Salam. Mənim Hp Compaq 7300 markalı ddr2 noutbukum var. Prosessoru və videokartı zəifdir. Acer Aspire markalı noutbukun prosessorunu öz noutbukuma taxmaq istədim lakin alınmadı. Taxmaq istədiyim prosessor amd markalıdır, işlətdiyim prosessor isə İntel. Mən birinci prosessoru dəyişməl istəyirəm, lakin bu noutbuka gedən olduöunu haradan bilim? Həmçinin videokart?
Verilmiş cavablar və yazılan şərhlər (2 cavab var)
2
Salam.
Mikroprosessoru dəyişmək asand məsələ deyil.
Çətin ki, siz fərqli 2 komputerin mikroprosessorunu bir-biri ilə əvəzləyəsiz. Üstəlik fərqli mikroprosessorlar olduğunu da nəzərə alsaq bu ümumiyyətlə çətindir. Fərz eləsək ki, lap mikroprosessor ölçüsü eynidir və sizin ana plataya uyğundur ancaq bu səfərdə başqa qurğularla olan uyğunluğa görə problemlər yaranacaq.
Bildiyim qədər məsləhət görərdim ki, notebook işlədirsinizsə onun nə mikroprosessorunu, nə də video kartını dəyişməyə cəhd göstərməyin. Bu həm əziyyətli həm də bahalı bir prosessdir. Ən yaxşı halda notebook-un hdd və ram-ı artırıb azalda bilərsiz. Bu daha məntiqli olar.
Ancaq istəyirsinizsə ki, komputeriniz istənilən qurğusunu ürəyiniz istədiyi zaman dəyişəsiz onda notebook əvəzinə stolüstü komputer işlədin.
0
Cavabiniza gore tesekkurler.
Sual verin
Cavab verin