tələbə proqramçı

Salam mən proqramlaşdırmanı öyrənirəm. Bu sahədə tələbəyəm. Hələki ancaq riyazi ifadələr hesablayan proqramlar yaza bilirəm. Bilmək istərdim ki bu dillər vasitəsilə qrafik görüntülü necə proqram yaradırlar? Yəni ancaq yazı kimi deyil canlı bir proqram. Ms DOS-un Windows ilə müqayisəsi kimi. Windows qrafik ms DOS isə ancaq yazıdı.


Kateqoriya: Sual . , , . Qısa keçid.

Verilmiş cavablar və yazılan şərhlər (5 cavab var)

(22:04, 19/10/2016 ) #65555

Salam. Hansı dil ilə yazırsınız riyazi proqramları? Pascal ya Basic?
Vizual proqramların məntiqi bir az başqa cür olur. Dos dillərdə sadəcə giriş, əməliyyat və çıxış olursa, qrafik hissəsi olanlarda bir az fərqlidir durum. Qısa izah edilməli çətindir. Gərek hansısa birinə başlayasiz sıfırdan. Səbrlə, tələsmədən. Dərhal hansısa güclü proqramı yazacaq səviyyə gözləmədən. Bir müddət sonra görəcəksiz ki hər şey alınır

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (01:26, 20/10/2016 ) #65557

    C++ da çalışıram. Bu dil haqqında oxuduqda hər zaman oyundan tutmuş tətbiqi proqramlar yaratmağa belə imkan verdiyini oxuyuram. Amma ki, bu dilin alqoritimndə mən hələ qrafiki bir şey yaratmağa imkan verən bir şey görməmişəm. Yəni mənə maraqlıdı bu dillə necə oyun, proqram (normal dizaynlı) yaradırlar? Yəni bilirəm hələ tezdi amma yəni bunu bilsəm dahada həvəslə çalışaram. Çünki yazıların kodların qrafiki proqrama çevrilməsi ayrı bir zövqdür.

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

      (10:40, 21/10/2016 ) #65592

      Onlar əlavə qrafik library-lərin köməyi ilə olur. Yəni dil olaraq c++-da vizual nəsə yoxdur.
      Vaxtı gələndə araşdırın internetdən lazımi olanı qurub istifadə edin. Məşhurlardan bir iki dənə deyim:
      GTK, QT, FLTK, JUCE və.s.
      Məsələn QT-dən Linux əməliyyat sistem distrolarının vizual hissələrində geniş istifadə edilir, vizual proqramlar, həllər yaradılır: https://www.qt.io/

      Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(13:21, 22/10/2016 ) #65603

Salam
İlk öncə dilin özünü yaxşı öyrənməyə çalışın. Mürəkkəb alqoritmlər həll edin, proqramlaşdırma məntiqini dərk etməyə çalışın. C++ dilini yaxşı öyrənə bilsəz qrafik elə də çətin gəlməz. Məsələn, Embercadero C++ Builder yükləyib baxa bilərsiniz. Trial versiyası mövcuddur. Orda düymələr, elementlər çox şey hazırdır. Görəssiz ki burda interfeysli sadə proqramlar yaratmaq elə də çətin deyil. Hətta mobil platformalar üçün də proqram yaratmaq olur.
Bundan əlavə OpenGl kimi qrafik kitabxanaları da mövcuddur ki, burada hər şey OpenGl kitabxanasının funksiyaları vasitəsilə yaradılır. Bu kitabxanalarla oyun proqramlaşdırmaq mümkündür.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(21:23, 20/11/2016 ) #66049

Çox sağ olun

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

Bu suala aid öz sualım var:
Sual verin
Bu suala cavab vermək istəyirəm:
Cavab verin

Cavab verin


Cavab yazmaq üçün lütfən sağ sütundan və ya buradan hesaba daxil olun.

Üzvlər üçün giriş

Qeydiyyat

Elan qutusu

Son cavablar və şərhlər

Elton İsmayılov cavab verdi - Bu cür Mobil telefonu "IMEI qeydiyyat sistemi"nə salmaq lazımdır? (1 saat əvvəl)

E. Hacı cavab verdi - Bu cür Mobil telefonu "IMEI qeydiyyat sistemi"nə salmaq lazımdır? (2 saat əvvəl)

Elton İsmayılov cavab verdi - Bu cür Mobil telefonu "IMEI qeydiyyat sistemi"nə salmaq lazımdır? (2 saat əvvəl)

E. Hacı cavab verdi - Bu cür Mobil telefonu "IMEI qeydiyyat sistemi"nə salmaq lazımdır? (3 saat əvvəl)

E. Hacı cavab verdi - Azərbaycanda paypal (3 saat əvvəl)

Nurlan933 cavab verdi - Azərpoçt Bayram (9 saat əvvəl)

az-hosting cavab verdi - Paypal Pul Çıxartma (Nəğdləşdirmə) (22 saat əvvəl)

Ramazan cavab verdi - Cümlə Qura Və Təhlil edə bilmirəm (1 gün əvvəl)

Web Saytlar Yaradılması cavab verdi - Cümlə Qura Və Təhlil edə bilmirəm (1 gün əvvəl)

r.cebrayilov cavab verdi - Paypal hesabı üçün şirkət qurmaq (1 gün əvvəl)

Ramazan cavab verdi - Vöen Açmaq üçün ev kupçası istəyirlər (1 gün əvvəl)

E. Hacı cavab verdi - Paypal hesabı üçün şirkət qurmaq (1 gün əvvəl)

Web Saytlar Yaradılması cavab verdi - Wikipedia Hesabı (1 gün əvvəl)

Web Saytlar Yaradılması cavab verdi - Agentlik açmaq istəyirəm. (1 gün əvvəl)

Ramazan cavab verdi - Nə saytı Açmaq Məsləhət görərsiz? (1 gün əvvəl)

Software Developer - 594 xal

E. Hacı - 591 xal

Onar Alili - 526 xal

Dilsuz - 448 xal

Cabbarov Sübhan - 417 xal

Ruslan Butdayev - 328 xal

Namiq Bəndəli - 297 xal

U.Tarlan - 244 xal

Maqa - 239 xal

Meherremoff - 234 xal

Sistemə daxil olmuş 20457 sualdan 94%-dən çoxu cavablandırılmışdır.

Proyekt haqqında

E-Haci.net istehsalı. © 2010-2019