Internet-maqazin vergi ile bagli sual.

Salam. İnternet-maqazin açmışıq. Vergilərdən qeydiyyatdan keçməyə hazırlaşırıq. (elektron poçtumuza xəbərdarlıq məktubu gəldi) Amma hələki satışımız yoxdur. (Saytımız tanınmır təbii ki, saytımızda məhsulların yüklənməsi və seo işləri gedir, bitdikdən sonra reklamlara start verib aktiv fəaliyyətə başlayacayıq). Bilmək istəyirəm ki satış olmadıgı halda vergi ödəmək məcburiyyətindəyikmi? Heç ödəməsək aldatdığımızı düşünməzlərmi? Zəhmət olmasa bildiklərinizi mənə öyrədin bu mövzuda. Birdə kassa aparatı almalıyıq? Yoxsa qayimə yazacayıq müştəriyə?


Kateqoriya: Sual . , , . Qısa keçid.

Verilmiş cavablar və yazılan şərhlər (7 cavab var)

(13:55, 05/10/2016 ) #65423

Salam.
İlk öncə qeyd edim ki, əgər hüquqi şəxs MMC açırsızsa, bu işlər üçün mühasibə müraciət edin, çünki onun bir az hesabat işləri çətin olur, əgər fiziki şəxs VÖEN açırsızsa, iş daha asandır, sadə olur hesabat filan vermək.
Vergiyə gəldikdə isə. Vergi gəlirdən ödənilir, gəlir yoxdursa, heç kimə heç nə ödəmirsiniz.
Gəlir olmayan dövrlərdə hər 3 ayda bir vergi hesabatı vermə vaxtında girəcəksiniz e-taxes.gov.az-a, “təqdim ediləcək bəyannaməm yoxdur” seçənəyini seçib göndərəcəksiniz, vəssalam, bu qədər sadə. Nə vergi ödəyəcəksiniz, nə də bir şey.
Yəni aldatmağı düşünmək filan – belə yanaşmaq olmaz. Hər şey rəsmi çərçivədə olmalıdır. Online ödəniş bank hesabı üzərindən olur deyə hər şey qeydə alınır, nəqd ödəniş isə qaimə ilə olur deyə əlinizdə qaimə sənəd olur. Vəssalam, hər şey sənədli sübutlu olur, bu halda aldatmaq, inanmamaq kimi anlayışlara gərək qalmır.
Qaimə ala bilərsiniz mətbəədən rahatlıqla.(ödəniş online olduqda isə buna gərək yoxdur), hər müştəriyə malı çatdırma zamanı yazıb vermək olar.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    Cavabınıza görə çoxsaqolun… Sizin cavabınızdan məndə sual yarandı. Bəs internet maqazin istifadəçisi fiziki şəxs oaraq qeydiyyatdan keçməlidir? Yoxsa hüquqi şəxs olaraq? Bunu biz seçirik? Qeyd edim ki mənim yüksək hədəflərim yoxdur yaxın illər üçün. Yəni ya google advors, ya da facebook vasitəsilə minimal məbləğ ilə reklam edib gündəlik maksimum 3 müştəri qazanmaq istəyirəm. Ofis və kuryerim olmayacaq. Belə oldugu halda mən öz istəyim ilə fiziki şəxs olaraq qeydiyyatdan keçə bilərəm?

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

      (16:41, 05/10/2016 ) #65425

      Fiziki şəxs o deməkdir ki müəssisə bir nəfərdən ibarətdir. Yani hər şeyi özünüz edirsiniz və özünüzə aid olmayan işləri hardansa hazır alırsınız və s. Yox əgər bu işləri görməkdə kimsə sizin maaşli işçiniz olacaqsa, o halda hüquqi şəxs açmaq vacibdir.

      Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    Aydın cavablarınız üçün çoxsaqolun… İşinizdə UĞURLAR!

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(19:48, 06/10/2016 ) #65440

Mövzu açılmışkən bir sual da mən verim Elvin bəy. Əvvəlcə fiziki şəxs açıb sonra hüquqi şəxsə keçmək olarmı? Və əgər mən başqa biri ilə belə desək şərik işləyirəmsə (məsələn ikilikdə şirniyyat hazırlayıb internet üzərindən satmaq) mütləq hüquqi şəxs açmalıyam?

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (20:45, 07/10/2016 ) #65457

    Elbette olar,kimese maash vermirsinizse o zaman huquqi wexs sayilmaz.(men bildiyim beledir.)

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (22:19, 07/10/2016 ) #65459

    Bəli əvvəl fiziki açıb sonra gərək olanda fizikini ləğv edib hüquqiye keçmək olar.
    Qaldı şərik məsələsinə. Düzü bunu vergilərin özündən soruşmaq yaxşı olar, amma mən bildiyim qədərilə elə edənlər çoxdur, amma İKT sektorundadir mən deyənlər. Yəni hər ikisi fiziki şəxs açır özüne, və bir biri ilə müqavilə ilə əməkdaşlıq edirlər. Yəni biri digərinə xidmət edir əvəzində ödəniş alır. Məsələn şirniyyatı siz satırsiz tutaq ki. Xammal almaq və bisirmək hissəsini şərik edir. O halda onunla müqavilə bağlayırsiz tək siz satmış sayilirsiz və serikin xidmət haqqını da müqavilə əsasında ödəyirsiz hansı məbləğde bölgüdə istəsəz. Amma yenə də deyirəm ola bilər elə fəaliyyət tipi olsun ki bele şeyə deyərlər olmaz mütləq hüquqi acib işə götürün filan, ona görə də işə başlamadan öncə ya hüquqşünas ya da elə vergilərin özü ilə əlaqə yaradıb dəqiqləşdirmək laizmdir.

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

Bu suala aid öz sualım var:
Sual verin
Bu suala cavab vermək istəyirəm:
Cavab verin

Cavab verin


Cavab yazmaq üçün lütfən sağ sütundan və ya buradan hesaba daxil olun.

Üzvlər üçün giriş

Qeydiyyat

Elan qutusu

Son cavablar və şərhlər

Cavablar AI cavab verdi - səsli kitab saytında müəllif hüquqları (34 gün əvvəl)

E. Hacı cavab verdi - səsli kitab saytında müəllif hüquqları (34 gün əvvəl)

evonline.az cavab verdi - Mahni axtariram, azerbaycanin klipi idi. (39 gün əvvəl)

Cənab cavab verdi - Abune kodu - qaz (52 gün əvvəl)

nihatt cavab verdi - Aztelekomun Huawei GPON modeminin login və şifrəsi (69 gün əvvəl)

Mesud cavab verdi - C++ aid məsələ (85 gün əvvəl)

Toofiq cavab verdi - Abune kodu - qaz (86 gün əvvəl)

Toofiq cavab verdi - Mahni axtariram, azerbaycanin klipi idi. (86 gün əvvəl)

selef cavab verdi - gömrük bağlamanı saxladı (104 gün əvvəl)

walkingdead4 cavab verdi - Niqodnilik haqqında yardım ederdiz (120 gün əvvəl)

Devequsu cavab verdi - Niqodnilik haqqında yardım ederdiz (121 gün əvvəl)

E. Hacı cavab verdi - Manual QA vs Wordpress (137 gün əvvəl)

SN cavab verdi - .az domaini whois serveri niyə işləmir? (181 gün əvvəl)

byshako cavab verdi - .az domaini whois serveri niyə işləmir? (182 gün əvvəl)

byshako cavab verdi - .az domaini whois serveri niyə işləmir? (182 gün əvvəl)

Software Developer - 616 xal

E. Hacı - 610 xal

Onar Alili - 526 xal

Dilsuz - 448 xal

Cabbarov Sübhan - 434 xal

Maqa - 346 xal

Ruslan Butdayev - 328 xal

Namiq Bəndəli - 297 xal

U.Tarlan - 244 xal

Meherremoff - 234 xal

Sistemə daxil olmuş 23348 sualdan 92%-dən çoxu cavablandırılmışdır.

Proyekt haqqında

E-Haci.net istehsalı. © 2010-2026