Salam. İnternetdən .PDF formatlı bir kitab yükləmişəm. Oxumaq istəyirəm amma Engilish dilindədir. Bu kitabın Azərbaycan dilində olanı axtardım amma tapa bilmədim. Heç Türk dilində də olanı yoxdur. Bunu mən necə Azərbaycan dilinə çevirə bilərəm ? Mümkün deyilsə eybi yox türk dilinə çevirmək istəyərəm. Necə çevirə bilərəm ? Xayiş edirəm kömək edərdiniz mənə. Birdə ki, .PDF formatlıarı mən Android telefonumda necə aça bilərəm ?
Verilmiş cavablar və yazılan şərhlər (17 cavab var)
0
Başa düşdüyüm qədər avtomatik çevirmək istəyirsiz. Bu mümkün deyil olsa belə tamamilə səhv tərcümə olunacaq. .PDF formatı açmaq üçün Adobe Acrobat proqramını yükləyin.
1
Bura baxin
0
Çox sağol Elvin. Amma mən tam olaraq belə bir şey istəmirdim. Bunu bilirəm mən. Mən istədiyim belədir ki, .PDF formatlı bir kitabı hər hansı bir sayta və yaxud da proqrama göndərəm sonra göndərdiyim yerdən istədiyim dilə çevirəm. Çevirdikdən sonra tərcümə olunmuş .pdf formatlı kitabı yükləyəm. Orginaldan fərqlənən sadəcə yazısı olsun. Başqa heçnəyi dəyişməsin, silinməsin. Şəkildə var ona görə deyirəm
1
Kitabın adını qeyd edin bəlkı tapa bildik
0
Jeet Kune Do
0
Azərbaycan dilində tapsaz əla olardı. Egər yoxdursa Türk dilində də olar.
0
Elə bir texnologiya mümkün deyil.
Kitab tərcümə etmək yalnız və yalnız insan şüurunun bacardığı prosesdir. Ona görə də harasa göndərmək ordan da avtomatik tərcümə qayıtması mümkünsüzdür. (ən azı yaxın 5-10 ildə də mümkün olmayacaq)
0
Software Developer programçılardan nə desən gözləmək olar 🙂
0
Təəssüf ki, hər şey düşünüldüyü qədər də sadə deyil. Süni intellektin hazırda çatdığı nöqtə hər hansı romanı, v
və ya zahirindən başqa həm də batinə malik olan digər mətnləri tərcümə etməkdən çoox çox uzaqdadır.
İndi hələ ki bot cavablar verməyi, standart suallara cavab verib sadə dialoq qurmağı, bir də statistik baza əsasında çox rast gəlinən cümlələri tərcümə etməyi bacarır. Bu isə tam mükəmməl tərcüməni bütöv bir ev tikməyə bənzətsək, hazırki nail olunan bir iki ədəd kubik alınması kimi bir şeydir. Yəni qalan iş görüləndən 1000 dəfələrlə çoxdur.
0
Bu kitabın Azərbaycan dilində olanı yoxdur ? Yoxdursa Türkçədə olanı yoxdur ?
2
Google-da yazın, varsa çıxacaq, yoxdursa çıxmayacaq. Azərbaycan dilində 99.99% ehtimalla yoxdur, Türkiyə türkcəsində olub olmaması barədə məlumatım yoxdur, axtarmaq lazım.
Google-dan istifadə etməyi özünüz bacarmalısız mütləq, bu yemək yemək, addım atıb yerimək, yazı yazmaq, oxu oxumaq kimi vacib şeydir müaisr zamanda. Hər kəs mütləq bacarmalıdır internet axtarış sistemlərindən istifadə etməyi
0
Mən axtardım amma tapa bilmədim. Siz kömək edə bilərsiniz ?
1
Elvinn, Mən də axtarış etdim…Siz istədiyiniz nəticə yoxdur…
0
Hər birinizə ayrı-ayrılıqda təşəkkür edirəm. Yenədə çox sağolun. Bu kitabı oxumaq mənə qismət olmadı 🙁
2
Təəssüf ki, xarici dil öyrənmək əvəzinə qismət olmadı deyib kifayətlənirsiniz
0
Orta məktəbdə öyrənmədim. Artıq gecdi. İndi necə öyrənə bilərəmki. Doğurdanda sonrakı peşmançılıq fayda verməz 🙁 indi öyrənmək fikrindəyəm 🙂 indidə atrıq gecdi
3
orta məktəbdə ingilis dili öyrənmirlər. müstəqil məşğul olun. ted.com-da alt yazıllı videolara baxın, altyazılı çoxlu kino izləyin , iradəli olsanız bir neçə aya görəcəksiniz ki artıq alt yazısız başa düşürsünüz.
qrammatikanı isə duolingo.com ilə rahat öyrənə bilərsiz.
Sual verin
Cavab verin