Salam.
Bildiyim qədər bir proqramı işə saldıqda (üzərinə 2 dəfə klik etdikdə) arxa planda terminal (konsol) işə düşür və həmin işə salmaq istədiyimiz proqramı icra edir.
Əgər düz başa düşmüşəmsə, bir sualım var: Bəs terminal (konsol) necə işə düşür?
Verilmiş cavablar və yazılan şərhlər (3 cavab var)
-1
Sualinizi anlamadim duzgun qeyd etmemisiniz cmd terminali acmaq isteyirsizse start > cmd yazin console acilir.
Yox eger programlarin calistigi program yoneticisini nezerde tutursuzsa aletler cubugunda mavi yere sag tiklayin Gorev Yoneticisini acin .
2
Salam. Proqramları işə salmağın əsas iki üsulu var:
1) Terminaldan və ya kansole pəncərəsindən (ikisi də eyni mənanı ifadə edir) proqramın yerləşdiyi ünvanı və adını daxil etməklə
2) Üzərində iki dəfə klik etməklə.
Proqramın işə salınması müxtəlif əməliyyatlar sistemində müxtəlif cür olur.
Unix/Linux sistemlərində bəli hər hansı bir proqramı işə salmaq üçün mütləq digər bir proqrama ehtiyac var. İşə salan proqram ya yaddaşda öz nüsxəsini yaradır və yeni proqramı həmin nüsxənin üzərinə yükləyir (for()/exec()) , ya da birbaşa özünün yaddaş sahəsinə yükləyir. Bu halda əlbəttdəki əvvəlki proqram silinir. Əməliyyatlar sistemi yüklənən zaman isə ən birinci proqram init adlanır(linuxda swapper task) və onun kodu sistemin nüvəsinin(kernel) ikili təsvirinə yerləşdirilmiş olur. terminal halında hal-hazırda aktiv terminal proqramının, klik zamanı isə sistemin özünün işə saldığı arxa fonda çalışan və proqramların işə salınmasına yardımçı olan terminal vastəsilə proqramlar icra olunur.
windowsda isə yeni proqramlar CreatProcess win32 funksiyası ilə işə salınır. Digər yüksək səviyyəli kitabxana funksiyaları da mövcuddur, lakin onlar da aşağı səviyyədə bu funksiyaya mürəciət edirlər. Burada unixdəki kimi verilmiş proqramın nüsxəsini yaratmaq (fork()) imkanı yoxdu. Amma ümumi qaydalar təxminən eynidir. Həm də windowsun nüvəsi qapalı kodlu olduğuna görə proqramların dəqiq nə cür işə salındığını demək biraz çətindir.
0
Çox sağolun. Sualın cavabı aydındır.
Sual verin
Cavab verin