Adsense- dən gələn pulu bank vermir

Salam ayın 21 adsensdən pul köçürüldi (110dolar) Kartıma 10 gündür ki yatmır. Bu gun Kapital Banka getdim orda deyirlər ki biz sizi axtarırdıq.
Pul kartınıza yatmayacaq. Siz gərək fərdi sahibkar kimi hesab açasınız. Deyirəm axı mən sahibkar deyirəm, deyirlər başa düşürük, amma eləbilki siz youtubede oz videolarnızı googla açmısınız və eləbilki xidmət edirsiz.
İndi deyirlər ki get vergilər nazirliynə VÖEN aç, sora hesab açaq sənə və vergi verəcəksən.
Mən nə edim ?


Yadda saxlama
Kateqoriya: Sual . , . Qısa keçid.

Verilmiş cavablar və yazılan şərhlər (9 cavab var)

(14:26, 01/04/2016 ) #62482

Bir sualimda var. Tutaq ki VOEN acdim, verqini nece odeyirler, bank avtomatik tutacaq ?

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(17:34, 01/04/2016 ) #62486

Bəli, tamamilə haqlıdırlar. Əvvəldən də belə olmalı idi. İnkişaf etmiş ölkələrdə də həmişə belə olub. Pul qazanma faktı varsa, vergi də verilməlidir, dəxli yoxdur biznesin növü nədir necədir.
Sadəcə bizdə belə şeylər hələ indi indi başa düşülür deyə zəif sürətlə ayılırlar.
İlk olaraq Bank Respublika başladı bu söhbətə 2 il əvvəl, indi artıq başqa banklar da yavaş yavaş istəyir.

Vergi işləri təəssüf ki o qədər də sadə deyil.
Hər 3 ayda bir hesabat verirsiz vergi ödəyirsiz 3 aylıq qazanca uyğun, faktiki rayondasızsa qazancın 2%-i, Bakıdasızsa 4%-i miqdarında.
Hər ay sosial müdafiə fonduna hesabat və 10-15 azn arası ödəniş.
Hər iki hesabat və ödənişi online da etmək olur elektron paneldən.
Yəni bank pulu sizə tam verir, vergini sonra ödəyirsiz.

Sizin əgər bundan başqa sahibkar gəliriniz yoxdursa, məsələhət görərdim ki,
1. VÖEN açdırasız və sonra onu dondurasınız (donduranda hesabat və vergi vermirsiz)
2. Pulu saxlayırsız adsense hesabda, hər dəfə 1000 ya daha çox yığılanda çıxarirsiz, çıxaran dövrdə elektron paneldən VÖENi donunu açırsız, pulu çıxarırsız, vergi və hesabatı verib yenə dərhal bağlayırsız.
Belə olanda daimi vergilərə hesabat məsuluyyəti olmur, cərimələnmə və ya yoxlama riski filan olmur, sadəcə ildə bir iki dəfə nə vaxt ki aktivlik olur sizdə(pul gələndə) onda açırsız, qanuni vergini filan ödəyib yenə bağlayırsız.

Bütün bunları online edə bilməsəz ərazi üzrə vergi idarəsinə getsəniz orda kömək edərlər bütün bu prosedurlarla bağlı.

Və çox təəssüf ki, rahat və axıcı mexanizmi yoxdur bu işlərin, hər yerdə belədir. Bir az asan ya bir az çətin – istənilən halda maaş və ya muzd formasında olmayan gəlir varsa, deməli siz sahibkarsız və bütün bu prosedurları etməlisiniz.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (17:41, 01/04/2016 ) #62488

    Bilirsiz mene 3-4 ayfdan bil yotubdan 100$ yigilir. Men ona gore voen acmaliyam , sonrada hesabat vermeliyem ustelik sorada sosial verqi 🙂

    Bes tutaq ki men 3 aydan bir hesabat vermeliyemde, 3 aydan bir axi gelirim yoxdur men ne hesabat verimki onlar?

    Bir sualimda var men helelik pulu geri adsense hesabina gaytara bilerem banka desem?

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

      (17:44, 01/04/2016 ) #62489

      Gəlir olmayan dövrlər üçün hesabat çox asandır. Açırsız vergilərin elekton panelini, birinci tab-da BƏYAN EDİLƏCƏK MƏLUMATIM YOXDUR-a quş qoyub send edirsiz. Bu halda onlarda da sistem başa düşür ki, bu dövrdə hər hansı əməliyyatınız olmayıb.
      Bu çox asandır. Hesabat o zaman əziyyətli olur ki, pul qazanasız 🙂
      Bəli hazırki pulu banka desəz qaytara bilərlər.

      Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (00:26, 02/04/2016 ) #62494

    Men bank of baku kartindan istifade edende her defe kartima yatirdi pul amma bir grder catmirdi. Yegin ki ele o verqi idi sadece voen siz filan.
    Men demek olar sifiram bu barede. Xahis edirem menim asagada yazdigim suallara cavab vererdiniz. Sonra mene hasan olsun.

    1) pulu desem qaytarin dala, pul menim adsense hesabima qayidacaq ve men onu sonra cixara bilecem yene ?

    2) Voen acanda pulu bankdan tam sekilde aliram ve sonra ozum verqiler nazirliyine gedib verqi odeyoirem, yoxsa avtomatik bank tutacaq vergini ?

    3) Voyen acanda menim vergilərin elekton panelinim olacaq (sexsi seyfem) ?

    4) Adsensden pul gelende men hesabati nece qosum, yazim ki youtubdan almisam ? 😀

    5) Dediyniz kime etsem pulu alsam sonra voeni dondursam sonra yene acsam ve bele davam elesem hecne olmayacaq ki ?

    6) Verqilen nazirliyi hardan bilece ki men pul almisam ?

    7) Voyen alib sonra onu dondurmaq yox, tam baglamaq mumkundur mu ?

    Bilirem sualim cox oldu amma meni cox lazim olanlardi. Adsensde yazilib 14 gune pul alinmadi, bank geri qaytarir pulu. Artiq 11 gun kecib. Mence catdirmayacam.

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

      (02:26, 02/04/2016 ) #62498

      1. Bəli
      2. Yuxarıda yazmışam cavab buna.
      3. Bəli, şəxsi profil. Heç vaxt birbaşa təmas olmağa gərək olmadan həmişə online etmək olur bütün işləri.
      4. Orada elə bir bənd yoxdur ki, pulu haradan almısız, sadəcə gəliri soruşurlar formu dolduranda. VÖEN-ə uyğun bank hesabı açacaqsız USD ilə, pul da ora gələcək. Yəni belə şəxsi hesaba gəlməyəcək daha. Yeni hesab açmalı olacaqsız VÖENə uyğun və usd valyutası ilə. Belə olanda da avtomatik qanuni daxil olma kimi qeydə alınır, siz heç yerdə izah vermirsiz ki bu pul kimdən və necə gəlib. Əgər yoxlayan soruşan olsa izah edirsiz, o da çətin ki ola.
      5. Aha heç nə olmaz. Tam qanunidir, əgər əməliyyat yoxdursa hər dəfə hesabat və.s. ilə niyə əziyyət çəkəsiz ki.
      6. Hesab adi hesab yox VÖEN bank hesabı olacağından siz narahat olmayın, onlar istədiyi vaxt nəzarət edə biləcək ora pul gəlib ya yox, hesabatı düz vermisiz ya yox və.s.
      7. Əlbəttə. İstədiyiniz vaxt bağlaya bilirsiz online müraciət ilə. Əgər borc qalmayıbsa istək dərhal icra edilir və hesab bağlanır.

      Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (13:03, 02/04/2016 ) #62502

    Etrafli cavaba gore tesekkur edirem. Yeqinki helelik deyim pulu geri qaytarsinlar, cunku lapdan oldu bu mesele.
    ——————————————————————————-
    Son sualim var
    BƏYAN EDİLƏCƏK MƏLUMATIM YOXDUR secende, ve ya voeni donduranda, hər ay sosial müdafiə fonduna ayrica hesabat və 10-15 azn arası ödəniş olamalidi, yoxsa ele BƏYAN EDİLƏCƏK MƏLUMATIM YOXDUR secende umumi herseye samil olunur ve artiq sosial müdafiə fonduna hesabat vermirsen ?
    ——————————————————————————–
    En yaxsi qoy deyim qaytarsinlar adsensime. Evvel ki istifade etdiyim bankda bele deyirdi, belke tezeden ora qayidim yoxlayim ne olacaq.

    Cunku burda verqi ve + sosial müdafiə fondu. 4-5 aya 100$ pul gelir onuda verim pensya fonduna 😀
    Helem hevesle ikinci kanalda acmisam youtubda bu yaxinda. Hevesim lap oldu inkisaf etdirim 🙁 🙂

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (17:54, 04/04/2016 ) #62542

    Banka getdim dedim her hansi basqa yol var pulu cixarim? Yuxari zeng etdiler dedile pulu gonderen geyd edibki siz nese fealiyyetle mesgul olursunuz ona gore faiz odemelisiz. Biz vere bilmeyeceyik? bir teerefden onlarda meni anlayisla gebul etdiler niye voen acmaq serf etmir mene. Axirda dedim pulu qaytarsinlar dala.Indi gozleyirem basqa problem cixmasin ortaya, misalcun pulun adsense oturmamagi kimi 🙂

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(01:26, 04/04/2016 ) #62535

O nedir ki ele ?
Pul onsuzda yenede menim bank hesabima gelecekde. Her kim pulu gonderse orda sirketin adi yazilacaq. Bankda gorur bunu.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

Bu suala aid öz sualım var:
Sual verin
Bu suala cavab vermək istəyirəm:
Cavab verin

Cavab verin


Cavab yazmaq üçün lütfən sağ sütundan və ya buradan hesaba daxil olun.

Üzvlər üçün giriş

Qeydiyyat

Elan qutusu

Son cavablar və şərhlər

Cənab cavab verdi - Azərbaycandakı supermarket kassalarında işlədilən proqram (2 gün əvvəl)

E. Hacı cavab verdi - Proqramlaşdırma - fəlsəfə (3 gün əvvəl)

kapiltp cavab verdi - Proqramlaşdırma - fəlsəfə (5 gün əvvəl)

Cənab cavab verdi - kurs diplomu ilə işləyə bilərəm? (5 gün əvvəl)

kapiltp cavab verdi - Proqramlaşdırma - fəlsəfə (8 gün əvvəl)

E. Hacı cavab verdi - Proqramlaşdırma - fəlsəfə (8 gün əvvəl)

kapiltp cavab verdi - Proqramlaşdırma - fəlsəfə (9 gün əvvəl)

kapiltp cavab verdi - Proqramlaşdırma - fəlsəfə (10 gün əvvəl)

E. Hacı cavab verdi - Proqramlaşdırma - fəlsəfə (10 gün əvvəl)

kapiltp cavab verdi - Proqramlaşdırma - fəlsəfə (12 gün əvvəl)

Aysu2009 cavab verdi - Azərbaycan əsgər mahnısının sözlərini ingilis dilinə tərcümə etmək (12 gün əvvəl)

Aysu2009 cavab verdi - Atestat almaq üçün ne etmeliyem? (12 gün əvvəl)

Aysu2009 cavab verdi - Azərbaycan əsgər mahnısının sözlərini ingilis dilinə tərcümə etmək (12 gün əvvəl)

Software Developer cavab verdi - Xamaya başqa nə deyirlər? 6 hərflidir (17 gün əvvəl)

Erol34 cavab verdi - Xamaya başqa nə deyirlər? 6 hərflidir (18 gün əvvəl)

Software Developer - 615 xal

E. Hacı - 608 xal

Onar Alili - 526 xal

Dilsuz - 448 xal

Cabbarov Sübhan - 434 xal

Maqa - 346 xal

Ruslan Butdayev - 328 xal

Namiq Bəndəli - 297 xal

U.Tarlan - 244 xal

Meherremoff - 234 xal

Sistemə daxil olmuş 23296 sualdan 92%-dən çoxu cavablandırılmışdır.

Proyekt haqqında

E-Haci.net istehsalı. © 2010-2024