Linuks üçün Paskal İDE?

Linux üçün ən yaxşı Paskal İDE hansıdır? Hansını yükləməyi məsləhət görərdiniz?


Yadda saxlama
Kateqoriya: Sual . . Qısa keçid.

Verilmiş cavablar və yazılan şərhlər (5 cavab var)

(09:50, 14/01/2016 ) #60809

Bilirsiz cavab yazmaq istəmirdim, amma yazmaya da bilmədim. Linux hara – paskal hara. Paskaldan, bir də Windowsdan qaçannar sığınır Linux-a. Burda da dil olaraq C qəbul olunub. İDE deyilən anlayış Windowsa məxsusdu. Baxmayaraq ki Linux üçün də bir çox dillərin İDE -ləri mövcuddur, amma onlardan çox az adam istifadə edir. Linuxda deməy olar ki, bütün mətn redaktorları (gedit, Kate, emacs, vim ) sintaksis rəngləməni dəstəkləyir. Kompilyator məsələsi isə terminal ilə həll olunur, yəni İnteqrasiya yoxdur. Windowsa IDE üzrərində F7 – F5 kimi düymələri basmaq və arxa fonda nəyin baş verdiyindən xəbərsiz olmaq əvəzinə Linuxda bu düymələrin arxasında duran əmrləri terminaldan əl ilə daxil etməli olursunuz. Bununla siz örgənməklə bərabər qazandığınız üstünlüyün yanında birbaşa kompilyatorla işləmək həzzini də duymuş olursunuz. Ona görə də əgər sistem olaraq seçim Linux-dursa, dil olaraq seçim mütləq C olmalıdır.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(11:18, 14/01/2016 ) #60811

Yuxarıdakı cavaba qatılıram. Yox mütləq lazımdırsa
http://www.freepascal.org/

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(19:49, 14/01/2016 ) #60828

Bəs C++ da yaxud Paskalda(fərqi yoxdur) düymələr (Button) ümumiyyətlə vizual şeylər necə yaratmaq mümkündür?

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(10:01, 15/01/2016 ) #60836

Linux -da GUI (graphic user interface) tətbiqlər yaratmaq ənənəsi elə də inkişaf etməyib. Məslə bundadır ki, Grafik istifadəçi interfeysi Linuxda əməliyyatlar sisteminin tərtkibinə daxil deyil və bir çox Linux desktoplarında rast gəlinən qrafik tətbiqlər X Window system adlandırılan proqram təminatının köməyilə yaradılır. Bu proqram təminatından istifadə etmək üçün Xlib adlandırılan C kitabxanası mövcuddur və onun üzərində Gnome üçün GTK+, KDE üçün isə QT kitabxanaları qurulub.GTK+ -dan istifadə edən Sadə Salam Dünya GUİ tətbiqi aşağldakı kimi olar.

Belə başa düşürəm ki, siz Linuxda proqramlaşdırma ilə məşğul olmaq istəyirsiniz və sadə hesab etdyiniz GUİ -ni sınamağı qərar vermisiniz. Ona görə sizə bəzi məsləhət vermək istəyirəm. Əlbətdə Windowsla paralel digər əməliyyatlar sistemləri ilə tanış olmaq bir proqramçı kimi sizin təcrübənizi artırar və çox təqdirəlayiqdir, amma Linuxla bağlı bir iki detalı nəzərə almaq lazımdır.

Birincisi. Linux yeni başlayanlar üçün deyil. Əgər yeni başlayırsınızsa onda bir müddət Windowsda biliklərinizi möhkəmləndirin. Konkret C++ ilə məşğul olun. Başqa heçnə sizə Linuxda uğur qazanmağa kömək eləməz. C isə çətindi. C++ -da təcrübə toplayandan sonra, misal üçün ağaclarda axtarış aparan proqramı yazandan sonra Linuxa keçmək olar. Burada da ilk olaraq sistem ilə tanış olmalısınız. Yəni sistem resusrlarından nə cür istifadə edləmək lazımdır. fayllar, proseslər, siqnallar, proseslərarası əlaqə vastələri, şəbəkə proqramlaşdırma v.s. Ondan sonra artıq sistem, proqram təminatı barısində daha çox məlumatınız olar və istəsəniz GUİ ilə də məşğul ola bilərsiniz.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(19:25, 15/01/2016 ) #60845

Çox sağolun

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

Bu suala aid öz sualım var:
Sual verin
Bu suala cavab vermək istəyirəm:
Cavab verin

Cavab verin


Cavab yazmaq üçün lütfən sağ sütundan və ya buradan hesaba daxil olun.

Üzvlər üçün giriş

Qeydiyyat

Elan qutusu

Son cavablar və şərhlər

MiMov cavab verdi - Özəl ip tv qurmaq (4 gün əvvəl)

MiMov cavab verdi - iptv onlayn paket almaq (4 gün əvvəl)

E. Hacı cavab verdi - 300$ Gömrük Limitini keçdim (10 gün əvvəl)

Software Developer cavab verdi - Aliexpress gömrük rüsumu nəyə görə hesablanır? (12 gün əvvəl)

AliyevYT cavab verdi - Honeygain, passiv gelir (13 gün əvvəl)

Sıradan biri cavab verdi - IMEI qeydiyyatı (15 gün əvvəl)

Fariz Huseynli cavab verdi - cerimenin öyrənilməsi (18 gün əvvəl)

Software Developer cavab verdi - cerimenin öyrənilməsi (19 gün əvvəl)

Software Developer cavab verdi - Kapital bank rekvizit payoneer (19 gün əvvəl)

Software Developer cavab verdi - Hər hansı kompyuter proqramının (EXE faylı) etibarlı olub olmaması yəni qanuni və ya saxta olduğunu necə bilmək olar ? (19 gün əvvəl)

txmn cavab verdi - Hərbi biletsiz, möhlətsiz iş (21 gün əvvəl)

Galaxy cavab verdi - X-də (Twitter) premium abunəliklə bağlı çətinlik (22 gün əvvəl)

Rsad Ncfli cavab verdi - Payonner 2024 ilə bağlı sual (28 gün əvvəl)

Software Developer cavab verdi - Payonner 2024 ilə bağlı sual (28 gün əvvəl)

Rsad Ncfli cavab verdi - Payonner 2024 ilə bağlı sual (28 gün əvvəl)

Software Developer - 615 xal

E. Hacı - 607 xal

Onar Alili - 526 xal

Dilsuz - 448 xal

Cabbarov Sübhan - 434 xal

Maqa - 346 xal

Ruslan Butdayev - 328 xal

Namiq Bəndəli - 297 xal

U.Tarlan - 244 xal

Meherremoff - 234 xal

Sistemə daxil olmuş 23229 sualdan 92%-dən çoxu cavablandırılmışdır.

Proyekt haqqında

E-Haci.net istehsalı. © 2010-2024