Universitet seçimində pis durumdayam

Salam.Bəlkə,bu barədə biləsiz..Deməli,#11 sinifdə oxuyuram,komp mühəndisi olmaq istəyirəm,amma qəbulda 300-400 arası yığacağım aydındı..Bu balla da ancaq AZTU'ya düşürəm,istədiyim Bakı Dövlət,ya da ADNA'ya yox.. Amma mən məktəbə bir il tez getmişdim də,orası da var,bu il lazım olan qədər yığmamağımın səbəbini uğursuz məllim seçimində,pis təsadüflərdə görürəm,gələn il hazırlaşsam,500+ yığacağıma tam inanıram,sualımsa ondan ibarətdi ki, 1)Elə bu ildən AZTU'da oxusam,n'olar? Əgər bütün nüfuzlu yerlərdə komp mühəndisliyi 500+,AZTU'da 300'ə yaxındısa,AZTU'nun səviyyəsi haqda məndə bir az şübhə yaranır..Necə bilirsiz,orda dərs necə keçilir,oranı qurtaran proqramistə savadı aşağı olan birisi kimi yanaşılmır? 2)Hələ 15 tamam yaşım var,16'ya yaxın,bu il düşə bilməyib,gələn il hazırlaşsam,məndən TQDK hansı sənəd istəyəcək? .Gah eşidirəm,hamı elə olanda imtahan verə bilər,gah da eşidirəm elə halda imtahan vermək üçün hardansa əməllicə pul verib nəsə sənəd almalısan... Bilirsizsə,xahiş kömək edin,əvvəlcədən çox sağ olun

Verilmiş cavablar və yazılan şərhlər (4 cavab var)

ferhadpro (2016-04-15 08:08:25)
Qardaş nə edirsən et amma Elə etki AzTu-ya düşməyəsən.Sumqayıta yazsan ondan yaxşıdı.Mən aztuda inf.texnalogiyalarında oxuyuram və o vəziyyətdəyəm ki gələn il yenidən imtahana hazırlaşmaq fikrindəyəm.Yenidən hazırlaşmağa həvəsin varsa ən yaxşısı odu.Sonra peşman olarsan yoxsa

Əli (2016-04-09 12:59:43)
tşklər

Mahmood (2016-04-09 09:30:28)
Salam..men bilen hec bir sened,pul lazim olmayacaq, adi qaydada imtahan vere bileceksen...calis yuksek bal topla qafqaza gir ,komp muhendisliyi ucun , en yaxsi yer oradi.. Ama bele bir seyde eleye bilersenki, bir il ielts hazirlas ged xarice sponsor tapib.. Lap yuksek bal toplasan Ali neft mektebinde meslehet gorurem, ozum orda oxuyuram, yazsi universitetsi, proseslerin avtomatlasdirilmasi ixtisasinda oxuya bilersen, komp muhendisliyine benzer sahedi

Şükür Hüseynov (2016-04-09 09:08:26)
Salam Azərbaycanda Komputer ixtisasında oxuyacaqsınızsa fərqi yoxdu ya BDU olsun ya ATU ya da ADNA dövlət universitetlərində komputer təhsili aşağı səviyyədədir Qafqaz, ADA-nı tərifləyirlər ancaq çox məlumatım yoxdur Əgər əlinizdə imkan varsa xaricə gedin xaricdə komputer təhsili yüksək səviyyədədir yox əgər gedə bilmirsinizsə hər hansı birini seçin özünüz başlayın öyrənməyə universitetin də köməyi olacaq ancaq əsas özünüz çox çalışmalısınız