kompyuterdə cmd-ya girib modemin pin kodunu örgənmək istəyirəm amma girən anda perezaqruska gedir. bu dərdin dərmanını bilən varsa desin.
kompyuterdə cmd-ya girib modemin pin kodunu örgənmək istəyirəm amma girən anda perezaqruska gedir. bu dərdin dərmanını bilən varsa desin.
Verilmiş cavablar və yazılan şərhlər (5 cavab var)
0
ekrana arxa fonu göy və şriftləri ağ rəngdə yazılan error gəlir?
0
Yox sadəcə olaraq cmd səhifəsi açılır. Açılan kimi də kompyuter yenidən başlayır(perezaqruska gedir). Açılanda isə yenə həmin şey
0
Salam məndə cmd-ya girəndə özü özünə bağlanır zəhmet olmasa köməklik edərdiz indidən teşəkkür
1
yazdıqlarıma ardıcıl olaraq əməl etsəz,problemi 99% həll edəcəksiz…
1)Tapşırıqlar panelinə(Task Manager) daxil olursuz, Ctrl+Shift+Esc
2)Process tab panelinə keçin…
3) password_viewer.exe , bar311.exe , photo.zip.exe bütün bu prossesləri bağlayın,bunun üçün üzərinə sağ click edib, End process əmri vermək lazımdır…
4)Run panelinə daxil olub ( Start menyudan axtrarış edin və ya Windows + R ), regedit yazıb OK click edin…
5)HKEY_LOCAL_MACHINE \ SOFTWARE \ MICROSOFT \ WINDOWS NT \ CURRENTVERSION \ WINLOGON bu yola keçin. və sağ tərəfdə Userinit üzərinə sağ click edib, MODIFY (dəyişdirmək) seçin.Normalda bu açar aşağıdakı şəkildəki kimi olmalıdır…Amma sizin açar \userinit.exe,bar311.exe , \userinit.exe,photo.zip.exe və ya \userinit.exe,password_viewer.exe kimidir. Müvafiq olaraq password_viewer.exe , photo.zip.exe və bar311.exe silinməli və aşağıdakı şəkildəki Save olunmalıdır…
6)HKEY_CURRENT_USER \software\microsoft\windows\currentversion\explorer\advanced gedin.
7)Lazım olan açarları aşağıdakı kimi dəyişin:
Hidden (dword:00000001) > Dəyişin(Modify) : 1
HideFileExt (Dword:00000000) > Dəyişin(Modify) : 0
ShowSupperHidden (Dword:00000001) >Dəyişin(Modify) : 1
8)HKEY_CURRENT_USER \software\microsoft\Command Processor gedin
9) autorun açarını sağ tərəfdə tapıb silin.( silmək üçün üzərinə sağ click edib, Delete seçin)
11)>>BU<< linkdən .bat faylı yükləyib,üzərinə iki dəfə vurun. Bu da son etap olacaq…
12)ADMİN `dən xahiş edirəm ki, bu mövzunu arxivləşdirsin…
© Alvin Programmer
0
təşəkkürlər! bunu etməyə çalışacam. amma mənim kompyuterim rus dilindədi.
Sual verin
Cavab verin