Salam. Mən ebaydan mal və ya mallar sifariş etmək isləyirəm. Ancaq bildiyimə görə müəyyən müddətdən sonra alınan mallar şəxsi istifadə üçün sayılmır və buna görə vergi tətbiq oluna, hətta, həmin şəxs məsuliyyətə də cəlb oluna bilərmiş. Bilmək islərdim ki, şəxsi istifadə üçün neçə dollarlıq və yaxud neçə ədəd, neçə dənə, hansı miqdarda mal sifarış etmək imkanım var? Yəni ki, vergi nə zaman yaxud hansi hallarda alına bilər? Vergiyə qədərki limit, məhdudiyyət nə qədər yaxud hansı miqdardadı? Əvvəlcədən təşəkkürlər.
Verilmiş cavablar və yazılan şərhlər (5 cavab var)
1
əvvəlcə deyim ki 2 ildi xarici saytlardan alış veriş edirəm indiyə kimi də heç bir problemim olmayıb nə vergi nə də qanunsuz bir şey
sadəcə olaraq müəyyən mallara qadağa var ölkəyə gətirməyə onu da gömrük xidmətinin saytına daxil olaraq hansı mallara şamil olunduğunu öyrənə bilərsən
qaldı ki mal sayına bəli bir qədər böyük həcmli malların sayı çox olduqda gömrük vergisi ödəyirsiniz
ancaq kiçik həcmli mallar varki məsələn qolbaq olsun 5-10 ədəd olanda problem olmur
və sonda aylıq 1000 dollar həcmində bir limitiniz var
0
Aylıq 1000$ limitin olması çox yaxşıdırki. O zaman, aylıq 1000$ limitini keçməmək şərtilə ayrı-ayrılıqda 50-100 ədəd arası seplər, qolbaqlar yaxud üzükləri heç bir vergi ödəmədən ala bilərəm? Yox əgər vergi ödəməm lazım olarsa hara?, nə qədər? və nə? vergisi ödəməliyəm?
1
Əgər şəxsi məqsəd üçün almirsizsa lap 10$a da rüsum vermelisiz. 28%. Yəni tutaq ki 100$liq mal alirsizsa gömrük saxlayır sizi çağırır, gedirsiz əlavə 28$ verib götürürsuz.
Amma şəxsi məqsəd üçün alirsizsa 1000$a qədər heç bir rüsum yoxdur. İndi soruşa bilərsiniz ki necə müəyyən olunur məqsədim, he o artıq məntiqlə həll olur. Heç bir məntiq 50 ədəd sepi özünüz üçün alırsınız fikrini müdafiə edə bilməz.
Amma bir yandan da deyim ki bu tip ucuz şeyləre adətən deymirlər, buraxırlar. Ama məsələn 5 ədəd telefin alsaz, ve ya 10 ədəd saat filan, hansılar ki nisbətən qiymətli şeylərdir 1-2$liq aksesuar filan deyil, he onları saxlayırlar çox olanda.
1
oqeder sepleri saxlaya da bilerler insafen saxlamaya dda bilerler.oqeder sep artiq satis meqsedi ucun getirdiyiniz gun kimi aydindi.satis meqsedi ile getirilmeyen esyalar 1000dollari kecmirse hecne olmaz.men 20uzuk birden getiirmisem,saxlamayiblar saxlasalar mecburen vergi vermelisen.ucuz seyleri saxlamirlar
0
Cavablara görə çox sağolun. Hər birinizə ayrı-ayrılıqda təşəkkür edirəm. Bu mövzuya oxşar bəzi suallarımda var, ancaq həmin sualları yeni başqa bir sual kimi yazacam. Onlarıda cavablandırsaz sevinərəm. 🙂
Sual verin
Cavab verin