Java və C++

hərkəsə salam. Java və C++ üçün məsləhətli kurs axtarıram. Burda köhnə postlara baxdım ama o vaxtdan artıq ən az 5 il keçib…açıqcası 100 manata qədər aylıq ödənişi olan kurs olsa hər ikisinə getmək istəyirəm ama bilmirəm kefiiyyət necə olacaq…Bu arada code academy falan da baxdım diyəsən fantastik qiymətləri var.

Çox xahiş edirəm yazmayın ki özün öyrən..onu bacarmaq asan deyil mənim üçün


Kateqoriya: Sual . . Qısa keçid.

Verilmiş cavablar və yazılan şərhlər (5 cavab var)

(02:59, 19/02/2017 ) #67549

Step Akademiya ilə maraqlana bilərsiz.
Burdan

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(17:05, 19/02/2017 ) #67553

mənə 3aylıq lazımdır maks

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(18:41, 19/02/2017 ) #67554

Təəssüf ki nə o qiymətə, nə də o müddətə bu dillərdən birini öyrənmək mümkün deyil. Kim ki öyrətmək vəd edər, indidən bilin ki yalan deyir.
Ondansa özünüz müstəqil öyrənin video dərslərlə

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(19:59, 19/02/2017 ) #67556

Salam
İnanın ki, hər bir kəsə təzə başlayanda tək öyrənmək çətindir. Amma bunun yolu budur. Kursa getsəz belə, kurs 3 ay, uzağı 6 ay öyrədəcək. Yəni kurs sizi 3 aya, 6 aya proqramçı etməyəcək. 3 ay, 6 ay ərzində sizə əsas məntiqi, əsas şeyləri öyrətməyə çalışacaqlar. Ondan sonra yenə tək öyrənməyə məcbursuz. İnanın ki, elə bir kurs olmayacaq ki, bitirəndə sizə desin ki, “siz artıq Java proqramçısısınız”. Ona görə bu başdan tək öyrənməyə başlayın.
İkisin də birdən öyrənməyin, birinə başlayın. Onsuz da bu dillər bir-birinə çox oxşardı. Birin öyrənəndən sonra o birindən öyrənmək rahat olacaq. Düzdü mən özüm C++ fanatıyam )) Ancaq indi ölkədə əsas tələbat Java və C# dillərinədi. Ona görə, Javaya başlaya bilərsiniz. Amma yenə deyim ki, yəni C++ öyrənsəz də sonra Javanı öyrənmək rahat olacaq, və ya əksinə.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(08:44, 20/02/2017 ) #67559

Heç kimi həvəsdən salmaq istəmirəm. Amma proqramlaşdırmaya aid Azərbaycan dilində olan mətn və video dərsliklərin yetəri olmayacaq qədər az olduğu bir vaxtda Azərbaycan dilli istifadəçi üçün özün-örgən ifadəsin söyləmək, sərbəst proqramlaşdırmanı örgənməyə sövq etmək düzgün deyil. Onsuz da Azərbaycan proqramçılarının demək olar ki, hamısı və eləcə də dünyanın bütün digər proqramçıları proqramlaşdırmanın 90%-in özləri örgənir. Amma bünövrəni qoymağa mütləq kömək lazımdır. Mən şəxsən nə qədər də təhsilini tənqid eləsəm də proqramlaşdırmanın nə olduğun ALİ təhsil müəssisəsində örgəndim. Paskal ilə. Sonradan artıq sərbəst C++ … və digər dillərə keçdim. Ona görə çalış yaxşı müəllim tapasan. Tanış dostlara müraciət elə. Kursa da getmək olar, müəyyən müddət.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

Bu suala aid öz sualım var:
Sual verin
Bu suala cavab vermək istəyirəm:
Cavab verin

Cavab verin


Cavab yazmaq üçün lütfən sağ sütundan və ya buradan hesaba daxil olun.

Üzvlər üçün giriş

Qeydiyyat

Elan qutusu

Son cavablar və şərhlər

Cavablar AI cavab verdi - səsli kitab saytında müəllif hüquqları (35 gün əvvəl)

E. Hacı cavab verdi - səsli kitab saytında müəllif hüquqları (35 gün əvvəl)

evonline.az cavab verdi - Mahni axtariram, azerbaycanin klipi idi. (40 gün əvvəl)

Cənab cavab verdi - Abune kodu - qaz (53 gün əvvəl)

nihatt cavab verdi - Aztelekomun Huawei GPON modeminin login və şifrəsi (70 gün əvvəl)

Mesud cavab verdi - C++ aid məsələ (86 gün əvvəl)

Toofiq cavab verdi - Abune kodu - qaz (86 gün əvvəl)

Toofiq cavab verdi - Mahni axtariram, azerbaycanin klipi idi. (86 gün əvvəl)

selef cavab verdi - gömrük bağlamanı saxladı (105 gün əvvəl)

walkingdead4 cavab verdi - Niqodnilik haqqında yardım ederdiz (121 gün əvvəl)

Devequsu cavab verdi - Niqodnilik haqqında yardım ederdiz (122 gün əvvəl)

E. Hacı cavab verdi - Manual QA vs Wordpress (138 gün əvvəl)

SN cavab verdi - .az domaini whois serveri niyə işləmir? (181 gün əvvəl)

byshako cavab verdi - .az domaini whois serveri niyə işləmir? (182 gün əvvəl)

byshako cavab verdi - .az domaini whois serveri niyə işləmir? (182 gün əvvəl)

Software Developer - 616 xal

E. Hacı - 610 xal

Onar Alili - 526 xal

Dilsuz - 448 xal

Cabbarov Sübhan - 434 xal

Maqa - 346 xal

Ruslan Butdayev - 328 xal

Namiq Bəndəli - 297 xal

U.Tarlan - 244 xal

Meherremoff - 234 xal

Sistemə daxil olmuş 23348 sualdan 92%-dən çoxu cavablandırılmışdır.

Proyekt haqqında

E-Haci.net istehsalı. © 2010-2026