Salam istockphoto.com saytindan sekil yukleyib pul qazanmaq necə olur?
Bu dogru yoldur?Yoxsa diger internet telelerinden biridir?Ve sekilden internetde pul qazanmaq olur?
Salam istockphoto.com saytindan sekil yukleyib pul qazanmaq necə olur?
Bu dogru yoldur?Yoxsa diger internet telelerinden biridir?Ve sekilden internetde pul qazanmaq olur?
Verilmiş cavablar və yazılan şərhlər (12 cavab var)
1
1. stock saytlarından şəkil yükləyəndə pul almırsız, əksinə pul verirsiz. şəkil satılır bir sözlə.
2. o saytlardan pul qazanmaq üçün profesinal və kreativ fotoqraf olmaq lazımdır.
yəni iş prinsipi belədir, profesional və unikal şəkillər çəkirsizsə, yükləyirsiz oraya, onlar da baxır, bəyənsə qoyur sayta, başqa adamlar o şəkilləri pul verib alır, və alınan pul sayt ilə fotoqraf arasında bölünür. Kimin ki şəkilləri yüzlərlə dəfə alınır, o ciddi gəlir əldə etmiş sayılır
0
Tesekkur Haci onu anladimda ve mene bir seyde maraqlidiki basqa saytlarda maraqli sekilleri paylasib pul qazanmaq olar?
Istockphoto kimi sertlerle olmayan sayt
1
Affiliate deyirsiz bəlkə də siz. O o deməkdir ki, istock şəkillərini xüsusi linklərdən istifadə edib paylaşırsız harada istəsəz, əgər sizin paylaşımlardan keçid edib o şəkilləri alan olarsa, o halda sizə də 10-20 ya 30% gəlirdən verirlər. Məsləhətli gəlir növü deyil. Çünki bu elə bir biznes deyil ki tez-tez alış ola. Alanların çoxu bilir bu saytları girir ordan alır. Yəni hətta milyon nəfərə paylaşsaz belə(bu isə necə əziyyətlidir yəqin bilirsiz) onun içində 2-3 alan olsa şükürlüdür. Ondan da sizə qalan 4-5$ olar uzağı.
0
Tesekkur edirem deyerli cavablariniza gore.Internetde en yaxsi pul qazanmaqin yolu nedir?(dostlardan bununla coxu maraqlanirda)
Ve esitdiyime gore yaxsi gelir goturenlerde var.
Biliremki siz bunu bilmemis olmarsiz 🙂
1
Bu yazıda hamısı yazılıb:
http://e-haci.net/2016/01/07/internet-uzerinden-xarici-bazaraq-cixis-imkanlari/
0
Haci bes youtube-da her paylasima baxanda 1 nefere nece dollar gelir?
1
vaxt itkisidir orada yazılan saytlar hamısı. Təbii ki, üstünə düşüb bütün günü məşğul olub bəlkə də ayda cəmi 20-30$ qazanmaq olar(bəlkə də heç o qədər də olmaz). Amma yenə də, dəyməz. Faydalı işlərlə məşğul olub daha yaxşı gəlir əldə etmək olar. Yuxarıda qoyduğum linkdə hər şey yazılıb. Konkret bacarıq yoxdursa, internetdən pul qazanmaq nağıl söhbətdir.
1
youtube-da baxır ölkəyə. Amerikada yaşayan üçün videoya hər 1000 baxışa təxminən 10 dollar gəlir. Yəni hər baxışa 10 cent(16 qəpik) düşür. Amma bizim bazara görə qiymətlər aşağıdır buradan girənlər üçün. Hər 1000 baxışa 1-3$ olar yəqin bölüb hesablayanda. Hər halda youtube bloqqerlər daha dəqiq bilər yerli rəqəmləri.
0
Tesekkur bir buna baxin
http://www.internettenkolaykazanc.com/
Buna en yaxsi cavabi siz vere bilersiz.
0
Tesekkurler deyerli cavablariniza gore
0
Haci Men eslinde bu islerle maraqlanmiram,son zamanlar bu sohbet cixandan menede maraqli geldi ve sizden meslehet almaq ucun bura yazdim.Deyerli meslehetlerinize gore coxsagolun.Eslinde duzdur 20,30 dollar nedirki vaxtini bu ise serf edesen. 🙂
2
Məncə özünüzün bacarıqlarına fərdi yanaşaraq nələrsə düşünə bilərsiz. Yəni bir qədər yanaşmanı dəyişməklə.
Ənənəvi yanaşma budur:
“İnternetdə harada nəyəsə görə pul verirlər görən, ki onu mən tapım, nə lazımdırsa edim, mənə də pul versinlər”.
Bu kökündən yanlış yanaşmadır və effekt vermir. Ciddi və ümidverici yanaşma belə olmalıdır.
“İnternetdə hansı biznes növləri mövcuddur və mənə ən uyğunu hansıdır. Mən ən yaxşı nəyi bacararam. Nəyin satışını və ya xidmətini təşkil edə bilərəm”
Əminəm ki, hansısa bacarığınızı internet üzərindən gəlirə çevirə bilərsiniz. Düzdür bu qısa yol deyil, birdən birə olmur, amma inadkar olduqda olur. Əsas odur zövq alınan bir iş görülə. Sevdiyiniz iş.
Bloq post da yazmaq ola bilər, hansısa yaradıcı videoları çəkib qoymaq da ola bilər, hansısa xidmətin(nəyisə öyrətmək, təlim və.s.) reklamini aparıb internet üzərindən müştəri də tapmaq ola bilər və.s.
Sual verin
Cavab verin