İlk olaraq onu deyim ki, Ebaydan (komplekt mallardan ibarət) mal sifariş verdim. Mal yola çıxmamış məlumat verdilərki, bu komplektdə çatışmamızlıq var. Nəisə, danışıqlardan sonra özləri pulu Refund etdilər. Sualım: Bu pul kartıma geri qayıdacaqmı və ya Paypalda qalacaq? Yəni pulun aqibəti necə olacaq?
Verilmiş cavablar və yazılan şərhlər (3 cavab var)
0
pul 3-33 günə hesabınıza qayıdacaq. Paypalda qalmayacaq, birbaşa kartınıza geri gələcək. Əsasən 3-4 günə olur bu, nadir hallarda daha çox çəkir.
0
Təşəkkür qardaş. Başqa bir sual: Əgər bu pulu Paypal Refund-da hesaba otuzdurursa niyə Ebay-da satış etdikdə göndərmir karta?
1
Refund əməliyyatı yeni bir əməliyyat deyil, sizə pul ödəmək deyil – sadəcə mövcud əməliyyatı(sizin ödəniş etdiyiniz əməliyyat) ləğv etməkdir.
Ona görə də kiminsə sizə pul göndərməsi ilə sizin ödənişinizin ləğv edilib geri qayıtması ayrı-ayrı şeylərdir. Birində sizə yeni pul gəlir, digərində isə sizdən çıxılan ləğv edilərək sizə geri qayıdır.
Sual verin
Cavab verin