core qaldırmaq

Salam. Mənim noutbookum core 2 dir. Onu maksimum nrcr taxa bilerem. core3,5,7 kimi şeylər. Həm də ghz maksimum neçə ola bilər?


Yadda saxlama
Kateqoriya: Sual . . Qısa keçid.

Verilmiş cavablar və yazılan şərhlər (7 cavab var)

(12:02, 04/04/2017 ) #68020

Salam.

Bu dediyiniz – mikroprosessor dəyişmək (məs, intel core i3 mikroprosessorunu intel core i5 ilə əvəz etmək) texniki olaraq mümkündür.

Lakin adətən bu edilmir, çünki əlverişsiz üsuldur. Ona görə əlverişsiz üsuldur ki, mikroprosessor digər qurğularla uyğunluq təşkil edir. Yəni mikroprosessoru dəyişmək istədikdə bu digər qurğulara da təsir edir (məs, anakarta, ram-a, video karta və s.)

Əgər məqsədiniz notebook-unuz sürətli işləməyini təmin etməkdirsə aşağıdakıları edə bilərsiz:
1. Ram-ı artırın.
2. HDD-ni SSD ilə əvəz edin.

Yuxarıda yazdıqlarım adətən notebook-lar üçün tövsiyyə olunandır. Əgər notebook yox stolüstü komputer işlətsəydiniz onda yuxarıdakı siyahıya “3. Video kartı yeniləmək” maddəsini də əlavə etmək olardı.

GHZ – fizikada keçilən tezliyin ölçü vahididir.
GHZ – mikroprosessorun bir saniyədə neçə instruksiya (əmr) yerinə yetirdiyini göstərir. Mikroprosessorun GHZ tezliyi modeldən medolə dəyişir, yəni konkret olaraq maksimum bir qiyməti yoxdur.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (20:03, 04/04/2017 ) #68023

    Qardaş cavabınıza görə çox minnətdaram. Ramı 4- qaldırmışam. Çox nümunə götürdüm. Sizin biliyinizin texnousta səviyyəsində olduğunu müşahidə etdim buna görə də zəhmət deyilsə sizə 2 sual verim:
    Hdd dedikdə hard disk nəzərde tutursunuz yəqin. mən tez- tez hdd SSd eşitmişəm. onların fərqi nədir? bir de hdd ya ssd olduğunu noutbuku sökmədən necə oyrene bilerem?
    Bir de menim dostumun noutbukunun kulerinden dehset ses gelirdi. sokdum temizledim ,amma firlanan hisseni cixarda bilmedim. yene de ses gelirdi ve men bildim ki problem ondadi ne qeder dartdim acilmadi evezinde 3 qanadi qirildi lap mohkem dartmamisdim buna ne meslehet gorerdiniz?

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

      (09:35, 05/04/2017 ) #68031

      Əslində mən texnoustalıqdan daha çox proqramçılıqla məşğul oluram. Sadəcə bildiyim sual idi deyə cavab verdim.

      1. HDD və SSD haqqında və fərqləri haqqında bu məqaləni oxuya bilərsiz, azərbaycan dilindədir: sdd və hdd ümumi baxış və onlar arasındakı fərqlər

      2. Əgər windows əməliyyət sistemi işlədirsizsə, notebook-u sökmədən ssd, hdd olduğunu öyrənmək üçün daxil olun axtarış yerinə və “optimize drives” yazın. İlk tapılan proqrama daxil olun. Aşağıdakı kimi pəncərə açılacaq, buradan öyrənə bilərsiz:

      3. Bu mənimdə başıma gəlib)) Fan-ın pəri qırıldıqdan sonra daha çox səs gəlməyə başlamışdı. Tək çarə yenisi ilə əvəz etməkdir.

      Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (21:43, 04/04/2017 ) #68025

    qardas hem de internetde islenmislerine baxdim teesuf ki ssd lr cox bahadi. Menim budcemi asir.

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

      (13:09, 05/04/2017 ) #68034

      Cox sağ olun. Allah razı olsun. Son bir sey: kulerin ozunu deyismeliyem, yoxsa fanini ?(firlanan hisse) fani yanimizdaki saticidan sorusdum dedi yoxdu. o firlanan hisseni ayrica tapa bilerem yoxsa kulerin ozunu mutleq deismeliyem?

      Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(18:46, 05/04/2017 ) #68035

Mən cooler-i dəyişmişdim. Dəqiq bilmirəm pəri tapa bilərsən ya yox.

Qeyd: Cooler ilə Fan sinonim anlayışlardır.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (21:12, 05/04/2017 ) #68037

    Cox sag olun.

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

Bu suala aid öz sualım var:
Sual verin
Bu suala cavab vermək istəyirəm:
Cavab verin

Cavab verin


Cavab yazmaq üçün lütfən sağ sütundan və ya buradan hesaba daxil olun.

Üzvlər üçün giriş

Qeydiyyat

Elan qutusu

Son cavablar və şərhlər

Triste cavab verdi - Adsense ya görə VÖEN gəlir vergisi 20% istəyirlər (6 gün əvvəl)

Software Developer cavab verdi - Adsense ya görə VÖEN gəlir vergisi 20% istəyirlər (6 gün əvvəl)

Triste cavab verdi - Google Adsense vergi (6 gün əvvəl)

E. Hacı cavab verdi - Xif mn kodu (14 gün əvvəl)

Khagrov cavab verdi - Axtardığım mahnını tapa bilmirəm kömək edin (33 gün əvvəl)

E. Hacı cavab verdi - Dünəndən Kompüterlə Twitter/X və Pinterest -ə girə bilmirəm. (40 gün əvvəl)

orkhanrza cavab verdi - AZ9095də bağlama qalıb (45 gün əvvəl)

Ismayil1997 cavab verdi - İndiki dövrdə İngilis dili müəllimliyi ixtisasını seçməyə dəyər? (54 gün əvvəl)

revan orucov cavab verdi - Bakıda evə 100mbps+ internet verən provayder var? (58 gün əvvəl)

E. Hacı cavab verdi - WordPress sistemli saytda Facebook və İnstagram platformalarına özəl target_blank tənzimlənməsi haqqında... (59 gün əvvəl)

Jurnalist cavab verdi - WordPress sistemli saytda Facebook və İnstagram platformalarına özəl target_blank tənzimlənməsi haqqında... (60 gün əvvəl)

asssa1 cavab verdi - Riyazi proqramlar üçün proqram (61 gün əvvəl)

Aleks cavab verdi - İndiki dövrdə İngilis dili müəllimliyi ixtisasını seçməyə dəyər? (68 gün əvvəl)

E. Hacı cavab verdi - İndiki dövrdə İngilis dili müəllimliyi ixtisasını seçməyə dəyər? (68 gün əvvəl)

Software Developer cavab verdi - Patreon , Ko-fi , Buy Me A Coffee , Kickstarter kimi saytlardan gələn pula görə vergi tutulur? (68 gün əvvəl)

Software Developer - 615 xal

E. Hacı - 608 xal

Onar Alili - 526 xal

Dilsuz - 448 xal

Cabbarov Sübhan - 434 xal

Maqa - 346 xal

Ruslan Butdayev - 328 xal

Namiq Bəndəli - 297 xal

U.Tarlan - 244 xal

Meherremoff - 234 xal

Sistemə daxil olmuş 23288 sualdan 92%-dən çoxu cavablandırılmışdır.

Proyekt haqqında

E-Haci.net istehsalı. © 2010-2024