri bacarsaydı Xakerlik deyilen bir iş qalmazdı) …
bilirəmki bu cavab gələcək deyə özüm əvvəldən yazıram mümkünsə başqa cavab verərdiz)


Yadda saxlama
Kateqoriya: Sual . , , , . Qısa keçid.

Verilmiş cavablar və yazılan şərhlər (11 cavab var)

(21:14, 11/01/2016 ) #60749

Salam.
Bir az yanlış məlumatlardır.
1. Azərbaycanda İP ünvana görə ünvan tapmaq çətin məsələdir, çünki internet infrastrukturu elə qurulub ki, heç kəs internetdə point deyil, hər kəs providerlər üzərindən bağlanır internetə. Yəni loru desəm sanki internet bir dənə providerdədir, hamı ordan kabel çəkib evinə. İP-lər dinamikdir, internet shared-dir və.s.
Ona görə də İP-lər providerlərin ünvanını göstərir. Verdiyiniz şəkillərdə də ev ünvanları deyil, Xocasəndə Delta Telecomun datacenterinin ünvanı göstərilib.
2. Digər məlumatları isə(email filan) N qədər yolla əldə etmək olar. Fishing-dən tutmuş providerdəki tanışlardan informasiya almağa qədər yollardan biri ilə.
Yəni heç bir ciddi və sehrli iş görünmür orda.
İP vasitəsilə ünvanı isə bir çox saytlardan öyrənmək olur, məsələn ip2location.com . Amma təkrar edirəm ki, Azərbaycanda bunun effekti yox dərəcəsindədir.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (11:48, 12/01/2016 ) #60759

    Anladım. Düşündüyüm kimi bizdə xakerlik tam lazımı səviyədə inkişaf eləmiyib)

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(21:46, 11/01/2016 ) #60751

Adi chata girende bele IP unvanindan tutmus cihaz sistemine qeder her sey qeyd olunur.Buna bir aciqlama vererdiz.
(Sizin cavablariniz hertereflidir)

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (23:31, 11/01/2016 ) #60753

    Bəli, proqramlaşdırma dillərində bir neçə funksiya var ki, istifadəçi(client) haqqında bəzi məlumatları sistemə ötürür. Məsələn
    $_SERVER[“REMOTE_ADDR”] – istifadəçinin İP ünvanı(hansı ölkədən daxil olması, hansı provider işlətməsi, statik İP-dirsə hansı ünvandan daxil olması və.s. informasiya verir)
    $_SERVER[‘HTTP_USER_AGENT’] – istifadəçinin brauzerini, hansı cihaz işlətməsini(telefon və ya planşet olduqda dəqiq modeli, kompüter olduqda isə sadəcə əməliyyat sistemini), ekranının hansı ölçüdə olmasını və.s. bu kimi məlumatları ötürür.

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

      (08:52, 12/01/2016 ) #60756

      Xakerler en savadli programistlerdir.Onlar programlarin dibine enmeyi bacarirlar ve onuda bilirsizki viruslari yayan ve ona qarsi antivirus cixarib pul qazananlarda olardi.Okeanin o tayinda xakerlerin neler etdiyini yeqinki bilirsiz.
      Yeniki Komputerin oldugu yeri deqiqlesdirmek i onlar ucun cetin ola? 🙂

      Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(11:46, 12/01/2016 ) #60758

xakerlerin nələri bacardığını bilirəm. Sadəcə bizim ölkəmizdə bu qədər inkişaf olduğunu düşünmürdüm. Yəni sırf proqram hazırlasınlar kiminsə ip tapsınlar sora o ip ilə ünvan və s. məlumatlar. Yəni bu inandırıcı gəlmirdi. Açığı hələ də tam bu dərəcədə inkişaf eləmiyib bizim xakerlər.
O fb səhifələrini qıran insan nə qədər bilikli də olsa ip-sin gizlətməyi düşünmüyüb)

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (12:48, 12/01/2016 ) #60761

    Axı bu inkişaf etmək deyil. Paylaşdığınız məlumatları mövzu ilə maraqlanan 6-7ci sinif şagirdi belə bacara bilər. Yəni heç bir ciddi zəka məhsulu yoxdur ortada. Sadəcə hazır primitiv metodları(və ya hazır proqram) tətbiq etmək faktı var.

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(12:01, 12/01/2016 ) #60760

Dediyiniz xakerler orta seviyyeli xakerlerdi.Bu “heveskarlar”-i tapmag su icmek kimi bir seydi.
🙂

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(12:53, 12/01/2016 ) #60763

Bir də ərk edib məsləhət görərdim ki, hakerlik(x yox h olmalıdır ilk hərf) haqqında bir az mifik yanaşmalardan çəkinəsiniz.
Yəni sanki heç kimdə olmayan qüvvəyə malik gizli yeraltı qüvvələrdirmiş kimi. (əsl haker elə olur, əsl haker belə olur … kimi ifadələr)
Bu bir az kriminal aləmə olan simpatiyaya bənzəyir(lotu filankəs, qoçu filankəs haqqında kitabları, onlar haqqında dillərdə dolaşan əhvalatları yəqin ki eşitmisiz). Ona görə də qaçınılması gərəkən yanaşmadır.
Real hakerlik real aləmdəki xəfiyyəlik kimi bir şeydir, kobud müqayisə etdikdə. Yəni əldə olan kiçik bir ipucundan çıxaraq məntiqi əməliyyatlar icra etməklə başqalarının sezə bilmədiyi verilənləri toplayır, analiz edir və sonda gizli olan məlumata ulaşır. Yəni ki, ən böyük haker bir Şerlok Holmsdur, bir də Erkül Puaro 🙂

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (13:19, 12/01/2016 ) #60765

    Meslehete ehtiyacim yoxdur eziz istifadeci ve bu cur cinayetkarliqdan hemise uzaq durmaga calisiram.Sizin muqayiseleriniz ise sexsi fikirlerinizdir.Sizin ve diger istifadecilerin fikirlerine hormetle yanasiram.
    Sadece men oz fikrimi bildirirem ve buda real faktlarnan subut edilib.
    Bu mesele haqqinda ise uzun uzadi danismaq olar,bunu sizde mende gozel bilirik.
    Sizin sairane yazilmis cavabiniza ise musbet 1 dusur. 🙂

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(16:44, 12/01/2016 ) #60769

Hakerler savadli ola biler,amma bu onlarin agilli oldugu menasina gelmir,onlar sadece firildagcilardir,ele zekali olsaydilar bawqalarina aid olan melumatlari,profilleri ve s…ogurlamagin ne qeder cirkin bir iw oldugunu derk ederdiler.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

Bu suala aid öz sualım var:
Sual verin
Bu suala cavab vermək istəyirəm:
Cavab verin

Cavab verin


Cavab yazmaq üçün lütfən sağ sütundan və ya buradan hesaba daxil olun.

Üzvlər üçün giriş

Qeydiyyat

Elan qutusu

Son cavablar və şərhlər

E. Hacı cavab verdi - 300$ Gömrük Limitini keçdim (19 saat əvvəl)

Software Developer cavab verdi - Aliexpress gömrük rüsumu nəyə görə hesablanır? (2 gün əvvəl)

AliyevYT cavab verdi - Honeygain, passiv gelir (3 gün əvvəl)

Sıradan biri cavab verdi - IMEI qeydiyyatı (5 gün əvvəl)

Fariz Huseynli cavab verdi - cerimenin öyrənilməsi (8 gün əvvəl)

Software Developer cavab verdi - cerimenin öyrənilməsi (9 gün əvvəl)

Software Developer cavab verdi - Kapital bank rekvizit payoneer (9 gün əvvəl)

Software Developer cavab verdi - Hər hansı kompyuter proqramının (EXE faylı) etibarlı olub olmaması yəni qanuni və ya saxta olduğunu necə bilmək olar ? (9 gün əvvəl)

txmn cavab verdi - Hərbi biletsiz, möhlətsiz iş (12 gün əvvəl)

Galaxy cavab verdi - X-də (Twitter) premium abunəliklə bağlı çətinlik (12 gün əvvəl)

Rsad Ncfli cavab verdi - Payonner 2024 ilə bağlı sual (18 gün əvvəl)

Software Developer cavab verdi - Payonner 2024 ilə bağlı sual (18 gün əvvəl)

Rsad Ncfli cavab verdi - Payonner 2024 ilə bağlı sual (18 gün əvvəl)

Software Developer cavab verdi - Payonner 2024 ilə bağlı sual (18 gün əvvəl)

Mehemmed002 cavab verdi - Xaricdən alınan məhsul gömrük bəyannamə (25 gün əvvəl)

Software Developer - 615 xal

E. Hacı - 607 xal

Onar Alili - 526 xal

Dilsuz - 448 xal

Cabbarov Sübhan - 434 xal

Maqa - 346 xal

Ruslan Butdayev - 328 xal

Namiq Bəndəli - 297 xal

U.Tarlan - 244 xal

Meherremoff - 234 xal

Sistemə daxil olmuş 23228 sualdan 92%-dən çoxu cavablandırılmışdır.

Proyekt haqqında

E-Haci.net istehsalı. © 2010-2024