Internet-maqazin vergi ile bagli sual.

Salam. İnternet-maqazin açmışıq. Vergilərdən qeydiyyatdan keçməyə hazırlaşırıq. (elektron poçtumuza xəbərdarlıq məktubu gəldi) Amma hələki satışımız yoxdur. (Saytımız tanınmır təbii ki, saytımızda məhsulların yüklənməsi və seo işləri gedir, bitdikdən sonra reklamlara start verib aktiv fəaliyyətə başlayacayıq). Bilmək istəyirəm ki satış olmadıgı halda vergi ödəmək məcburiyyətindəyikmi? Heç ödəməsək aldatdığımızı düşünməzlərmi? Zəhmət olmasa bildiklərinizi mənə öyrədin bu mövzuda. Birdə kassa aparatı almalıyıq? Yoxsa qayimə yazacayıq müştəriyə?

Verilmiş cavablar və yazılan şərhlər (7 cavab var)

E. Hacı (2016-10-07 22:19:58)
Bəli əvvəl fiziki açıb sonra gərək olanda fizikini ləğv edib hüquqiye keçmək olar. Qaldı şərik məsələsinə. Düzü bunu vergilərin özündən soruşmaq yaxşı olar, amma mən bildiyim qədərilə elə edənlər çoxdur, amma İKT sektorundadir mən deyənlər. Yəni hər ikisi fiziki şəxs açır özüne, və bir biri ilə müqavilə ilə əməkdaşlıq edirlər. Yəni biri digərinə xidmət edir əvəzində ödəniş alır. Məsələn şirniyyatı siz satırsiz tutaq ki. Xammal almaq və bisirmək hissəsini şərik edir. O halda onunla müqavilə bağlayırsiz tək siz satmış sayilirsiz və serikin xidmət haqqını da müqavilə əsasında ödəyirsiz hansı məbləğde bölgüdə istəsəz. Amma yenə də deyirəm ola bilər elə fəaliyyət tipi olsun ki bele şeyə deyərlər olmaz mütləq hüquqi acib işə götürün filan, ona görə də işə başlamadan öncə ya hüquqşünas ya da elə vergilərin özü ilə əlaqə yaradıb dəqiqləşdirmək laizmdir.

Rengler (2016-10-07 20:45:09)
Elbette olar,kimese maash vermirsinizse o zaman huquqi wexs sayilmaz.(men bildiyim beledir.)

Alven (2016-10-06 19:48:33)
Mövzu açılmışkən bir sual da mən verim Elvin bəy. Əvvəlcə fiziki şəxs açıb sonra hüquqi şəxsə keçmək olarmı? Və əgər mən başqa biri ilə belə desək şərik işləyirəmsə (məsələn ikilikdə şirniyyat hazırlayıb internet üzərindən satmaq) mütləq hüquqi şəxs açmalıyam?

Şəhla Xanım Parfümer (2016-10-05 16:51:58)
Aydın cavablarınız üçün çoxsaqolun... İşinizdə UĞURLAR!

E. Hacı (2016-10-05 16:41:41)
Fiziki şəxs o deməkdir ki müəssisə bir nəfərdən ibarətdir. Yani hər şeyi özünüz edirsiniz və özünüzə aid olmayan işləri hardansa hazır alırsınız və s. Yox əgər bu işləri görməkdə kimsə sizin maaşli işçiniz olacaqsa, o halda hüquqi şəxs açmaq vacibdir.

Şəhla Xanım Parfümer (2016-10-05 15:27:47)
Cavabınıza görə çoxsaqolun... Sizin cavabınızdan məndə sual yarandı. Bəs internet maqazin istifadəçisi fiziki şəxs oaraq qeydiyyatdan keçməlidir? Yoxsa hüquqi şəxs olaraq? Bunu biz seçirik? Qeyd edim ki mənim yüksək hədəflərim yoxdur yaxın illər üçün. Yəni ya google advors, ya da facebook vasitəsilə minimal məbləğ ilə reklam edib gündəlik maksimum 3 müştəri qazanmaq istəyirəm. Ofis və kuryerim olmayacaq. Belə oldugu halda mən öz istəyim ilə fiziki şəxs olaraq qeydiyyatdan keçə bilərəm?

E. Hacı (2016-10-05 13:55:56)
Salam. İlk öncə qeyd edim ki, əgər hüquqi şəxs MMC açırsızsa, bu işlər üçün mühasibə müraciət edin, çünki onun bir az hesabat işləri çətin olur, əgər fiziki şəxs VÖEN açırsızsa, iş daha asandır, sadə olur hesabat filan vermək. Vergiyə gəldikdə isə. Vergi gəlirdən ödənilir, gəlir yoxdursa, heç kimə heç nə ödəmirsiniz. Gəlir olmayan dövrlərdə hər 3 ayda bir vergi hesabatı vermə vaxtında girəcəksiniz e-taxes.gov.az-a, "təqdim ediləcək bəyannaməm yoxdur" seçənəyini seçib göndərəcəksiniz, vəssalam, bu qədər sadə. Nə vergi ödəyəcəksiniz, nə də bir şey. Yəni aldatmağı düşünmək filan - belə yanaşmaq olmaz. Hər şey rəsmi çərçivədə olmalıdır. Online ödəniş bank hesabı üzərindən olur deyə hər şey qeydə alınır, nəqd ödəniş isə qaimə ilə olur deyə əlinizdə qaimə sənəd olur. Vəssalam, hər şey sənədli sübutlu olur, bu halda aldatmaq, inanmamaq kimi anlayışlara gərək qalmır. Qaimə ala bilərsiniz mətbəədən rahatlıqla.(ödəniş online olduqda isə buna gərək yoxdur), hər müştəriyə malı çatdırma zamanı yazıb vermək olar.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Onlayn Ticarət Gəlir Vergisi Ətraflı

sayt satmaq ucun saytlar?

Hәr hansı bir telefonun Bluetooth daxil olan proqram

Saytım Google-də tapIlmır, niyə?

Sayta girən kimi mahnı oxunsun

Domain almaq