Salamlar hamıya. Deməli, keçən həftə facebook’da 3-4 il bundan qabaqkı mesajlarım qarşıma çıxdı yenidən,halbuki, neçə il bundan qabaq silmişdim o mesajları. Olduğu kimi hamsını yenidən oxudum. Lakin daha sonra yoxa çıxdı. Köhnə qrup yazışmaları və s. hamsını gördüm. Bir nəfərlə yazışmam var, mənim üçün çox vacibdir. Söz-söhbət yaranıb və mən o mesajı göstərib sübut etmək istəyirəm, söhbətin gerçəyini. Xahiş edirəm, əgər kimsə bir yol bilirsə silinmiş mesajları yenidən qaytarmaq. Əşi elə şey yoxdu deyənlər cavablandırmasın. Təşəkkürlər
Verilmiş cavablar və yazılan şərhlər (4 cavab var)
0
Salam mesajlari silende arxive gedib dusur evvel.Arxiv qovlugundan geri qaytarmaq olur o mesajlari.Eger silmek isteyirsizse arxiv qovluguna girib ordan birdefelik silmek lazimdir.
0
Mesaji silmek ile arxive salmaq başqa şeylerdi. Arxive salmaq ayrı bir düyme ile edilir silmek ise ayrı bir düyme ile.
0
facebookdakı arxivi (şəkillər,mesajlar,statuslar və s.) hamısını göndərirsən mailə. fb özü çıxarır və göndərir. sən də yükləyirsən. orda silinmiş mesajlar falan hamısı olur
0
Facebook sadəcə cari mesajları digər fayllarla birlikdə göndərir. Silinənləri yox.
Sual verin
Cavab verin