Salam dostlar )
Xaricdən bura internet çəkdirmək mümkündür? İnternetdə hətta 500mbps sürətdə internet təklif edən xarici providerlərə rast gəlirəm. Mənə maraqlıdır, xaricdən bura həmin interneti çəkdirmək mümkündür? Məsələn bunu ala bilsək, bizim providerlərə nəsə olsa bu internet işləyəcək. Bir də, bu internetə ölkədən qadağa qoyulması mümkündür?
Öncədən təşəkkürlər 🙂
Verilmiş cavablar və yazılan şərhlər (4 cavab var)
2
Çox maraqlı sualdır 🙂
İnternet ciddi infrastruktur əsasında işləyən texnologiyadır. Bu haqda çox danışmaq olar.
Amma qısaca deyim ki, yoxdur elə şey.
Ümumi internetin maksimal sürəti providerlərdəki kimi tariflə, provider ilə tənzimlənmir, bu fiziki məsələdir. Maksimal sürət marşrutun ötürmə qabiliyyəti qədər olur ölkələr, şəhərlər arası.
Yəni Azərbaycana gələn internetin sürəti tutaq ki, maksimal 100 mbitsaniyədirsə, deməli bizim infrastrukturun maksimal qabiliyyəti budur. Yəni biz ölkə olaraq kimdənsə internet paketi almırıq ki, sadəcə marşrut yaradırıq. O marşrutun da ötürmə qabiliyyəti var müəyyən limitlə. Nə qədər bahalı, müasir fiber optikadırsa, ötürməsi güclüdürsə o qədər də sürətlidir. Sadə dildə desək 220 voltluq kabellərlə 10min volt elektrik enerjisi daşımaq olmaz.
Siz tutaq ki, elə bir şey mümkün olsaydı xaricdən 500mbit alsaydınız, o bizim marşrutla gəlib gedəcəkdi də, deməli sürəti yenə də Azərbaycan maksimumunu aşa bilməzdi.
Bir də ki internetiniz lap 500mbit olsa belə bu elə hər yerə o sürətlə girmək imkanı vermir axı. Bu sizin download sürətinizdir. Girdiyiniz saytların serverinin UP sürəti bundan azdırsa bu sürətin əhəmiyyəti qalmır. Məsələn girdiyiniz saytların əksərinin real UP sürət 1-100 mbit arası olur, odur ki sizdə 500 olsa da siz o saytların hamsından 1-100 sürət ilə istifadə edə biləcəksiniz.
Odur ki, sürət barədə çox da düşünməyin, 5-10 mbit sürət əslində tam bəs edir normal istifadəyə 🙂
0
Çox sağolun 🙂 Deməli kabeldən asılıdır. Onda çox güclü optik kabellərlə burdada 500 sürət əldə etmək olar hə? Əsas sürətdən əlavə başqa şeylər üçün də deyirdim. Bir ara Delta Telecomda problem oldu, internet işləmədi ölkədə. Amma əgər xaricdən internet qoşa bilsəydik, Deltanın interneti sıradan çıxsa da həmin internet qalardı. Bilmirəm bəlkə də səhv fikirləşirəm )
Bilmirəm düzdür ya yox, ancaq deyilənə görə NASA-da internetin sürəti 90Gbitdir. )
1
Sadə dildə desək hə kabeldən asılıdır. Amma kabeldən başqa digər önəmli komponentləri də var şəbəkənin.
Bəli əgər hər şey qaydasında olsa burada da 500mbit olar. İndi ölkəyə dəqiq bilmirəm neçə gəlir, deyəsən 100-dür Deltanın verdiyi maksimal sürət, və ya 80 idi bəlkə də, yadımda deyil.
Əgər siz xaricdən tutaq ki çəkdirsəydiz və Deltada problem olsaydı, sizin də internet kəsiləcəkdi. Bayaq dediyim kimi bu fiziki məsələdir, virtual yox. Elektrik xətti qırılıbsa, işıq Mingəçevirdən gələndir, ya Şirvandan gələndir, heç bir fərq etmir, xətt qırılanda işıqlar sönür.
Qaldı NASA-dakı yüksək sürətə. Ona tam olaraq internet sürəti də demək olmaz. İnternet texnologiyası ilə işləyən, amma sırf öz müəssisələri arasında olan sürətdir o. Yəni tutaq ki NASA-dan siz internetə girib hansısa download saytından 90GBit sürətlə nəsə yükləyə bilməyəkcsiz. Yükləmənin sürəti orada da buradakına çox yaxın olacaq. Çünki dounloadı təqdim edən mənbənin UP sürəti eynidir və 90GBitlə müqayisədə qat qat azdır.
0
xaricden internet cekdirmek almaq mumkun olan bir ıey deyil. interneti sadece olkede fealiyyet gosteren yeri ve xarici provayderlerden ala bilersiniz.
Sual verin
Cavab verin