Salam. Mən bir müddətdir internetdən pul qazanmağin yolunu axtarıram. Hələlik bir şey tapmamışam. Link satmaq və digər şeylər haqqinda eşitmişəm. Bu yolla pul qazananlar və ya bilənlərdən xahiş edirəm ki, mənə köməklik göstərsinlər. Cavablarınıza göre təşəkkürlər.
Verilmiş cavablar və yazılan şərhlər (6 cavab var)
2
http://e-haci.net/2016/01/07/internet-uzerinden-xarici-bazaraq-cixis-imkanlari/
0
Cavabınıza görə təşəkkür edirəm. Amma bir söz deyim. Özüm bilirəm ki, komputerlə öyrənəsi işlər çoxdur. Hər dəfə alternativ yollarla kiminsə komputeri ilə işləməyə yeni-yeni şeylər öyrənməyə çalışmışam. Amma dediyim kimi, alternativ yol- müvəqqəti. Həmişə bir sonu olub. 90 manata qədər pul yığıb işlənmiş noutbook aldım. O da xarab çıxdı. 1 hafdədən çoxdur, gah düzəldəcəyini deyir, gah da qaytaracağını. Bizdə də bilinir ki, polis sistemi necədir. Düzdür online satış yaxşıdır. Mən də internet üzərindən 1-2 şey satmışam. Amma indi satmağa bir şeyim qalmayıb. Araşdırdığım da odur ki, eşitmişəm reklam linklərini hər hansı bir yerə yerləşdirəndə əgər çox baxılıb, şirkətin məhsulu çox satılanda o sənə gəlirin kiçik bir hissəsini verir. Və başqa şeylər. Mənim bir dostum sayt açıb. gündə ən azı 1000 nəfər daxil olur. Amma nə gəlir, daha da o bu sayta görə pul ödəyir. İldə 100 manatdan çox. Dediyim ondadır, mən birtəhər komputer əldə edəcəm. Amma yenə də bu internet-gəlir məsələsi üçün bir şey tapmamışam. Yenə də axtaracam- bilmirəm nə vaxta kimi.
0
Görünən odur ki yazını oxumadınız. Orada aydın yazılıb: Bütün bunlar mifdir. İnternetdən müftə pul qazanmaq deyə bir şey yoxdur. Real həyatda necədirsə, internet də elədir. Yəni “deyirlər belə edəndə pul gəlir” miflərini hər zaman məntiqlə çözməyə çalışın. Kim verir pulu niyə verir? Bu suala cavab tapın sonra dərindən maraqlanın həmin işlə.
0
Yazınızı oxumuşam. Bu yolla, reklamlari yaymaqla pul qazanan çox adam eşitmişəm. Hətta biri ilə söhbət də eləmişəm. O izah edəndə isə elədiklərini, prespektiv praktikam olmadığı üçün başa düşməmişdim.
1
Salam, reklam yerləşdirmək üçün deyil hətta almaq üçün belə normal trafikli saytınız olmalıdır. Azərbaycan dilində olan saytları Google Adsense kimi sistemlər hələki dəstəkləmir. Yəni xarici saytlar kimi 3-5 min trafikə normal qazanc əldə etmək çox çətindir. Bundan əlavə belə saytlar düzəltmək üçün əvvəlcə web sahəsini öyrənmək lazımdır. Php, Asp.net, Phyton (Django) kimi web proqramlaşdırma dillərini və Mysql, Sql server kimi verilənlər bazalarını öyrənmək ilə başlamaq olar. Hazır sistemlər bir müddətdən sonra artıq ehtiyyacınızı qarşılaya bilmir və bunları özəlləşdirmək lazım olur. Ən əsası isə bunları 3-5 günə öyrənmək mümkün deyil. Real işlərdə çox daha tez gəlir əldə etmək mümkündür. Bunların hamısını bilsəz belə dediyiniz kimi reklam yerləşdirib gəlir əldə etmək, yaxud satış tərəfdaşlığı etmək üçün saytınızın normal trafiki olmalıdır. Bunun üçün də Seo sahəsini də öyrənməlisiniz. Qısacası internet sahəsində heç kim oturduğu yerdən rahat, əziyyətsiz gəlir əldə etmir.
0
Sizi admindən daha yaxşı başa düşdüm. Dediklərinizi çalışacam ki, yerinə yetirim. Görüm nə olur. Çox sağ olun.
Sual verin
Cavab verin