komputer elmləri sahəsində hansı universitet yaxşıdır?

komputer elmləri sahəsində hansı universitet yaxşıdır? Odlar yurdu universiteti microsoft it lizensiyalı olduğuna görə onu istəyirdim ama orda komputer elmləri yox komputer mühəndisliyi ixtisası var. yeri gəlmişkən bu ixtisaslar arasında fərq nədir?

Verilmiş cavablar və yazılan şərhlər (3 cavab var)

insafsiz (2016-10-05 01:36:55)
BDU komputer elmlərində ikinci kursda oxuyan tələbə kimi deyə bilərəm ki , yaxşı proqramçı olmaq səndən aslıdı. Yuxarda komputer elmləri və komputer mühəndisliyinin fərqi qeyd edilib. Bizlərə birinci kursdan bəri riyaziyyat keçilir . Buna səbəb komputer elmləri ixtisasının Tətbiqi riyaziyyat və kibernetika fakültəsinə daxil olmasıdır. Yuxarı kurs tələbələrində , nisbətən gənc müəlllimlərdə bir deyim var -" BDU-da nə öyrətməsələrdə Pascal öyrədirlər." . Xoşbəxtlikdən bizlərə C++ proqramlaşdırma dili öyrədildi birinci kurs ərzində , amma bu o demək deyil ki , biz bu dil tam şəkilldı keçildi və mükəmməl səviyədə öyrədildi. Proqramlaşıdrma dilin öyrənmək sənin əlində olan bir işdir.Əsas məsələ proqramı yazarkən istifadə etdiyin alqoritmdir, əgər sən düzgün alqoritm qura bilirsənsə, istənilən proqramlaşdırma dilində proqram yaza bilərsən. BDU-da müəllimlərin sənə öyrədə biləcəyi ən müasir proqramlaşdırma dili C# olacaqdır ( 1-2 müəllim daha irəli gedib sınə python , rugby öyrədər oda şansına qalıb). Daha müasir proqramlaşdırma dillərin öyrənmək üçün internet resurslarından,kitablardan və kurslardan istifadı etməlisən. Riyaziyyat məsələsinə gəlincə , riyaziyyatdan nifrət etməyə səbəb olacaq müəllimlərlə qarşılaşacaqsan və riyaziyyat bir yerdən sonra qəlizləşir , anlamaq,dərk etmək mümkünsüz olmağa başlayır. Əgər BDU seçəcəksənsə riyaziyyatı, "hörməti",öz üzərində çalışmağı qərara almalısan. və yenədə qərar sənindi , amma mən qəbul imtahanından kifayət qədər bal toplasaydım Qafqazda oxuyardım . Məlum hadisələr müəyyən dəyişiklər olmasına gətirib çıxarsada , yenədə Azərbaycanda hər kəsin ( ! ) təhsil ala biləcəyi ən yaxşı universitet Qafqazdır. Daha sonra BDU bu ixtisası oxumaq üçün ən yaxşı seçim olacaqdır.

Şükür Hüseynov (2016-09-26 15:27:04)
Fərq odur ki adından da göründüyü kimi, Komputer mühəndisliyində proqramlaşdırma ilə yanaşı qurğu təminatı da keçilir(Elektronika, hardware və s.). Ancaq Komputer Elmlərində sırf proqramlaşdırma və riyaziyyat keçilir. Universitetə gələndə əvvəl Qafqaz universitetin tərifləyirdilər, ancaq adı dəyişəndən sonra bilmirəm. Deyilənə görə ADA da güclü universitetdir, ancaq təhsil haqqı çox yüksəkdir(5-6 min manat və daha yuxarı). İmkan varsa xaricə getmək əla olar. Orada texnologiya çox inkişaf edib. Amma Universitetdən asılı olmayaraq, istəyir burada istərsə də xaricdə olun, əgər Komputer sahəsi ilə məşğul olsanız əsas özünüz daha çox öyrənməlisiniz.

maker (2016-09-26 11:08:18)
Boston university eger ingilis dilini bilirsense en yaxsisi ve azərbaycan dövlət texniki universiteti