Salam, 5-ci gün dövlət qulluğuna imtahan verməliyəm ama başım qanunvericiliyə qarışdığı üçün informasiya texnologiyaları üzrə nəsə oxuya bilməmişəm. Aşağadakı mövzular üzrə kimdə material varsa mənə köməklik göstərərdi:
1) İnformasiya anlayışı. İnformasiyanın növləri və təqdimolunma formaları. İnformasiyanın emalı.
2) Fərdi kompüterin növləri, quruluşu və iş prinsipi. Fərdi kompüterin əsas qurğuları və onların təyinatı. Yaddaş qurğuları
3) Windows 7 əməliyyat sistemi (ingilis dilində interfeys)
Əməliyyat sisteminin tərkib hissələri, əsas anlayışları. Sistemin əsas obyektləri. Sistemin qrafik istifadəçi interfeysi. İş masası. İdarəetmə paneli. Sistemin əsas və kontekst menyusu. Qısayol (shortcut).
4) Kompüter şəbəkələri
Şəbəkə növləri. Əsas şəbəkə qurğuları. İnformasiya təhlükəsizliyi. Şəbəkədə informasiya təhlükəsizliyinin təmin edilməsi üsulları və vasitələri. Lokal şəbəkənin əsas anlayışları. Lokal şəbəkələrin tətbiq sahələri.
5) İnternet
İnternet şəbəkəsinə qoşulma üsulları və vasitələri. WWW xidməti. Əsas anlayışlar: hiper-mətn, hiper-keçid, veb-səhifə, veb-sayt, URL ünvan, domen adı, protokol (HTTP, FTP, SMTP, POP3 və s.). Veb-bələdçi. Elektron poçt. Telekonfrans. Ani məlumat mübadiləsi (Instant Messaging).
6) İnformasiya cəmiyyəti
İnformasiya cəmiyyəti anlayışı. İnformasiya cəmiyyətinə aid əsas beynəlxalq sənədlər. Azərbaycan Respublikasında informasiya cəmiyyətinin qurulması istiqamətində dövlət siyasəti, bu sahədə həyata keçirilən dövlət proqramları. İnformasiya cəmiyyətinin inkişafının qiymətləndirilməsi üsulları, indikatorlar. İnformasiya fəzaları. İnformasiya resursları. İnformasiya inqilabları. İnformasiya mədəniyyəti.
7) Elektron dövlət
Elektron dövlət anlayışı. Elektron dövlətin elementləri. Elektron dövlətin qurulması istiqamətində beynəlxalq təcrübə. Elektron imza və elektron sənəd.
Kimdəsə material varsa emailimi şərhə yaza bilərəm və ya bura link şəklində ata bilər.
Minnətdaram
Verilmiş cavablar və yazılan şərhlər (2 cavab var)
1
Dərsliyi oxuayaraq Müəyyən mövzularda mariflənə bilərsiniz
http://unec.edu.az/application/uploads/2015/06/proqram_cavab06az.pdf
0
Minnətdaram
Sual verin
Cavab verin