Online telefon ehtiyyat hissəsi aldım gəlmədi.

Salam. 2 ay öncə "aliexpress" dən telefon ehtiyyat hissəsi, ekran (display) aldım qiyməti 49$ idi. Sadə samsung telefon idi free shipping ilə yalnız 1 (ədəd) . Satıcının reytinqi kifayət qədər yüksək idi. 2 həftə sonra satıcıya bildirdim ki, tracking number işləmir və mən məhsul barədə məlumat ala bilmirəm. Mənə cavab olaraq bildirdiki baxım sizə deyəcəm. 1 gün sonra bildirdiki ekran Azərbaycandan bizə geri qaytarılıb dispute açın full refund ( pulunuzu qaytaraq) edək. Dispute açdım pulumu 6-gün içində geri qaytardılar 49$ əvəzinə hətta 50$ lakin satıcıya çox sərt şəkildə bunun mənim günahım olmadığını və mənim üçün bu vaxt itkisinin ödənməsini istədim . Hətta Aliexpress-ə bu barədə report göndərdim. Satıcı bir neçə gün sonra belə məktub yazdı ki, biz sizə 1 ədəd display daha göndərdik onu aldığınız və almadığınız vaxt bizə reply edin. Əgər xidmətimizi bəyənsəz bizə yüksək feedback edərsiniz razılaşdım. Lakin məhsul hələdə əlimə keçməyib. 1 aya az qalıb. Mən nə etməliyəm? Buradakı problem hardadır? Bəlkə qanunlardan xəbərim yoxdur? Öncədən minnətdaram!

Verilmiş cavablar və yazılan şərhlər (1 cavab var)

Maqa (2016-08-31 11:46:02)
əgər həqiqətən telefon ekranıdırsa o zaman başqa problem var çünki bu məhsuların ölkəyə idxalı qanunla mümkündür siz ən yaxşısı pulunuzu almısızsa yenidən sifariş verin başqa satıcıdan

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

From.ae qeydiyyat məhsul sifariş

Şəxsiyyət vəsiqəsi heç olmayan şəxs indi necə alsın?

Paypal hesabıma pul göndərmək olmur

Sağlamlıq haqqında şikayət [əsgərlik]

Kamera Getirsem Devlet Gömürük Buraxarmi

Upload.az Dan Fayl Yükləyə Bilmirəm