Salam. Yaxın dostum mənə belə bir sual verdi: İki qüllə var. Hər iki qüllənin hündürlüyü 10 mt-dir. iki qüllə arasında kəndir sallanır. Kəndir qüllənin zirvəsindən aşağıya doğru sallanmış vəziyyətdə 15 mt uzunluqdadır. İki qüllənin orta hissəsində kəndirin yer səthi ilə hündürlüyü 2,5 mt-dir. Bu göstəriciləri əsas alaraq iki qüllə arası məsafəni tapa bilərsənmi?. Mən bir qədər fikirləşib buna uyğun distur qura bilmədim. Mənə kömək edə bilərsinizmi?







Verilmiş cavablar və yazılan şərhlər (2 cavab var)
0
Sualda anlaşılmaz cümlələr var. Yaxşı olar ki sxemi çəkəsiz qələmlə şəklini də bura atasınız. Rəqəmlər də üzərində.
1
Sual maraqlı gəldi deyə köhnə bilikləri bir az təzələdim. Siz təsvir etdiyiniz qədərilə şərtləri qəbul edərək həll edəndə cavab 11.2 metr çıxır.
Qüllələr arası məsafə o qədərdir.
Həll yolu belədir. Çevrə kəsiyinin uzunluğu, hündürlük və vətər arası münasibətdən istifadə edərək analitik formulanı tapırıq.

Burada bizə hər şey məlumdur, təkcə c-dən başqa. C isə həm arcsinus daxilində var, həm də qıraqda. Bir az çətin də olsa buradan c-ni tapmaqla məsələ həll olur.

C-nin tapılması isə belədir: (7.5 əyilmənin hündürlüyüdür, 15 kəndirin uzunluğu, x isə bizə lazım C )
Sual verin
Cavab verin