Salam.
Çox qısa müddətdir əməliyyat sistemlərinin necə hazırlanması ilə maraqlanıram. Təbii ki, buna səbəb ağlımda əməliyyat sistemi ilə bağlı çoxlu sualların yaranmağıdı. Bu, adi bir proqramist üçün bəlkə də maraqlı deyil, ona hazır tool-ları və öz IDE-sini işlətməyi bilmək kifayət edir. Ancaq mənim üçün maraqlıdır. Elə ilk ağlıma gələn suallardan biri bu oldu: “Görəsən, əməliyyat sistemləri (əsasən kernel) necə debug edilir?”
Verilmiş cavablar və yazılan şərhlər (2 cavab var)
3
Əməliyyatlar sistemi debug edilir deyəndə – Ə.S. çox müxtəlif proqram paketlərindən ibarətdir. Kernelin ayrı yeri var əlbəttə. Ə.S. -ə daxildir hər cür istifadəçi proqramları, İDE -lər, kitabxanalar (itifadəçi), server proqramları, əmrlər, Grafik mühitlər (oboloçka) v.s. Kernel + drayverlər Ə.S. -in əsas komponentidi. Debug eləməyə gələndə Windowsda bu məsələlər qapalıdı. Linuxda ama istədiyiniz kimi kerneli debug eliyə bilərsiz. Bir neçə qaydası belədi: Ən sadəsi printk -lar. Nüvə kodunun istənilən yerinə printk yerləşdirirsiz və sistem yüklənən vaxtı, ya yükləndikdən sonra onları (dmesg əmri ilə) oxuyursuz. Linux virtual /proc fayllar sistemi yaradıb sırf bu debug məqsədilə hansısa məlumatı virtual fayl sisteminə yazmaq üçün. Kerneldən disk faylına yazmaq Linuxda məqbul hesab olunmur.
İkinci debug üsulu GDB -dən istifadə etməkdir. GRUB bootloader confiqurasiya faylında nüvənin yüklənmə sətrində GDB-yə attach əmri parametrləri yerləşdidirsən misal üçün hansı serial portdan v.s. nüvə yüklənən zaman müəyyən təyin olunmuş nöqtədə gözləyir ki GDB ilə ona attach olunsun. Daha sonra idarəetmə GDB ilə aparılır. Amma burda çoxlu buglar mövcuddur.
Üçüncü üsul Linux built in debuggerdən istifadə etməkdir. Sistem yüklənəndən sonra xüsusi əmrlərin köməyi ilə debugger kansola daxil olursan. Amma bu da mükəmməl üsul deyil.
Dördüncü üsul modullardan istifadə etməkdir. Modulları sistem yükləndikdən sonra xüsusi əmrlərlə (insmod) nüvəyə yükləyib orada icra eləmək, nüvəyə aid məlumatları oxumaq mümkündür. Bu daha münasib üsuldur.
Beşinci üsul kernel dump-dır – Kdump. Burada mexanizm belədir. Yenə GRUB konf faylda nüvənin yüklənmə sətrində crash_kernel barədə parametrlər verilir. Sistemdə crash olanda (süni olaraq bunu panic() funksiyasını çağırmaqla eləmək olar) yaddaş – RAM dump olur – yəni bir fayla yazılır, sistem özü isə crash kernelə boot eliyir. Krash kernelin təkcə vəzifəsi yaddaşın dump faylını köçürməyə kömək etməkdir. Daha sonra GDB ilə offline həmin bu dump faylını debug eləmək olar.
0
Çox sağolun. Aydın oldu.
Sual verin
Cavab verin