Azərbaycanda ən yaxşı komputer kursu hansıdır?

Salam. Xahiş edirəm kim bilirsə cavab yazsın.
Mən komputer kursuna getmək istəyirəm. Bunun üçün bilməliyəm ki, Azərbaycanda ən yaxşı komputer kursu hansıdır. Sizin cavablarınızı gözləyirəm…


Kateqoriya: Sual . , , . Qısa keçid.

Verilmiş cavablar və yazılan şərhlər (2 cavab var)

(09:15, 31/03/2017 ) #67964

Azərbaycanda İT üzrə dərs keçən çoxlu kurslar var və bu kursların içərisindən də çoxlarının adı məhşurdur. Məsələn, STEP IT ACADEMY, CODE ACADEMY, ORIENT ITM bu kurslardan bəziləridir. (Bu kursların təhsil keyfiyyətindən xəbərim yoxdur, sadəcə adları ən çox hallanan kurslar arasındadır deyə misal çəkdim.)

Bütün kurslarda ilkin dərs pulsuz olur. Siz dərsə qatılırsız və dərs keyfiyyətini, məllimin dərs keçməyini, izah qabiliyyətini görə bilirsiz. Bundan sonra qərar verirsiz, istəsəz o kursa ödəniş edib dərslərə qatılırsız, istəsəz başqa bir kurs axtarışına çıxırsız.

“Ən yaxşı komputer kursu”na gəldikdə isə bu insandan insana dəyişir. Ola bilər ki, bir kursun komputer və qurğu avadanlıqları çox zəngin olsun ancaq orda dərs deyən məllimlər fənni sevdirə bilməsin ya da izah edə bilməsin. Belə də olar bilər ki, bir kursda komputer avadanlıqları ümumiyyətli olmasın siz öz komputerinizi özünüzlə aparasınız ancaq orda dərs deyən məllim sizə fənni sevdirə bilsin və yaxşı izah edə bilsin.

“Ən yaxşı komputer kursu”-nuzu siz özünüz seçməlisiz. Buna görə yuxarıda qeyd elədiyim kimi kursların pulsuz dərs gününə qatılınöz qərarınızı verin.

Əlavə olaraq qeyd etmək istiyirəm ki, siz yəqin ki, yaxşı mütəxəssis olmaq üçün “ən yaxşı komputer kursu”nu axtarırsınız. Bu isə bir kursla alınacaq bir məsələ deyil. Siz yaxşı mütəxəssis olmaq üçün ingilis dilini mütləq bilməlisiniz. İxtisasınıza aid kitabları oxumalısınız. Öyrəndiklərinizi praktika etməlisiniz.

Yaxşı mütəxəssis olmaq üçün təkcə “ən yaxşı komputer kursu”na getmək kifayət deyil. Gərək siz özünüz də əziyyət çəkəsiniz.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(14:42, 01/12/2020 ) #78167

salam Sumqayit seherinde avey tedris merkezinde tehsil almisam komputer proqramlari uzre Cemile muellimeden coxda razi qalmisam. her movzudan bir testler edir. cedveller isleyirik. hansisa menunu basa dusmedikde yeniden izah edir. ve derslikleri bize kitab formasinda verir. sumqayitda komputer uzre deyerdim en yaxsi muellimedir.Bezen derse gede bilmedikde dersleri online sekilde de kecirdi. men meslehet gore bilerem. ilk dersde odenissiz eylesdim baxdim sonra yazildim.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

Bu suala aid öz sualım var:
Sual verin
Bu suala cavab vermək istəyirəm:
Cavab verin

Cavab verin


Cavab yazmaq üçün lütfən sağ sütundan və ya buradan hesaba daxil olun.

Üzvlər üçün giriş

Qeydiyyat

Elan qutusu

Son cavablar və şərhlər

Cavablar AI cavab verdi - səsli kitab saytında müəllif hüquqları (34 gün əvvəl)

E. Hacı cavab verdi - səsli kitab saytında müəllif hüquqları (34 gün əvvəl)

evonline.az cavab verdi - Mahni axtariram, azerbaycanin klipi idi. (39 gün əvvəl)

Cənab cavab verdi - Abune kodu - qaz (52 gün əvvəl)

nihatt cavab verdi - Aztelekomun Huawei GPON modeminin login və şifrəsi (69 gün əvvəl)

Mesud cavab verdi - C++ aid məsələ (85 gün əvvəl)

Toofiq cavab verdi - Abune kodu - qaz (86 gün əvvəl)

Toofiq cavab verdi - Mahni axtariram, azerbaycanin klipi idi. (86 gün əvvəl)

selef cavab verdi - gömrük bağlamanı saxladı (104 gün əvvəl)

walkingdead4 cavab verdi - Niqodnilik haqqında yardım ederdiz (120 gün əvvəl)

Devequsu cavab verdi - Niqodnilik haqqında yardım ederdiz (121 gün əvvəl)

E. Hacı cavab verdi - Manual QA vs Wordpress (137 gün əvvəl)

SN cavab verdi - .az domaini whois serveri niyə işləmir? (181 gün əvvəl)

byshako cavab verdi - .az domaini whois serveri niyə işləmir? (182 gün əvvəl)

byshako cavab verdi - .az domaini whois serveri niyə işləmir? (182 gün əvvəl)

Software Developer - 616 xal

E. Hacı - 610 xal

Onar Alili - 526 xal

Dilsuz - 448 xal

Cabbarov Sübhan - 434 xal

Maqa - 346 xal

Ruslan Butdayev - 328 xal

Namiq Bəndəli - 297 xal

U.Tarlan - 244 xal

Meherremoff - 234 xal

Sistemə daxil olmuş 23348 sualdan 92%-dən çoxu cavablandırılmışdır.

Proyekt haqqında

E-Haci.net istehsalı. © 2010-2026