Salam.
Mən Gürcüstan(Borçalıdan) vətəndaşıyam hazl-hazırda Azərbaycanda yaşayıram.Azərbaycanın online ödəmə portalları vasitəsilə kommunal ödənişlər,kontur vurmaq kimi xidmətlərindən istifadə etmək istəyirəm.Təəssuflər olsunki bank kartını Gürcüstandan almışam və tapdıgım online odəmə saytları(e-pul.az portmanat.az və s.)xarici ölkə bank kartarından ödəmə qəbul etmir.Mən hansı online ödəmə saytları ilə xarici bank kartlarından istifadə edə bilərəm?
Verilmiş cavablar və yazılan şərhlər (6 cavab var)
0
Təəssüf ki yerli prosessinq mərkəzləri normal halda dəstəkləmir xarici kartları. Bəzi ödəniş qəbul edən şirkətlər xarici kartları açdıranda işləyir onlarda, sadəcə kommunal və.s. üçün olan ödəniş saytlarına bu gərək deyil deyə açdırmayıblar(axı kommunal ödəniş yerli ödəniş sayıır, onunçün də xarici kart lazım deyil, çox nadir halda, sizin durumdakı kimi durumda problem olur, o da ki nadir haldır deyə onları narahat etmir). Məsləhət görərdim ki portmanat kimi sistemlərdən istifadə edəsiniz. Məsələn 100 azn vurursunuz Portmanata istənilən terminaldan. Sonra o 100 manatı onlayn xərcləyirsiz kommunal və digər yerli ödənişlər üçün.
Digər yol isə yeni kart almaqdır. Xarici vətəndaşlara kart verilməlidir mən bilən.
0
yazdığınız saytlarda istifadə üçün kartın şəklini vəsiqə və.s melumatları email ile onlara ötürməlisiniz ki istifadə etməyə icazə versinlər.
0
məllim kakraz gürcüstan vətəndaşısan. sən mənə gürcüstan paypalı açmağa kömək elə. mən sənə həm yerli virtual kart verərəm şəxsi istifadən üçün(pormanat e-pul a vs ödəniş etməyə) həmdə öz şəxsi kartımla pormanatda istədiyin məbləği sənin hesabına transver edərəm istədiyin vaxt.
0
Billy 😀 ele mende paypalsiz qalmisam gurcustanli axtariram 😀
0
Belə başa düşdümki ən yaxşısı portmanat üsuludur.
Hə birdəki mən paypal hesabını açmaq üçün müəyyən qədərdə olsa öz şəxsi məlumatlarımı verməliyəm(məs:gurcu nömrəmi,yaşayış yeri,kimlik bilgiləri və s) sonrada siz İsveç banklarını hacklayıb pulu transfer edirsiniz həmin hesaba ordanda nəgdləşdirirsiniz (məlum Azərbaycanda xarici bank kartlarndan pul nağdlaşdırmaq olmur) məndə kibercinayətkar kimi məhşur oluram və həps )) Zarafat bir yana sualımda göstərdiyiniz köməyə görə təşəkkürlər ancaq paypal hesabı ilə baglı sizlərə kömək edə bilməyəcəm
1
E-pul.az ilə mümkündür. Daha ətraflı bura baxın: http://blog.epul.co/?p=121
Bütün onlayn ödəmə saytları təhlükəsizlik baxımından xarici kartları bloklayıb.
Çünki xaricdə banka yaxınlaşıb, kartımdan mən istifadə etməmişəm desən sənin pulunu geri verəcəklər. Amma o pul əslində e-pul.az saytına çatmalı idi. Və beləliklə böyük risklərin qarşısı bu metodla alınır.
Kartınızın, şəxsiyyət vəsiqənizin və özünüzün şəkilini e-pul.az-a göndərməklə təsdiq edirsiniz ki, siz e-pul.az saytında ödəniş etmək istəyirsiniz. Sabahsı gün bankınıza yaxınlaşsanız, bankınız araşdırma başlatacağ və səhv tərəf siz olacaqsınız. E-pul.az saytı isə öz pulunu sizin bankdan alacaq.
Sual verin
Cavab verin