Salam, WordPressi tam olaraq manual şəkildə qurmaq istəyirəm, wordpressin öz installation faylın istifadə etmədən.
İlk addımda wp-config.php faylına db_name, user, password yazıram.
Amma növbəti mərhələdə wordpress useri və parolu yaratmaq, sayt başlığı və.s kimi ayarlar necə edəcəm burası maraqlıdır.
Verilmiş cavablar və yazılan şərhlər (3 cavab var)
1
Bu yanlışdır. Installation ilə etməlisiniz ya da hazır installı daşımalısınız. Çünki installation zamanı bəzi uniq security kodları və.s. generasiya olur. Əllə wp-config yaratma yanlış yanaşmadır.
Vizual installation prosesi ilə probleminiz nədir ki, niyə xoşunuza gəlmir?
Alternativ olaraq command-line WP-CLI ilə də install edə bilərsiz veb install prosesi olmadan.
0
Elvin bəy, cavab üçün təşəkkürlər
linuxda shell yazmaq istəyirəm bunun üçün, ona görə.
1
Hazır shell var da , WPCli. Oz shell scriptinize nece lazımdır qoşa bilersiz
Sual verin
Cavab verin