Salam, wordpress-i .az domenində quranda mövzunun layoutu dəyişir və tamamilə korlanır. Digər domenlərdə isə normal işləyir. Hostinqlə heç bir əlaqəsi yoxdur, çünki bunu iki hostinqdə yoxlamışam. Eyni hostinqdə qurulan digər saytlar tam normaldı. Və .az domenində qurulan cms-nın admin panel şriftləri də böyük olur. Bəs bu nədən ola bilər?
Verilmiş cavablar və yazılan şərhlər (8 cavab var)
0
Salam. Bunun domenlə heç bir əlaqəsi yoxdur. Kodu inspekt edin, əsl səbəbi tapın. Məhz az domenində problem olursa belə yenə də problem koddadır. Link olsaydı baxardıq.
0
Buyurun zəhmət olmasa baxardız. Bu problem olan, bu isə normal olan. Heç birində qurulandan sonra elə də dəyişiklik edilməyib.
0
Məndə hər ikisi eyni açır. Tamamilə eyni layout. Siz də ctrl+f5 edin bir, bəlkə cache problemidir
0
Edirəm amma dəyişən bir şey yoxdur. Başqa komputerlə də yoxlamışam. Menyulara diqqət edin biri tam ekranda açılır digəri isə layout daxilində. Sizdə də belədirmi? Həmçinin ana səhifədə olan şəkil ölçüsü itirir. Və birində admin panel şriftləri böyük digərində balacadır yəni normaldır.
0
Şəkillər hər iki linkdə öncə yüklənsə də sonra silinir. Çünki şəkilləri
http://i2.wp.com/peoples.az/files/2016/02/l%C3%BCtfi_zadeh.jpg?resize=402%2C604
kimi əcaib yanlış requestlər əvəz edir və bu requestlər də 400 error verdiyinə görə şəkil itir.
Qaldı menyuya, elə də olmalıdır, Appearance-Menus bölməsindən locations ilə üst menyunu təyin etmək laızmdır yeni saytda. Köhnədə install zamanı olub yəqin, bu birində isə yenidən etmək lazımdır, etməmisiz
0
Dediklərinizi etdim amma dəyişən bir şey yoxdur. Kodlara da indi fikir verdim və fərqliliklər var. Gərək baxım yenə diqqətlə. Bir də belə bir sual, öz wordpress hesabımdan saytı silmədən yenisini qurmuşam, bundan olma ehtimalı nə dərəcədədir?
0
Yo onunla əlaqəli deyil.
Problem cari saytdadır. Problemin səbəbini başqa yerdə qurulmuş saytda, domendə və.s.-də axtarmayın. Sadəcə qurduğunuz hostda problemin həllini tapıb düzəldin.
0
Yaxşı, təşəkkür edirəm.
Sual verin
Cavab verin