Array(Массивы) termini

Salam. Array (массивы) ifadəsini necə tərcümə etmək olar?


Kateqoriya: Sual . . Qısa keçid.

Verilmiş cavablar və yazılan şərhlər (5 cavab var)

(12:26, 06/01/2017 ) #66805

Bizim informatika dərsliklərində Massiv kimi tərcümə edilib artıq bu. Yəni artıq var bunun tərcüməsi.

Termin tərcüməsi barədə kiçik qeyd də deyim:
Array Türkiyə türkcəsində dizi deyə tərcümə edilib, bizdə də o məntiqlə düzüm ola bilərdi. Yığım da ola bilərdi, toplu da ola bilərdi və.s. Termin elədir ki, ilk təklif edilən qəbul ediləndən sonra ona etiraz az olur, sonradan yeni təklif kimi edildikdə isə gülünc səslənir filan deyənlər olur.
Amma məsələn mouse deyir hamı tam ciddi şəkildə, amma tərcüməsi siçan deməkdir. İlk termin kimi daxil olub deyə heç kimə gülməli gəlmir.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (12:29, 06/01/2017 ) #66806

    Ətraflı məlumat üçün çox sağ olun.

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(13:28, 06/01/2017 ) #66807

Şəxsən mən univeristetdə massivləri keçəndə heçnə başa düşməmişdim. Məllimnən soruşurdum ki massiv ardıcıllıqdı? O vaxt biz analizdən ardıcıllıq, limit filan keçirdik. Ad çox önəm daşıyır. Mən daşıdığı mənaya heç bir aidiyyəti olmayan massiv termininin qəti əleyhdarıyam. Şəxsən mən cərgə terminindən istifadə edirəm öz məqalələrimdə. Nə qədər uğurulu olub – olmamasın deyə bilmərəm, amma hər halda massivdən daha anlaşılandı.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (13:57, 06/01/2017 ) #66808

    Mən sizin C, C++ elektron kitablarınızda cərgə anlayışına rast gəlmişəm. Uzun illərdir massiv terminindən istifadə etdiyim üçün mənə belə daha başa düşüləndir. Amma sizinlə razıyam ki, massiv termininin mənası az başa düşüləndir. Yalnız onu izah etdikdən sonra söhbətin nədən getdiyi başa düşülür.

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(22:58, 06/01/2017 ) #66818

3D Qrafikada da var ARRAY anlayışı.
Belə işlənilir : Obyektin X,Y, Z xətdində müəyyən ardıcılıqla yan-yana düzülməsi.

http://imgur.com/a/0fY8f

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

Bu suala aid öz sualım var:
Sual verin
Bu suala cavab vermək istəyirəm:
Cavab verin

Cavab verin


Cavab yazmaq üçün lütfən sağ sütundan və ya buradan hesaba daxil olun.

Üzvlər üçün giriş

Qeydiyyat

Elan qutusu

Son cavablar və şərhlər

Cavablar AI cavab verdi - səsli kitab saytında müəllif hüquqları (34 gün əvvəl)

E. Hacı cavab verdi - səsli kitab saytında müəllif hüquqları (34 gün əvvəl)

evonline.az cavab verdi - Mahni axtariram, azerbaycanin klipi idi. (39 gün əvvəl)

Cənab cavab verdi - Abune kodu - qaz (52 gün əvvəl)

nihatt cavab verdi - Aztelekomun Huawei GPON modeminin login və şifrəsi (69 gün əvvəl)

Mesud cavab verdi - C++ aid məsələ (85 gün əvvəl)

Toofiq cavab verdi - Abune kodu - qaz (86 gün əvvəl)

Toofiq cavab verdi - Mahni axtariram, azerbaycanin klipi idi. (86 gün əvvəl)

selef cavab verdi - gömrük bağlamanı saxladı (104 gün əvvəl)

walkingdead4 cavab verdi - Niqodnilik haqqında yardım ederdiz (120 gün əvvəl)

Devequsu cavab verdi - Niqodnilik haqqında yardım ederdiz (121 gün əvvəl)

E. Hacı cavab verdi - Manual QA vs Wordpress (137 gün əvvəl)

SN cavab verdi - .az domaini whois serveri niyə işləmir? (181 gün əvvəl)

byshako cavab verdi - .az domaini whois serveri niyə işləmir? (182 gün əvvəl)

byshako cavab verdi - .az domaini whois serveri niyə işləmir? (182 gün əvvəl)

Software Developer - 616 xal

E. Hacı - 610 xal

Onar Alili - 526 xal

Dilsuz - 448 xal

Cabbarov Sübhan - 434 xal

Maqa - 346 xal

Ruslan Butdayev - 328 xal

Namiq Bəndəli - 297 xal

U.Tarlan - 244 xal

Meherremoff - 234 xal

Sistemə daxil olmuş 23348 sualdan 92%-dən çoxu cavablandırılmışdır.

Proyekt haqqında

E-Haci.net istehsalı. © 2010-2026