Qadınlar hərbidə işdiyir?

Bu gün yolda bir xanım gördüm əsgər paltarında bilmək istiyirəm hərbidə işdiyirki onlar? Biri mənə ətraflı izah eləsin


Kateqoriya: Sual . , . Qısa keçid.

Verilmiş cavablar və yazılan şərhlər (3 cavab var)

(14:59, 16/07/2016 ) #64102

Hazırda Azərbaycan Silahlı Qüvvələrində zabit, gizir, çavuş və əsgər vəzifələrində təqribən 1000 nəfərə yaxın qadın hərbi qulluqçu xidmət edir. Bunu Trend-in sorğusuna cavab olaraq Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı bildirib.

V.Dərgahlının sözlərinə görə, qadınlar Silahlı Qüvvələrdə müxtəlif – tədris, tibb, kadr, kargüzarlıq, artilleriya, arxa cəbhə, beynəlxalq hərbi əməkdaşlıq, rabitə, kəşfiyyat və digər sahələrdə hərbi xidmət keçirlər: “Hazırda Silahlı Qüvvələrdə “baş leytenant”, “kapitan”, “mayor”, “polkovnik-leytenant” və “polkovnik” zabit hərbi rütbələrinə kimi yüksələ bilən qadın hərbi qulluqçular xidmət edir”.

Onun sözlərinə görə, qadınların hərbi xidmət keçməsi “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə ilə tənzimlənir və könüllü surətdə həyata keçirilir.

Trend-in cəbhə xəttinə ezam olunmuş əməkdaşına cəbhə bölgəsində xidmət edən qadın hərbçilərimizdən biri deyib ki, qadın hərbçilərimiz təkcə arxa cəbhədəki xidməti ilə kifayətlənmək istəmir, ön xətdə, düşmənlə döyüşə can atırlar.

Qeyd edək ki, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 26-cı maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşları və digər şəxslər aşağıdakı hərbi xidmətlərə könüllü daxil ola və qəbul edilə bilərlər:

– əsgərlərin, matrosların və çavuşların müddətdən artıq həqiqi hərbi xidmətinə – qanunla müəyyənləşdirilmiş müddətli həqiqi hərbi xidməti başa çatdırmış hərbi qulluqçular, 40 yaşınadək hərbi vəzifəlilər (zabitlərdən, gizirlərdən və miçmanlardan başqa), habelə 19 yaşından 40 yaşınadək qadınlar;

– gizirlərin və miçmanların həqiqi hərbi xidmətinə – azı bir il hərbi xidmət keçmiş əsgərlər, matroslar, çavuşlar, 40 yaşınadək hərbi vəzifəlilər (zabitlərdən başqa), habelə 19 yaşından 40 yaşınadək qadınlar;

– zabitlərin həqiqi hərbi xidmətinə – hərbi xidmətdə olmağın son yaş həddinə çatmamış ehtiyatda olan zabitlər, habelə ilk zabit hərbi rütbəsi verilməklə 35 yaşınadək həqiqi hərbi xidmətdə olan hərbi qulluqçular, ehtiyatda olan hərbi vəzifəlilər və qadınlar.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (18:28, 16/07/2016 ) #64105

    Cavabınıza görə sağ olun

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(16:37, 16/07/2016 ) #64104

Qadinlarin herbide tibb sahesinde iwlemesinin hech bir eybi yoxdur.Amma qadin herbici olmaz.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

Bu suala aid öz sualım var:
Sual verin
Bu suala cavab vermək istəyirəm:
Cavab verin

Cavab verin


Cavab yazmaq üçün lütfən sağ sütundan və ya buradan hesaba daxil olun.

Üzvlər üçün giriş

Qeydiyyat

Elan qutusu

Son cavablar və şərhlər

Cavablar AI cavab verdi - səsli kitab saytında müəllif hüquqları (34 gün əvvəl)

E. Hacı cavab verdi - səsli kitab saytında müəllif hüquqları (34 gün əvvəl)

evonline.az cavab verdi - Mahni axtariram, azerbaycanin klipi idi. (39 gün əvvəl)

Cənab cavab verdi - Abune kodu - qaz (52 gün əvvəl)

nihatt cavab verdi - Aztelekomun Huawei GPON modeminin login və şifrəsi (69 gün əvvəl)

Mesud cavab verdi - C++ aid məsələ (85 gün əvvəl)

Toofiq cavab verdi - Abune kodu - qaz (86 gün əvvəl)

Toofiq cavab verdi - Mahni axtariram, azerbaycanin klipi idi. (86 gün əvvəl)

selef cavab verdi - gömrük bağlamanı saxladı (104 gün əvvəl)

walkingdead4 cavab verdi - Niqodnilik haqqında yardım ederdiz (120 gün əvvəl)

Devequsu cavab verdi - Niqodnilik haqqında yardım ederdiz (121 gün əvvəl)

E. Hacı cavab verdi - Manual QA vs Wordpress (137 gün əvvəl)

SN cavab verdi - .az domaini whois serveri niyə işləmir? (181 gün əvvəl)

byshako cavab verdi - .az domaini whois serveri niyə işləmir? (182 gün əvvəl)

byshako cavab verdi - .az domaini whois serveri niyə işləmir? (182 gün əvvəl)

Software Developer - 616 xal

E. Hacı - 610 xal

Onar Alili - 526 xal

Dilsuz - 448 xal

Cabbarov Sübhan - 434 xal

Maqa - 346 xal

Ruslan Butdayev - 328 xal

Namiq Bəndəli - 297 xal

U.Tarlan - 244 xal

Meherremoff - 234 xal

Sistemə daxil olmuş 23348 sualdan 92%-dən çoxu cavablandırılmışdır.

Proyekt haqqında

E-Haci.net istehsalı. © 2010-2026