Valyutayla bağlı ideyama fikirləriniz maraqlı olardı

Salamlar.Əvvəla,çox güman,saytın adına uyğun sual vermirəm, amma köhnə suallardan valyutayla bağlı olanını gördüm,fikrimi ora yazmadım ki, onsuzda, köhnə sualdı, kimsə görməyəcək..Qısası, burda görürəm,valyutayla bağlı əməllicə bilgilər var, xahiş,ideyama da fikrinizi bildirəsiniz.. 🙂
——-
Deməli, şərti olaraq iki ölkə var:A ölkəsi və B ölkəsi.Onların hər ikisi neftdən asılıdı və neftin düşməsindən ikisi də əziyyət çəkir..Və neft də ona görə düşüb ki,neft çoxdur..Həmin anda A ölkəsiylə plan qurub B ilə razılaşır ki, “bəs,ay B ölkəsi,neft çoxdu deyə,qiyməti də azdı.Gəl, belə eliyək, mən bir ay neftimi çıxardıram, amma satmıram,həmin müddətdə neft azaldığına, bahalaşır, sən rahatca baha satırsan.2ci aydan isə, sən 1 aylıq satışı dayandırırsan,mən isə o birisi aydan yığılmış neftimi və təzə neftimi baha satıram.Gələn ay mən dayanıram, onda sən, mən və s.” fikriniz önəmlidi, ən azından, nəyi səhv düşündüyümü deyin..Qabaqcadan çox sağ olun, yenə də bağışlayın..


Yadda saxlama
Kateqoriya: Sual . . Qısa keçid.

Verilmiş cavablar və yazılan şərhlər (13 cavab var)

(09:00, 27/01/2016 ) #61155

Salam. Sual maraqlıdır. İzah edim niyə bu mümkün deyil.
1. Mərkəzləşmə problemi. Sizin bu ideyanız 20-ci əsrin ortalarından sonra neft çıxaran ölkələrin ağlına gəlmişdi. Və nəticədə onların əksəri birləşib OPEC adlı təşkilat yaratdılar. Hazırda da dünyada neft barədə ən çox söz sahibi olan qurum odur. Amma bu da yetmir gördüyünüz kimi. Niyə? Çünki birincisi heç də bütün neft ölkələri bu təşkilata üzv deyil(Rusiya, Azərbaycan və.s.) İkincisi də çünki üzvlərin özləri arasında ciddi ziddiyyətlər mövcuddur. Biri kasıbdır, biri varlı. Biri neft çıxarmadan 10 il yaşaya bilərsə, o biri bir ay da yaşa bilməz. Və deməli fasilə vermək ona sərf etməz və.s. Yəni maraqlar və reallıqlar imkan vermir təşkilat ürəyi istəyən kimi yürütsün bazara çıxan neft miqdarını.
2. Ölkələrin öz aralarındalı münasibəti. Neft çıxaran ölkələr içində xeyli cütlər var ki bir birinə qatı düşməndirlər. Qatı düşməninsə hansısa mövzuda bir araya gəlməsi çətin məsələdir. Yəni biri tutalım bazara çıxan neftin miqdarını kəskin aşağı salsa, o biri bunu fürsət bilib əliboş qalan müştərilərlə anlaşacaq və daha çox neft satacaq. Nəticədə nə olacaq? Bəli neftin qiymətini qaldırmaqçün neft satmağı dayandıran ölkə Əli aşından da olacaq, Vəli aşından da. Planı da alınmayacaq, üstəlik müştərisini də düşmənə bağışlamış olacaq.
Ona görə də neft ölkələrinin birləşib düz əməlli qərara gəlmələri hazırda mümkün görünmür.
3. Siyasi məsələ: Soruşmaq lazımdır ki, neft çıxaran ölkələrin hamısı istəyirmi ki neft qalxsın? Ola bilərmi ki ən böyük və varlı neft ölkələrindən bəziləri hansısa rəqiblərini müflis etmək üçün neftin qiymətinin aşağı olmasında maraqlıdır? Bəli, ola bilər.

Bir sözlə, siyasi müstəvidə bu iş həll olsa, yəni qaldırmaq niyyəti olsa əsas güclərin, o halda biz danışdığımız sadə yolla yox, qismən hissə-hissə müvəqqəti azaltmalar ilə filan Səudiyyə və onun liderlik etdiyi OPEC nefti bahalaşdıra bilərlər. Əvvəllər də ediblər bunu. İndi sadəcə siyasi vəziyyətə görə kimlərəsə sərf edir bu durum.

Bir həqiqət də var ki, neft bundan sonra qalxsa belə əvvəlki aktuallıq olmayacaq. Çünki dünya tarixinin bir dövrü daha bitmək üzrədir və biz bu dövrün canlı şahidləri olası olduq. Neft erası bitir. Qalxsa da belədir, qalxmasa da. Daha neftə bel bağlamaq olmaz. Hətta ən böyük neft ölkəsi olan Səudiyyə belə neftsiz gələcək strategiyasını təsdiq etdi və ona böyük pullar ayırdı. Hamısının da məqsədi birdir: “15-20 ilə artıq neft heç kimə lazım olmacaq, bu müddətdə mütləq alternativ qazanc yeri formalaşdırmalıyıq, əks halda batarıq”.
Neft erasının yerini isə yeni era əvəz edir. O era ki, orada artıq karbohidrat yox, yenilənən enerji aktualdır(külək,günəş,su axını və.s.), o era ki, avtomobillər sürətlə əvəz olunacaq elektromobillər ilə.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (10:14, 27/01/2016 ) #61156

    Gözəl İdeyadı

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (11:43, 27/01/2016 ) #61159

    Həə,izaha görə tşklər,amma sona çatır sona çatıb demək deyil axı..Minimum,5 il neftdən yaxşı gəlir götürmək olar,yaxşı strateqiya olsa.Düz deyirsiz,əgər A və B düşməndirlərsə,A həm özü zəifləyər,həm də düşmənini gücləndirər.Amma A və B dostdurlarsa,yaxşı anlaşıb planı gözəl qurarlarsa,onda bir az ağlabatan ola bilər..Amma orası da var ki,C,D,E ölkələri buna imkan verəcəklər.. 🙂

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

      (12:12, 27/01/2016 ) #61160

      5 il elə sona çatmaq deməkdir. Hətta 10-15 il belə.
      Sona çatır o deməkdir ki yəni eraya keçid artıq başlayıb. Yəni bu bir gündə olmur. 5-10-15 il ərzində hər daim keçid üçün prosesler baş verir və bir gün gəlir ki artıq neft bir iki dar sənaye sahəsindən başqa heç yerdə gərəkli deyil.

      Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(12:36, 27/01/2016 ) #61163

Neft erasının tam bitməsi yaxın gələcəkdə ola bilməz fikrimcə. deyəkki günəş külək, elektromobillər yayıldı benzin və dizel avtomoilləri sıradan çıxdı. Amma neftdən yalnız benzin alnmır axı. təmizlik malları, geyim, şinlər, maşın yağları (elektromobil də olsa detallar arasına yağ yüz faiz tökülməlidir) hətta qida yağları və yüzlərlə belə mallar istehsal olunur.
Düzdür əsas xeyir benzindən gəlsə də digər mallardan da böyük gəlir gəlir. Bu malları qeyri neftlə istehsal etmək hələ tam mümkün deyil mümkün olsa belə neftdən ucuz başa gəlməz.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (16:27, 27/01/2016 ) #61172

    Era il deyil deyə bitməsi də 1 günə və ya bir ilə olmur. Əlnəttə yaxın gələcəkdə bitəcək neft erası. Son artıq başlayıb. Yəni artıq bitiş dövrünə girmişik. Siz deyən əlavə tələbata gəldikdə isə bu neft erasından sonra da ola bilər. Bəyəm eramızdan əvvəl neft işlədilmirdi? Əlbəttə işlədilirdi, həm də necə lazımdı. Əsrlərdən bəri həm işıqlandırma, həm qızdırma, həm hərbi və.s. məqsədlərçün neft istifadə edilib. Sadəcə ona neft erası demək olmadığı kimi gələcəkdəkinə də demək olmayacaq. Tutalım ki raket yanacağı, bəzi sürtkü yağları(çoxuna da zaman-zaman daha ucuz alternativ tapılacaq) və.s. lap 100 il də işlədildi, bu axı heç nə demək deyil. Əsas payı təşkil edən hissələr başqa texnologiya ilə əvəz edildikdən sonra bir iki sahədə neftdən istifadə edilməsi neftin tam unudulması demək olacaq. Necə ki, indi xüsusi sahələrdə N qədər xammaldan istifadə edildə də onların varlığını belə bilmirik və ya unutmuşuq. Çünki həyatın bütün sferalarına təsir edəcək gücə malik deyillər. Məsələ də budur.

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(12:43, 27/01/2016 ) #61164

Ölkəmizdə neft emal edən 3-4 zavod olsa neftimizi qəpik quruşa satmağımıza ehtiyac qalmaz. 1barel nefti emal edib ondan yüzlərlə mal alıb dünya bazarına çıxarsaq ən azı 250-300$ arası gəlir əldə etmək olar. Bugün 1barel 30$-a (və hər dəqiqə aşağı düşşdüyünü nəzərə alsaq) satırıq amma 10dəfə artıq qiymətə satıla bilər.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(12:55, 27/01/2016 ) #61167

Mənə elə gəlmir ki, yaxın 10-15 il ərzində alternativ enerji mənbələri avtomobilləri, gəmiləri, təyyarələri v.s. hərəkətə gətirə bilsin. O ki qaldı elektromobil filan, unutmayaq ki bu gün istehsal olunan elektrik enerjisinin də böyük hissəsi məhs mazut və qazdan alınır(yanacaq olaraq). Su və Külək elektrik stansiyalarının istehsal potensialı çox kiçikdir. Atom elektrik stansiyaları isə Yaponiyada baş vermiş son qəzadan sonra istehsalçıları ikinci dəfə fikirləşməyə məcbur edir.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (16:35, 27/01/2016 ) #61174

    Elektrik enerjisi ona görə mazutdan alınır ki indi neft erasıdır. Məsələ də odur ki hamsı zaman zaman əvəz ediləcək. Tesla qiqafactory-lər var USA-da məsələn. Nəhəng enerji istehsal edirlər. Orada elektrik enerjisi özəl sektordur deyə, sürətlə yaymaq fikirləri var enerjilərini. Texas səhralarında qurublar nəhəng sahələri. Oradan da daşıyırlar.
    Fərdi evlərin dam örtüyü və daxili kombiyəbənzəyən divar akkumulyatoru kimi məhsullar da var, ki fərdi evləri ənənəvi elektrik enerjisindən tam və ya qismən azad edə bilir.
    Çoxdur görülən işlər. Moskva birdən qurulmayıb ki, hər şey elə belə başlayır da 🙂

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(13:13, 27/01/2016 ) #61171

TESLA ən çox inkişaf etmir elektromobil istehsal edir deyədim amma 1tam doldurmaya mak. 500km yol gedir. Tam zaryatka yığmağa isə 6-7saat vaxt tələb olunur. qiyməti isə çox bahadır 65-70min avro, ölkəyə gətirilməsi gömrük xərcləri və s. 100.000avroya qədər çıxır qiyməti. Dünya ölkələri gərək 10-15dəfə varlansınki bu qiymətə olan NV-ni əksəriyyət ala bilsin.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (16:32, 27/01/2016 ) #61173

    600-700 km gedir Tesla. Daha nə qədər getməlidir ki? 🙂 Tam bak benzin heç o qədər getmir. Məsələn 40 litr tutumlu ekonom maşın 400-450 km gedir tam bak ilə. Daha çox tutumlu iri maşın isə motoru güclüdür deyə bəlkə də daha az gedir.
    Qaldı zaryadkaya, onun üçün xeyli optimallaşdırma üsulları təklif edilir.
    1. 6-7 saat yox daha tez dolur get getə. Yəni hər il yeni metodlar kəşf edilir. Səhv etmirəmsə yarım saata 50% dolma məsələsi gündəmdə idi, yəni yaxın 1-2 ildə hazır olacaq.
    2. Birnəfəsə 600 km nadir adam gedir. İşə gedib gələn olsa, uzaq yol gedən olsa nə olur olsa mütlə arada fasilələr olur. İşə gedib gələn axşamlar qoya bilər. Uzaq yol gedən də məntəqədən məntəqəyə istirahət edərkən qoya bilər. Yəni bu maneə deyil qətiyyən. Üstəlik ildən ilə yaxşılaşır.
    Hələ bir ara Tesla bunu da qarşılamaq üçün əvəzetmə təklif edirdi. Yəni zapravkaya çatırsan, batareyanı başqası ilə əvəz edib gedirsən. Benzin doldurmaqdan da tez başa gələn metod. Amma Tesla sürücülərinə qətiyyən lazım olmadı bu, ona görə də 1 il filan sonra ləğv etdilər. Ki heç kim istifadə etmir deyə.
    3. Qiymətə gəldikdə isə keçən il bura 150 minə gəlib çıxırıd, Bakıda da artıq var bir neçə dənə. Amma qiymət problem deyil, çünki Tesla premium hədəfli maşın buraxan firmadır. Məqsəd də bu sektora premium havası gətirməkdir, oyuncağa bənzər kiçik elektrobillər bu sektoru qeyri ciddi görkəmə salmışdı deyə Musk sübut etdi ki elektrobil BMW kimi ola bilər. Bunun ardıyca ucuz maşınlar da olacaq digər firmalardan. Yəni bu birilər qiymətinə. Artıq Ford, GM, Volkswagen və.s. girişiblər bu işə

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

      (19:26, 27/01/2016 ) #61176

      qeyri neft sektorunun inkişaf etməməsi ölkəmizin ən böüyk səhvidir. Hansısa ölkə hər il əkinçilikdən 100milyard dollar pul qazanır. ( səhv etmirəmsə Niderland)

      Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(11:57, 01/02/2016 ) #61287

İş orasındadır ki, dünyada təkcə iki ölkə neft istehsal etmir, həm də onların neftidə tərkib baxımından fərqləndiyinə görə keyfiyyətlisi 1-2 dollarda olsa bahadı. 1 barelin 159 litr olduğunu nəzərə alsaq o, 1-2 dollar nefti baha olan ölkə o biri ökələrə nisbətən daha çox gəlir əldə edir. Bu və ya başqa amillər ölkələr arası münasibətlərədə xərər yetirir. Məhz siyasi qısqanclıq nəticəsində dostluq münasibətləridə pozulur. Birdə neft sektorundan uzaqlaşmaq lazımdır, ölkənin gəlirləri ancaq bir sahə üzrə formalaşıbsa o ölkənin sonu yoxdur. Hollandiyanı misal götürək, okeanı qurudub həmən torpaqlarda əkinçiliyi inkişaf etdirir. 2014 ci ildə aqrar ixrac 90 milyarda yaxın olub. Dünyada ABŞ-dan sonra kənd təsərrüfatına görə ikinci yerdə gedir. Halbuki 42000 kv kilometr ərazisi var.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

Bu suala aid öz sualım var:
Sual verin
Bu suala cavab vermək istəyirəm:
Cavab verin

Cavab verin


Cavab yazmaq üçün lütfən sağ sütundan və ya buradan hesaba daxil olun.

Üzvlər üçün giriş

Qeydiyyat

Elan qutusu

Son cavablar və şərhlər

Cənab cavab verdi - Azərbaycandakı supermarket kassalarında işlədilən proqram (13 saat əvvəl)

E. Hacı cavab verdi - Proqramlaşdırma - fəlsəfə (1 gün əvvəl)

kapiltp cavab verdi - Proqramlaşdırma - fəlsəfə (2 gün əvvəl)

Cənab cavab verdi - kurs diplomu ilə işləyə bilərəm? (3 gün əvvəl)

kapiltp cavab verdi - Proqramlaşdırma - fəlsəfə (6 gün əvvəl)

E. Hacı cavab verdi - Proqramlaşdırma - fəlsəfə (6 gün əvvəl)

kapiltp cavab verdi - Proqramlaşdırma - fəlsəfə (6 gün əvvəl)

kapiltp cavab verdi - Proqramlaşdırma - fəlsəfə (7 gün əvvəl)

E. Hacı cavab verdi - Proqramlaşdırma - fəlsəfə (8 gün əvvəl)

kapiltp cavab verdi - Proqramlaşdırma - fəlsəfə (9 gün əvvəl)

Aysu2009 cavab verdi - Azərbaycan əsgər mahnısının sözlərini ingilis dilinə tərcümə etmək (9 gün əvvəl)

Aysu2009 cavab verdi - Atestat almaq üçün ne etmeliyem? (10 gün əvvəl)

Aysu2009 cavab verdi - Azərbaycan əsgər mahnısının sözlərini ingilis dilinə tərcümə etmək (10 gün əvvəl)

Software Developer cavab verdi - Xamaya başqa nə deyirlər? 6 hərflidir (15 gün əvvəl)

Erol34 cavab verdi - Xamaya başqa nə deyirlər? 6 hərflidir (15 gün əvvəl)

Software Developer - 615 xal

E. Hacı - 608 xal

Onar Alili - 526 xal

Dilsuz - 448 xal

Cabbarov Sübhan - 434 xal

Maqa - 346 xal

Ruslan Butdayev - 328 xal

Namiq Bəndəli - 297 xal

U.Tarlan - 244 xal

Meherremoff - 234 xal

Sistemə daxil olmuş 23295 sualdan 92%-dən çoxu cavablandırılmışdır.

Proyekt haqqında

E-Haci.net istehsalı. © 2010-2024