Salam demeli 5 gün olar aliexpress den telefon zakaz verdim adeten belə olmurdu 2 gune paketlenirdi ama bu satici 5 gundur paketleyib yola salmir. Satici elə yazır ki gozdeyin. Orda sifarisi iptal et var herden basmax isdeyirem qorxuram ki ödəniş etdiyim pul batar. Indide həmin mehsulun usde girirem yazlir ki bu urun gecerli deyil. Ama alici ancax gozdemek məsləhət gorur. Mən neynim? Komek edin.
Verilmiş cavablar və yazılan şərhlər (6 cavab var)
1
Sifarişinizi kargoya verilməyibsə , sifarişi ləğv etsəniz bir neçə gün ərzində pulunuz sizin kartınıza geri ödənəcəkdir , narahat olmayın .
1
He cox sag olun. Karta dollar olarax qaydacax yoxsa manata cevrilib qaydacax.? Cox guman men pul itrecem yene cun ki odenish 1.75 le cixir ama kursa baxiram 1.72 di
0
Sizin də qeyd etsiyiniz kimi , bir qədər pul itirəcəksiniz.Pul xarici valyutada qayıdır , daha sonra məzənnəyə uyğun pul hesabınıza köçürülür.
0
Ola biler ki satici firlatsin? Her sefer yazir ki sebirli olun gonderecik ama hemin telefon artix satisi bele yoxdu yazlir ki urun kecerli deyil.
0
Seçim sizindi bir qədər daha gözləyə ya da sifarişi ləğv edə bilərsiniz.Əvvəlcədən qeyd olunmuş vaxt bitdikdən sonra (siz müddəti uzatmadığınız təqdirdə ) sifarişiniz ləğv olunacaq və pulunuz hesabınıza köçürüləcək.
0
Cox sag olun artix gonderdi sifarishi.
Sual verin
Cavab verin