Array(Массивы) termini

Salam. Array (массивы) ifadəsini necə tərcümə etmək olar?

Verilmiş cavablar və yazılan şərhlər (5 cavab var)

maxxam (2017-01-06 22:58:44)
3D Qrafikada da var ARRAY anlayışı. Belə işlənilir : Obyektin X,Y, Z xətdində müəyyən ardıcılıqla yan-yana düzülməsi. http://imgur.com/a/0fY8f

Teodor86 (2017-01-06 13:57:56)
Mən sizin C, C++ elektron kitablarınızda cərgə anlayışına rast gəlmişəm. Uzun illərdir massiv terminindən istifadə etdiyim üçün mənə belə daha başa düşüləndir. Amma sizinlə razıyam ki, massiv termininin mənası az başa düşüləndir. Yalnız onu izah etdikdən sonra söhbətin nədən getdiyi başa düşülür.

ahmed (2017-01-06 13:28:19)
Şəxsən mən univeristetdə massivləri keçəndə heçnə başa düşməmişdim. Məllimnən soruşurdum ki massiv ardıcıllıqdı? O vaxt biz analizdən ardıcıllıq, limit filan keçirdik. Ad çox önəm daşıyır. Mən daşıdığı mənaya heç bir aidiyyəti olmayan massiv termininin qəti əleyhdarıyam. Şəxsən mən cərgə terminindən istifadə edirəm öz məqalələrimdə. Nə qədər uğurulu olub - olmamasın deyə bilmərəm, amma hər halda massivdən daha anlaşılandı.

Teodor86 (2017-01-06 12:29:56)
Ətraflı məlumat üçün çox sağ olun.

E. Hacı (2017-01-06 12:26:51)
Bizim informatika dərsliklərində Massiv kimi tərcümə edilib artıq bu. Yəni artıq var bunun tərcüməsi. Termin tərcüməsi barədə kiçik qeyd də deyim: Array Türkiyə türkcəsində dizi deyə tərcümə edilib, bizdə də o məntiqlə düzüm ola bilərdi. Yığım da ola bilərdi, toplu da ola bilərdi və.s. Termin elədir ki, ilk təklif edilən qəbul ediləndən sonra ona etiraz az olur, sonradan yeni təklif kimi edildikdə isə gülünc səslənir filan deyənlər olur. Amma məsələn mouse deyir hamı tam ciddi şəkildə, amma tərcüməsi siçan deməkdir. İlk termin kimi daxil olub deyə heç kimə gülməli gəlmir.