Mp3 və müəlliflik hüquqları

Salam internetde bütün mahnilar free download üçün nezerde tutulmusdur. Yeni ki hansı saytdan isteyiremse bunlari pulsuz yukleye bilərəm.Hetta o mahnilari kim necə isteyir deyisir,ad yazır və s elaveler edir. Yeniki məndə istesem bunlari ayri-ayri yerlerde yerlesdire bilərəm?

Verilmiş cavablar və yazılan şərhlər (6 cavab var)

Umid_Ceferov (2016-01-18 12:24:37)
Elbette mende dusunduyum kimi.Yani qanun qebul edilenden sonra artiq bu emeller qanunu pozmus olur. Bu quvveye minse ve minenden evvelede samil olunsa eger onda gerek milyonlarla adam turmelere salina :) Cavablariniza gore tesekkur edirem qardas,Allah razi olsun

Software Developer (2016-01-18 12:09:12)
Qanun keçmişə samil edilə bilmir heç bir halda. Yəni əgər qanun qəbul edilsə, o qəbul ediləndən sonra kim məşğul olsa bəli həbs də oluna bilər, böyük məbləğdə cərimə də. "Men bunlari mene teklif eden saytdan yuklemisem ve men hec bir mesuliyyet dasimiram" Təklif edən saytdan yükləmisiz - Yükləmək özü də qanun pozuntusudur. Sonra yaymağa başlamaq - bu artıq cinayət hesab edilə bilər. Fərq etmir haradan əldə etmisiz, sizə kim nə vəd edib. Musiqi bir məhsuldur və onu ərsəyə gətirmək üçün nə qədər pul xərclənib. O pulu da kim buraxıbsa, haqq ona məxsusdur. Başqa yayanlar, yükləyənlər oğurluq edənlər və onlarla əlbir olanlar sayılır. Təbii ki hələ ki xaricdə. Burada da belə hesab edilməsinə çox qalmayıb.

Umid_Ceferov (2016-01-17 11:23:52)
Tesekkur cavablariniza gore. Birde sorusmaq istediyim odurki tutaqki bu qanun quvveye minse hemin saytlarin yaradicilari hebs oluna biler? veya men bunlari yukleyib paylasiram ve meni bele ceza gozleyir?Men bunlari mene teklif eden saytdan yuklemisem ve men hec bir mesuliyyet dasimiram Birde bu saytlar butun dunya mahnilarini hardan tapir?SBir serverden

Software Developer (2016-01-17 11:13:18)
Təbii ki, bilərsiniz, amma bunun qanun pozuntusu olduğunu bilərək edirsiniz və məsuliyyət də tamamilə sizin üzərinizə düşür. Sabah tutalım kimsə sizdən şikayət etsə, siz deyə bilməyəksiniz ki, hamı edir mən də edirəm, çünki hər kəs özünə cavabdehdir. Təkrar edirəm, bizdə buna görə hələ ki konkret cəza mexanizmi yoxdur, amma olacaq. Xaricdə isə birbaşa həbs var. Bir dənə də sayt deyə bilməzsiz ki, leqal qanuni fəaliyyət göstərir və mahnıları yükləməyə icazə verir. Bütün olanların hamısı bu qanunların inkişaf etmədiyi ölkələrdə yaradılan oğru-pirat saytlardır.

Umid_Ceferov (2016-01-17 11:06:50)
Tekce bizim deyilde rus saytlarida ve hetta ingilis saytlarida free download teklif edirler.Dunya uzre butun musiqileri yuklemek olur. Youtube geldikde ise milyonlarla baxis sayi olan musiqi videolari qoyulub ve gunu gunden artir. Azerbaycanda ise vezyet daha pisdir,Kim hansi adi isteyir,nomreni isteyir yazir mahniya,mahni oxuyan qalib bir qiraqda bunlar mahniya butun unvanlarini yazirlar. :) (buna gorede Men bizim saytlardan istifade etmirem) Yeniki men rus saytlarindan(hansiki dunya uzre free download teklif eden)yuklediyim mahnilari basqa yerde bu cur paylasa bilerem?

Software Developer (2016-01-17 10:52:07)
İnternetdə müəllifinin ölümündən 70 və daha çox il keçmiş qədim mahnılar və kiçik istisna ilə təzə mahnılar olmaqla bildiyiniz bütün mp3-lərin yükləməyə çıxarılması tamamilə qanunsuzdur. Çünki bu birbaşa oğurluq əməli sayılır. İnkişaf etmiş ölkələrdə bunu edənləri sözsüz şübhəsiz birbaşa həbs, yükləyənləri isə böyük miqdarda pul cəriməsi gözləyir. İT üzrə qanunvericiliyi inkişaf etməyən bizim kimi ölkələrdə isə hələ ki sabit cəza mexanizmi yoxdur buna görə, amma ən uzağı 1-2 ilə olacaq. Başqasının mülkü ilə sayt açmaq, dolayı pul qazanmaq istəyi qanunsuzdur ona görə də belə cəzalar var xaricdə. Yalnız dinləmək üçün olan bəzi saytlar var ki,(Youtube kimi) yükləmə düyməsinə malik deyil, ora yükləyənlər özləri məsuliyyət daşıyır və şkayət olarsa da dərhal silir. Amma hətta bunu belə çox görən ölkələr var, Almaniyada məsələn, youtube-dakı bütün mahnı olan videolar işləmir, qadağan edilib. Mahnıları bir-bir almaq heç kimə sərf etmir deyə, qanuni həll kimi abunəliklə limitsiz dinləmə imkanının yaradılmasıdır. Bu halda həm musiqinin müəllifi olan şirkət qazanır, həm satan şirkət qazanır, həm də dinləyici bir-bir ödəniş etmir, sabit ödəniş etməklə nə istəsə dinləyir. Belə servislərə Spotify(Azərbaycanda işləmir), Apple Music(Azərbaycanda işləyir), Google Play Music(Azərbaycanda işləmir), Youtube Red(Azərbaycanda işləmir) və.s. ad çəkmək olar.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Mahnı Axtarıram

oz mahnimi hansi sayta yukləyim

Fujitsu AH532 Ubuntu yazılmır

2000-ci illər də olan azəri estradası tapılmayan klip.

Elektron olimpiada

Tapılmayan mahnı