İT üzrə kurslarda məsləhət.

Salamlar. Əvvəllər Bakıda bele kurslar tapmaq çətin olurdu. Son zamanlar ise Bakıda 2 əsas bele kurs ve ya tədris mərkəzi açıldı. İT Step və Code Academy. Siz hansını məsləhət görərdiz və niyə? Ödəniş barede ise Code Academy heç yerdə məlumat tapa bilmədim. Öncədən təşəkkür edirəm.


Kateqoriya: Sual . , , , , , . Qısa keçid.

Verilmiş cavablar və yazılan şərhlər (2 cavab var)

(17:45, 31/01/2017 ) #67308

Salam,

Mən Code Academy-nin qurucusuyam. 2015-ci ildə Code Academy-ni qurduğumuzda Yüksək Texnologiyalar Parkının kiçik bir küncündə yer icarəyə götürərək başlamışdıq. İlk zamanlarda sadəcə Veb proqramlaşdırma üzərinə intensiv tədris proqramlarımız vardı və fərqli bir metodika ilə tələbələrimizə tədris verirdik. Bu zamana qədər məzun olmuş tələbələrimizin əksəriyyəti artıq işləməkdədir vəya fərdi sahibkar olaraq fəaliyyət göstərir.
2016-ci ilin sonlarına doğru bazarın, sektorun tələbatları artdığından biz də tədris proqramlarımızı daha da təkmilləşdirərək bu ehtiyaclara uyğun olaraq hazırladıq. Xarici bazarların təcrübələrini öyrənərək ən düzgün və keyfiyyətli şəkildə tətbiqi üçün artıq müstəqil və böyük məkanla şəhərin mərkəzində fəaliyyət göstəririk.
Qiymətlərimiz açıq şəkildə göstərilməmişdir. Kartof satmadığımız üçün etiketi də yoxdur. Çünki biz sizləri bir müştəri olaraq yox gələcəkdə bizim əməkdaşımız olaraq görürük. Bu səbəbdən sizlər üçün xüsusi olaraq dizayn etdiyimiz mərkəzimizə yaxınlaşaraq bizimlə tanış olmağınızı və Karyera Məsləhətçilərimizdən daha ətraflı məlumat almağınızı tövsiyə edirəm.
Code Academy-nin özünə məxsus və sadəcə yeniliyə fokuslanan bir təhsil modeli vardır. Proqramlaşdırma tədris müddəti 300 saatlıqdır və sadəcə bazarın ehtiyaclarına uyğun olaraq hazırlanmışdır ki, sizi sürətli şəkildə iş həyatına hazırlayaq. Siz Code Academy-nin tələbəsi olaraq müəllimlərlə yanaşı mentorlarımızdan da əlavə kömək ala bilirsiniz. Azərbaycanda ilk dəfə yaratdığımız Zəmanətli Təhsil Modeli ilə siz qatıldığınız tədrisdə çətinlik çəkdiyinizi düşünürsünüzsə, təmənnasız yenidən o dərsə qatılmaq haqqınız vardır. Və bunu dəfələrlə istifadə etmək haqqınız vardır. Suallarınız olarsa, çəkinmədən soruşa bilərsiniz.

Ülvi Aslanov
Code Academy (www.code.edu.az)

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (21:21, 31/01/2017 ) #67315

    İlk öncə diqqətiniz və sualımı ətraflı cavablandırdıqınız üçün təşəkkür edirem. Sadəcə Azərbaycanda daha öncə qeyd etdiyim kimi bu kimi tədris yerləri olmadıqı üçün insan istər istəməz bəzi məqamları və keyfiyyəti araşdırmaq istəyir. Çünki çox uzağa getməyək Ukraniya və ya Rusiyada bele tədris mərkəzləri çoxdur və keyfiyyətli də təhsil verirler. Amma Bakıda belə İT üzrə kurslar yox idi. Və çox sağ olun ki, siz də belə bir tədris mərkəzi yaratmısınız. Yaxınlaşıb mərkəziniz ilə yaxından tanış olarıq. Minnətdaram!

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

Bu suala aid öz sualım var:
Sual verin
Bu suala cavab vermək istəyirəm:
Cavab verin

Cavab verin


Cavab yazmaq üçün lütfən sağ sütundan və ya buradan hesaba daxil olun.

Üzvlər üçün giriş

Qeydiyyat

Elan qutusu

Son cavablar və şərhlər

Cavablar AI cavab verdi - səsli kitab saytında müəllif hüquqları (35 gün əvvəl)

E. Hacı cavab verdi - səsli kitab saytında müəllif hüquqları (35 gün əvvəl)

evonline.az cavab verdi - Mahni axtariram, azerbaycanin klipi idi. (39 gün əvvəl)

Cənab cavab verdi - Abune kodu - qaz (52 gün əvvəl)

nihatt cavab verdi - Aztelekomun Huawei GPON modeminin login və şifrəsi (69 gün əvvəl)

Mesud cavab verdi - C++ aid məsələ (85 gün əvvəl)

Toofiq cavab verdi - Abune kodu - qaz (86 gün əvvəl)

Toofiq cavab verdi - Mahni axtariram, azerbaycanin klipi idi. (86 gün əvvəl)

selef cavab verdi - gömrük bağlamanı saxladı (105 gün əvvəl)

walkingdead4 cavab verdi - Niqodnilik haqqında yardım ederdiz (120 gün əvvəl)

Devequsu cavab verdi - Niqodnilik haqqında yardım ederdiz (122 gün əvvəl)

E. Hacı cavab verdi - Manual QA vs Wordpress (137 gün əvvəl)

SN cavab verdi - .az domaini whois serveri niyə işləmir? (181 gün əvvəl)

byshako cavab verdi - .az domaini whois serveri niyə işləmir? (182 gün əvvəl)

byshako cavab verdi - .az domaini whois serveri niyə işləmir? (182 gün əvvəl)

Software Developer - 616 xal

E. Hacı - 610 xal

Onar Alili - 526 xal

Dilsuz - 448 xal

Cabbarov Sübhan - 434 xal

Maqa - 346 xal

Ruslan Butdayev - 328 xal

Namiq Bəndəli - 297 xal

U.Tarlan - 244 xal

Meherremoff - 234 xal

Sistemə daxil olmuş 23348 sualdan 92%-dən çoxu cavablandırılmışdır.

Proyekt haqqında

E-Haci.net istehsalı. © 2010-2026