Java və C++

hərkəsə salam. Java və C++ üçün məsləhətli kurs axtarıram. Burda köhnə postlara baxdım ama o vaxtdan artıq ən az 5 il keçib...açıqcası 100 manata qədər aylıq ödənişi olan kurs olsa hər ikisinə getmək istəyirəm ama bilmirəm kefiiyyət necə olacaq...Bu arada code academy falan da baxdım diyəsən fantastik qiymətləri var. Çox xahiş edirəm yazmayın ki özün öyrən..onu bacarmaq asan deyil mənim üçün

Verilmiş cavablar və yazılan şərhlər (5 cavab var)

ahmed (2017-02-20 08:44:54)
Heç kimi həvəsdən salmaq istəmirəm. Amma proqramlaşdırmaya aid Azərbaycan dilində olan mətn və video dərsliklərin yetəri olmayacaq qədər az olduğu bir vaxtda Azərbaycan dilli istifadəçi üçün özün-örgən ifadəsin söyləmək, sərbəst proqramlaşdırmanı örgənməyə sövq etmək düzgün deyil. Onsuz da Azərbaycan proqramçılarının demək olar ki, hamısı və eləcə də dünyanın bütün digər proqramçıları proqramlaşdırmanın 90%-in özləri örgənir. Amma bünövrəni qoymağa mütləq kömək lazımdır. Mən şəxsən nə qədər də təhsilini tənqid eləsəm də proqramlaşdırmanın nə olduğun ALİ təhsil müəssisəsində örgəndim. Paskal ilə. Sonradan artıq sərbəst C++ ... və digər dillərə keçdim. Ona görə çalış yaxşı müəllim tapasan. Tanış dostlara müraciət elə. Kursa da getmək olar, müəyyən müddət.

Şükür Hüseynov (2017-02-19 19:59:37)
Salam İnanın ki, hər bir kəsə təzə başlayanda tək öyrənmək çətindir. Amma bunun yolu budur. Kursa getsəz belə, kurs 3 ay, uzağı 6 ay öyrədəcək. Yəni kurs sizi 3 aya, 6 aya proqramçı etməyəcək. 3 ay, 6 ay ərzində sizə əsas məntiqi, əsas şeyləri öyrətməyə çalışacaqlar. Ondan sonra yenə tək öyrənməyə məcbursuz. İnanın ki, elə bir kurs olmayacaq ki, bitirəndə sizə desin ki, "siz artıq Java proqramçısısınız". Ona görə bu başdan tək öyrənməyə başlayın. İkisin də birdən öyrənməyin, birinə başlayın. Onsuz da bu dillər bir-birinə çox oxşardı. Birin öyrənəndən sonra o birindən öyrənmək rahat olacaq. Düzdü mən özüm C++ fanatıyam )) Ancaq indi ölkədə əsas tələbat Java və C# dillərinədi. Ona görə, Javaya başlaya bilərsiniz. Amma yenə deyim ki, yəni C++ öyrənsəz də sonra Javanı öyrənmək rahat olacaq, və ya əksinə.

E. Hacı (2017-02-19 18:41:21)
Təəssüf ki nə o qiymətə, nə də o müddətə bu dillərdən birini öyrənmək mümkün deyil. Kim ki öyrətmək vəd edər, indidən bilin ki yalan deyir. Ondansa özünüz müstəqil öyrənin video dərslərlə

Kamran Memmedli (2017-02-19 17:05:12)
mənə 3aylıq lazımdır maks

Cabbarov Sübhan (2017-02-19 02:59:34)
Step Akademiya ilə maraqlana bilərsiz. Burdan

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Javadan sonra C# öyrenmek ?