Azərbaycanda ən yaxşı komputer kursu hansıdır?

Salam. Xahiş edirəm kim bilirsə cavab yazsın. Mən komputer kursuna getmək istəyirəm. Bunun üçün bilməliyəm ki, Azərbaycanda ən yaxşı komputer kursu hansıdır. Sizin cavablarınızı gözləyirəm...

Verilmiş cavablar və yazılan şərhlər (2 cavab var)

Rinat87 (2020-12-01 14:42:31)
salam Sumqayit seherinde avey tedris merkezinde tehsil almisam komputer proqramlari uzre Cemile muellimeden coxda razi qalmisam. her movzudan bir testler edir. cedveller isleyirik. hansisa menunu basa dusmedikde yeniden izah edir. ve derslikleri bize kitab formasinda verir. sumqayitda komputer uzre deyerdim en yaxsi muellimedir.Bezen derse gede bilmedikde dersleri online sekilde de kecirdi. men meslehet gore bilerem. ilk dersde odenissiz eylesdim baxdim sonra yazildim.

Osminoq (2017-03-31 09:15:48)
Azərbaycanda İT üzrə dərs keçən çoxlu kurslar var və bu kursların içərisindən də çoxlarının adı məhşurdur. Məsələn, STEP IT ACADEMY, CODE ACADEMY, ORIENT ITM bu kurslardan bəziləridir. (Bu kursların təhsil keyfiyyətindən xəbərim yoxdur, sadəcə adları ən çox hallanan kurslar arasındadır deyə misal çəkdim.) Bütün kurslarda ilkin dərs pulsuz olur. Siz dərsə qatılırsız və dərs keyfiyyətini, məllimin dərs keçməyini, izah qabiliyyətini görə bilirsiz. Bundan sonra qərar verirsiz, istəsəz o kursa ödəniş edib dərslərə qatılırsız, istəsəz başqa bir kurs axtarışına çıxırsız. "Ən yaxşı komputer kursu"na gəldikdə isə bu insandan insana dəyişir. Ola bilər ki, bir kursun komputer və qurğu avadanlıqları çox zəngin olsun ancaq orda dərs deyən məllimlər fənni sevdirə bilməsin ya da izah edə bilməsin. Belə də olar bilər ki, bir kursda komputer avadanlıqları ümumiyyətli olmasın siz öz komputerinizi özünüzlə aparasınız ancaq orda dərs deyən məllim sizə fənni sevdirə bilsin və yaxşı izah edə bilsin. "Ən yaxşı komputer kursu"-nuzu siz özünüz seçməlisiz. Buna görə yuxarıda qeyd elədiyim kimi kursların pulsuz dərs gününə qatılınöz qərarınızı verin. Əlavə olaraq qeyd etmək istiyirəm ki, siz yəqin ki, yaxşı mütəxəssis olmaq üçün "ən yaxşı komputer kursu"nu axtarırsınız. Bu isə bir kursla alınacaq bir məsələ deyil. Siz yaxşı mütəxəssis olmaq üçün ingilis dilini mütləq bilməlisiniz. İxtisasınıza aid kitabları oxumalısınız. Öyrəndiklərinizi praktika etməlisiniz. Yaxşı mütəxəssis olmaq üçün təkcə "ən yaxşı komputer kursu"na getmək kifayət deyil. Gərək siz özünüz də əziyyət çəkəsiniz.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Magistratura – yaxşı kurs

Banner duzeltmek ucun hansi kursa getmək lazımdır ?

Kurs açmaq istəyirəm,bunun üçün nə etməli?

STEP İT

Udemy ödəniş vasitələri

Telefon təmiri kursu