Salam dostlar qonşuda vayfay var. Şifrəsizdi. Mən ona kompyuterdə qoşula bilmirəm. Ancaq telefonda rahatlıqla qoşula bilirəm. Hətta FN lə f12 ni də sıxıram vayfayı tapmır. Kompyuter isə təzə format olunub. Driver ləri də yazılıb. Bu nəyə görə ola bilər. Xahiş edirəm kömək edin.
Verilmiş cavablar və yazılan şərhlər (4 cavab var)
2
Əgər Wi-Fi nin simvolunun üzərində x varsa deməli drayver problemi var. Əgər x işarəsi yoxdursa və Wi-Fi şəbəkəsini tapmırsa onda sizin kompyuterin çipində problem var.
0
X şəkli çıxır Behruz7 . Ancaq vayfay driver i olan Realtek driver ini yükləmişəm.
0
Salam.
Driveri düzgün oturmayıb. Noutbukun istehsalçısının rəsmi sayından driverini götürün və ya Driver Pack Solutiondan (www.drp.su) istifadə edin.
0
Çox sağolun Elman bəy. Hörmətli cavablar.net rəhbəri. Artıq müzakirəni bağlaya bilərsiniz
Sual verin
Cavab verin