Salam.mən şexsiyyet vesiqemi itirmişem.bilmək istəyirəm ki cerimesi nə qədər olur və ancaq qeydiyyatda olduğumuz rayondan almalıyıq?bakıdan asan xidmetden almaq mümkünmü əgər Bakı qeydiyyatında deyilemse?və yeniden alarken neler lazımdır?evvelceden teşekkür
Verilmiş cavablar və yazılan şərhlər (1 cavab var)
4
Buyurun
Azərbaycan Respublikası vətəndaşlarının şəxsiyyət vəsiqələri itirildikdə zəruri olan sənədlər:
Ərizə-anket (Ərizə-anket formasının səhifələri eyni vərəqin hər iki tərəfində çap olunmalıdır);
Bir neqativdən eyni ölçüdə çıxarılmış, sifətin papaqsız, gündəlik həyatda ona xas olan xarici görkəm və əlamətlərlə (eynək, saqqal, bığ və s.) yalnız öndən görünüşü təsvir edilmiş 3×4 ölçüdə 2 (iki) ədəd rəngli fotoşəkil;
Dövlət rüsumunun ödənilməsi barədə sənəd.
Dövlət rüsumunun məbləği:
16 yaşına çatmamış vətəndaşlara şəxsiyyət vəsiqəsi verilərkən dövlət rüsumu alınmır.
16 yaşına çatmış Azərbaycan Respublikasının vətəndaşlarına şəxsiyyət vəsiqələrinin verilməsinə görə:
on gün müddətində verildikdə və ya dəyişdirildikdə
5 manat
üç iş günü müddətində verildikdə və ya dəyişdirildikdə
25 manat
bir iş günü müddətində verildikdə və ya dəyişdirildikdə
35 manat
Qeyd:
Şəxsiyyət vəsiqəsi itdikdə onun sahibi və ya vəsiqə sahibinin qanuni nümayəndəsi sənədi verən dövlət orqanına dərhal müraciət etməlidir.
Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığını təsdiq edən sənədlərə malik olmadığı və ya belə sənədləri qanunsuz əldə etmələrinə əsaslı şübhələr olduğu təqdirdə, onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi ilə əlaqədar icraat aparıla bilər.
Azərbaycan Respublikasının hüdudlarında istifadə edilməsi üçün şəxsiyyət vəsiqəsinin verilməsinə görə qaçqınlar, məcburi köçkünlər, 16 yaşına çatmamış Azərbaycan Respublikasının vətəndaşları dövlət rüsumunu ödəməkdən azad olunurlar.
Şəxsiyyət vəsiqəsinin itirilməsinə və ya qəsdən korlanmasına görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən 30 manat miqdarında cərimə edilir.
Sual verin
Cavab verin